Yorğunluğun ən çox yayılmış növü, insanın kifayət qədər yatmamasıdır. O insanlar ki, gecə gec yatır və səhər tez dururlar, həmişə yorğunluq hiss edirlər. Gündəlik işlərini görmək üçün enerjiləri olmur.
Həkimlərin nəzərinə görə, insanın özünü yorğun hiss etməsinin bir neçə səbəbi ola bilər. O cümlədən:
1. Kifayət qədər yatmamaq
İnsan gecəni 7-8 saat yatmalıdır ki, itirdiyi enerjini bərpa edə bilsin. Əgər bu miqdardan az yatarsa, bədəni dincəlməz və enerjisi bərpa olmadığına görə həmişə yorğun olar.
2. Yuxuda boğulmaq
Bəzi insanlar kifayət qədər yatsalar da, özlərini yenə də yorğun hiss edərlər. Çünki bu insanların gecə yatan zaman nəfəsləri tutular və boğulmalar baş verər. Bu hadisə yuxuda baş verdiyi üçün ondan xəbərdar olmaz. Onu aradan qaldırmaq üçün çəkini azaltmaq, siqaretdən imtina etmək lazımdır. Elə yatmaq lazımdır ki, tənəffüs yollarınız rahat olsun.
3. Az yemək
Əgər kifayət qədər qidalanmasanız, enerjiniz də az olacaqdır. Ona görə də tez yorulacaqsınız. Çalışın hər səhər yeməyinizi yemədən, evdən çıxmayın. Səhər yeməyinizdə yumurta, çörək olmalıdır. Bu qida növləri enerji verir.
4. Depressiya
Stress, iştahasızlıq, baş ağrıları depressiyanın nişanələrindəndir.
5. Qan azlığı
Qadınların yorğun olmasının əsil səbəblərindən biri – qan azlığıdır. Qan azlığı insanın daima özünü yorğun hiss etməsinə səbəb olar.
6. Qəhvəni həddən artıq içmək
Qəhvədə olan kofein təhrikedici bir maddədir. Əgər mötədil həddə istifadə olunarsa, zehni açar və dərki qüvvətləndirər. Əgər həddini aşarsa, insanda yorğunluq hissi yaradar.
7. Diabet
Diabet xəstələrində şəkər hüceyrələrə daxil olmaq yerinə, qan axınında qalar və nəticədə bədən lazım olan enerjini bərpa edə bilmədiyinə görə yorğun olar.