Bu hər bir valideyni dərindən maraqlandıran sualdır. Texnologiyalar sürətli şəkildə həyatımıza daxil olub, bunu qəbul etməliyik. Sualı belə qoyaq: “Kompüter və televizor, bir şəxsiyyət kimi uşaqların potensialının reallaşdırılmasına necə təsir göstərir?” Uşaq üçün ən əsası onun bağlılığa olan ehtiyacının ödənməsidir. Bu bağlılığın ödənilməsində ən əsas rol valideynlərin üzərinə düşür. Çünki, bu ehtiyac daim və arasıkəsilməz şəkildə ödənməlidir.
Həmçinin, uşaqların əsl oyunlara ehtiyacı var. Əksər kompüter oyunlarındakı kimi nəticə əldə etmək üçün yox; daxildən gələn, valideynlərlə təmas və yaxınlıqdan, isti qarşılıqlı əlaqədən doyduqdan sonra başlayan oyun. Elektron cihazlar uşaqların həqiqi ehtiyaclarının yerini alır. Bu o deməkdir ki, biz uşaqları ekrandan tamamilə uzaqlaşdırmalıyıq? Heç də yox. Bu, hazırlıqdan asılı olan bir şeydir.
Bu məsələni şirniyyatla da müqayisə etmək olar. Uşağa çərəz vermək olarmı? Əlbəttə ki, çərəz yemək çox yaxşıdır, əladır. Amma əsas yeməkdən sonra. Bəs uşaq üçün əsas yemək nədir? Ana və ata ilə ünsiyyətdə olduğu o möcüzəli anlar.
Beynin inkişafına səbəb olan oyunlarla, yaradıcılıqla dolu anlar zamanı uşaqlar valideynlərindən onların həyatlarında mövcudiyyətlərinə dair çağırış qəbul edirlər. Uşaqlar əsas yeməkdən doyduqda, onlara çərəz vermək olar. Uşağın inkişafi ehtiyacları kontekstində kompüterlə məşğuliyyətini belə dəyərləndirmək olar.
Mənbə: «Сколько времени проводить перед экраном?»
Tərcümə: Xumar Ərşadlı