Kasıb uşağın dilindən

Kasıb uşağın dilindən

  1. Göyə uçurmağa bir şarım belə yox. Şar paylayan bir əmim də yox...
  2. Ayaqlarım palçıq içində, geyməyə ayaqqabım yox...
  3. Əynimdə bərli-bəzəkli məktəbli paltarlarım yox...
  4. Xəstələnmişəm, həkimim yox. Getməyə xəsətxanam, dərman almağa imkanım yox.
  5. Ucqar dağların arxasında yaşayıram, əgər başıma bir iş gəlsə şəhərə gəlməyə imkanım, dizimdə taqətim yox.
  6. Anam qardaşımı ucqar dağ yollarında, qar içində dünyaya gətirdi. Anamın nə bir həkimi, nə də əlindən bir tutanı yox.
  7. Bayramım yox, bayram etməyə imkanım yox… Atamın dəfələrcə tərs üzünə çevirilmiş pencəyindən bir pencəyim var mənim, amma gecə qoynunda sabahladığım bazardan yeni alınmış nə bir paltarım, nə də bir cüt ayaqqabım yox...
  8. Bir məktəbim var mənim. Dəftərim, qələmim, kitabım, gülərüzlü bir müəllimim yox… Kim bilir hansı ülvi hisslər bəxş edəcək bır sinif yoldaşım yox...kasıb və məzlum uşaq
  9. Dərddən beli bükülmüş bir atam var mənim, amma gülümsəmələri könlümü oxşayan bir atam yox. Çünki atamın gülümsəməyə macalı yox.
  10. 30 yaşında qocalmış bir anam var mənim, amma gözlərinə baxdığımda dünyaları mənə bəxş edə biləcək bir anam yox… Çünki anamın gözlərində bitmiş bir dünyanın izlərini görmək olar.
  11. Anamla atamın bircə dəfə də olsun bir-birinin üzünə sevgi ilə baxdıqlarını görmədim.Sanki həmişə öz qəlblərinə baxarlar, bir-birinə baxacaq gözləri yox onların...
  12. İçindən buğ çıxan çörəyim də yox mənim.
  13. Çörəyim var, amma zibilliklərdən topladığım… Çörəyim var, amma sədəqə kimi maşınlardan palçığa bataraq ala bildiyim. Çörəyim var amma, anamın dözülməz xəcalətlər altında başqa anaları əzərək zibilliklər içindən toplaya bildiyi...
  14. Bir kəndim var. “Mən buralıyam ” deyə biləcəyim bir şəhərim yox. Milyonlarca evsiz uşaqlardan birisiyəm, sığınacaq bir ev axtaran...
  15. Bir evim yox mənim. Dağ yamaclarını yalayan güllə səslərindən qorxuram. Qaranlıqdan qorxuram, gecənin gündüzə daşıdığı ölümlərdən qorxuram.
  16. Anamı, atamı, qardaşımı, bacımı bir güllə ilə mənasız bir savaşda itirməkdən qorxuram. Böyük qardaş olmaqdan, böyük bacı olmaqdan, ata-ana olmaqdan qorxuram.
  17. Sabahlardan qorxuram. Səhər oyanmaqdan, axşam yatmaqdan qorxuram.
  18. Pənah gətirdiyimiz şəhərdən qorxuram. Küçələrdə əlində silah gəzən əmilərdən qorxuram.
Müəllif: Ahmed TAŞGƏTİRƏN
Mənbə: İrfan dərgisi
Top