Hər gün səhər oyandığınızda özünüzü yorğun hiss edirsiz, fərqinə varmadan gündəlik həyatınızda bəzi xətalara yol verirsiz. Bəs səhər yuxudan yorğun qalxmanızın səbəbi nə ola bilər? Axı yenicə yuxudan oyanmısız?!
Yetərincə su içməmək, qanda dəmir azlığı yorğunluğa səbəb ola bilər. Yuxusuzluq sadəcə enerjinizi tükətməz, bununla yanaşı fiziki və ruhən sizi yorar.
Yetərincə su içməmək. Bədəninizin susuz qalması enerjiniz üzərində böyük təsirə malikdir. Susuzluq qanın azalmasına səbəb olur. Ürəyiniz daha zəif işləməyə çalışar, nəticədə orqanlara gedən oksigen və qida miqdarında azalma yaşanır. Bunun üçün su için.
Yetərincə dəmir qəbul etməmək. Özünüzü yorğun hiss edirsiz və diqqət gücsüzlüyü yaşayırsızsa, dmir əksikliyi probleminiz var. Anemiya riksini azaltmaq üçün dəmir qəbulunu artırın. Yağsız ət, yumurta sarısı, tünd yaşıl yarpaqlı tərəvəzlər, qabıqlı quruyemişlər, yerfındığı əzməsi yeyin.
Səhər yeməyini yemirsiz. Gecə yedikləriniz əriyər və səhər yeməyi ilə yenidən o enerjini yığmalısız. Səhər yeməyi yeməsəniz tənbəlləşərsiz. Tam taxıl, proteinli sağlam qidalar yeyin.
Nə gəldi yeyirsiz. Şəkər və sadə karbohidratla zəngin olan qidaların qlisemik indeksi çox yüksəkdir. Qan təzyiqindəki ani yüksəlmələr də yorğunluğu artırır. Sobada qızardılmış toyuq, qəhvə rəngli düyü, somon balığı, dadlı kartof, ya toyuqlu, meyvəli salat yaxşı seçimdir.
Mükəmməl olmağa çalışırsız. Mükəmməl olmaq üçün çox işləyirsiz və nəticədə yorğun olursuz. Buna görə arada fasilələr edin. İşi dərhal edib bitirməyə çalışmayın.
Problemləri böyüdürsüz. Hər şeyə görə narahat olur və ən xırda məsələləri belə böyüdürsüz. Bu da zehni baxımdan sizi yorar. Bu halda dərindən nəfəs alın.
İş yeriniz dağınıqdır. İş yerində dağınıq bir şərait sizi zehni olaraq yorar. Hər günün sonunda masanızı səliqəyə salın. Bu, ertəsi gün işə pozitiv başlamanıza kömək edəcək.
Yatağınızda telefon, kompüter işlədirsiz. Netbook, telefonların işıqları yuxu hormonu olan melotonini dayandıraraq bədəninizin təbii ritmini pozur. Yatmadan bir neçə saat əvvəl elektron alətlərdən uzaq durun.
Gün ərzində çoxlu qəhvə içirsiz. Araşdırmalara görə, gündə 3 fincan qəhvə sizin üçün faydalıdır. Düzgün miqdarda içilməməsi isə yuxunuza kömək edən adenozini dayandırır. Yatmadan 6 saat əvvəl içilən qəhvə belə yuxuya mane olur. Günortadan sonra qəhvə içməyin.