Stress nədir?
Stress insanın həyatı boyunca qarşılaşdığı vəziyyətdir. Stress insanı narahat edən bir vəziyyətdə orqanizmin verdiyi reaksiyadır. Bu narahatlıq insanın fiziki, zehni və davranışlarına təsir edə bilir. Hər bir insan həyatı boyunca dəfələrlə stress yaşayır. Stress, dopamin və serotonin hormonlarının azalmağına səbəb olur. İnsanın özünü yaxşı hiss etməsini təmin edən əsas hormonlar dopamin və serotonindir.
Dopamin nədir?
Dopamin insanda istək, həzz və motivasiyanı təmin edən bir hormondur. İnsana həzz verən dopamin hormonu azaldığında, beyinin dopamin hormonuna olan ehtiyacı artar və insana həzz verən şeylərin təkrar olunmasını tələb edər. Məsələn, insan musiqiyə qulaq asdığı zaman həzz alarsa, musiqi bitdikdən sonra təkrar qulaq asmaq istəyir.
Serotonin nədir?
Serotonin insanın özünü enerjili hissetmə, sakit və xoşbəxt hissetməsini təmin edir. Serotoninin digər adı “xoşbəxtlik hormonu” olaraq da adlandırılır. Bir çox psixoloji xəstəliklər, serotonin tarazlığının pozulması nəticəsində meydana gəlir. Qaranlıq yerlərdə, serotonin hormonu azalır. Bu da, insanın özünü narahat hissetməsinə yol açır. Onun üçün də, depressiya daha çox payız və qış aylarına təsadüf edir.
Stress və İdman
Taekvondo, karate və digər elastiklik tələb edən idman növləri stressin qarşısını almaqda böyük rol oynayır. Bununla birlikdə ağırlıq qaldırmaq, üzmə, qaçmaq və bu kimi məşqlər stressin qarşısını alır. Bütün bunlar serotonin hormonunun artmasına təsir etdiyi üçün, stressin qarşısını almağa kömək edir. İdmanla məşğul olduqda serotoninin artmasını özünüzə olan güvənin artması ilə də müəyyən edə bilərsiniz. Özünüzə olan güvəniniz artıqca da, stressdən uzaqlaşa bilərsiniz. Əgər hər hansı idman növü ilə məşğul olmağa vaxtınız yoxdursa, davamlı olaraq üzmək, qaçmaq, velosiped sürmək üçün günlük 30-60 dəqiqə arası vaxt ayıra bilərsiniz.
Müəllif: Abdunnur Rüstəm