İndiki nəslin tez ruhdan düşməsinin 13 səbəbi

İndiki nəslin tez ruhdan düşməsinin 13 səbəbi

“İtirilmiş nəsillər” sırasına bizi də aid edənlər var. Belə düşünənlər, bizim arada qaldığımızı, buna görə də uğur qazanmağımızın çətin və hətta mümkünsüz olduğunu deyirlər. Bütün bu bədbin fikirlərə tamamilə qatılmasaq da, həqiqət payının olduğunu da dana bilmərik. Amma bəzən həqiqəti öyrənə bilmək üçün arxa planda nələr olduğunu da görmək lazımdır.Bu fikirlərin söylənilməsində əsas səbəb, bizim nəslin hər şeydən tez bezməsi və asan yorulmasıdır. Bəs bunun səbəbi olaraq nəyi görürlər? Gəlin birlikdə nəzərdən keçirək:

1. Aldadılmaq
Çak Palanikin “Fight Club” əsərində dediyi kimi: “Uşaqlıqdan hamımıza superqəhrəman ya da rok ulduzu olacağımız aşılandı. Amma heç birimiz müasir kölələrdən başqa bir şey ola bilmədik.”

2. Bizi yarış atı kimi böyütdülər.
Təhsil həyatımız boyunca normal şagird olmadıq. Bir yarış atı kimi böyüdüldük. İndi də 09:00-18:00 arasında ofis dəhlizlərində qaçan yarış atları kimiyik. Məhz buna görə də, lazım olduğunda yarışmağı rədd edirik və start verilsə də, yerimizdən tərpənmirik.

3. Bərabərhüquqlu deyilik.
Bizə doğulduğumuz gündən bəri bütün insanların bərabərhüquqlu olduğunu öyrədiblər. Lakin, gündə 10-12 saat işlədiyi halda, minimum ödəniş alanlarla, heç işləmədən o parti sənin, bu parti mənim deyib, əylənənlərlə bərabər olduğumuz yalanını söyləyənlər, bizi heç cür buna inandıra bilmədilər.


4. Qorxudulduq
“Ac qalarsan, bacarmazsan, küçələrdə yatarsan.” deyə qorxudulduq. Amma heç kim bədbəxt ola bilərsiniz demədi. Əsas məqsədimizin xoşbəxtlik olmalı olduğunu demədilər Buna görə də sevmədiyimiz işlərdə çalışaraq, aldığımız kiçik məbləğlərlə sürünməyə çalışdıq.

5. “Yaxşı insanlar hər zaman qalib olur,” dedilər.
Bunun əksinə bir çoxları bizim yaxşı insan olmağımızdan istifadə etdi.

6. Axmaq şoulara aldandıq.
Bu şoularda sevgini hər zaman pulu və şan-şöhrəti olanlar yaşayır. Sevgilinə doğum günündə son model avtomobil ala bilməsən, sənin beş qəpiklik sevginin heç kimə bir faydası olmaz. Buna görə də kimisə həqiqətən sevməkdən insanlar qorxmağa başladı.

7. Qapalı və ziddiyyətli sistemin içində çapaladıq.
Hər günün eyni davam etdiyi, monotonluğun hökm sürdüyü həyatdan xilas ola bilmədik. Etibar etdiyimiz insanlar tərəfindən paradoksun içinə dürtüldük. Biz qaçmağa çalışdıqca, sistem bizi daha da içinə çəkdi.


8. Heç kimə heç nə bəyəndirə bilmədik.
Tənqid etmək üçün gözləyən insanlar hər zaman tapılırdı. Onlar gördüyümüz işdən heç vaxt razı qalmadılar. Boş tənqid etməkdənsə, işimizi necə daha yaxşı görə bilməyimizi öyrətsəydilər, daha uğurlu olardıq.

9. Böyümək düşündüyümüz qədər əyləncəli bir şey olmadı.
Uşaqlıqdan bəri həmişə böyüməyin xəyalını qurardıq. Böyüdükdə isə niyə belə bir xəyal qurduğumuzu sorğulamağa başladıq. Çünki təsəvvürlərimizin tamamilə əksi olan bir həyatın içinə düşmüşdük. 10. Sanki xidmət göstərən robotlarıq. Məktəbdən etibarən tək tip insan yaratmaq səyləri başladı. Bizi bir-biriylə yarışda olan klonlara döndərdilər. Uğur qazanmaq, xoşbəxt olmaq kimi mövhumlar isə bizə aşılanan yalanlardan ibatər idi. Əslində böyümək məqsədimiz, kimlərəsə xidmət göstərməyə məcbur edilən robotlar olmaq idi.

11. Nə etməyimiz deyil, bunu necə təqdim etməyimiz önəmli oldu.
Yediyimiz yeməkləri, getdiyimiz yerləri, münasibətlərimizi sosial mediada paylaşmaq mövcud olmaq hesab olundu. Bu olmadıqda mövcudluğumuz da şübhə altına düşdü. Getdiyimiz hər yerdə check-in etdik, fotoları like etdik. Hər zaman başqalarına gözəl həyatımız olduğunu sübut etməyə çalışdıq.


12. Nəhayət ki, tək qaldıq və özümüzə qapandıq.
Əslində bizim kimi olan minlərlə insan olsa da, yenə də daxilən həmişə tək idik. Bəlkə də lazımsız şeylərə bu qədər bağlanmağımız da, varlığımızı hiss etmək cəhdlərinə görədir.

13. Sistem buldozer kimi üzərimizdən keçdi, əzildik.
Məhz biz – hər şeydən tez bezən, tez yorulan, mübarizəni olduqca tez dayandıran bir nəsil olduq. Sistemdən ayrılmaq cəhdlərimiz bir çox hallarda özümüzə qarşı çevrildi. Lakin unutmayaq ki, bu sistemdən çıxmaq üçün mübarizəni dayandırmamalıyıq, ancaq bu halda müvəffəqiyyət qazana bilərik.

pahoo.az 
Top