«Bəylər niyə gülmürsünüz? Mən gülməsəm gecə-gündüz qanımda gəzən qorxudan ölə bilərəm. Sizin də mənim qədər bu dərmana ehtiyacınız var. ” (Abraham Lincoln, Vətəndaş Müharibəsi Dövründə)
Bir çox insan üçün çox klişe bir söz var — »İşlə əyləncəni bir-birinə qarışdırmaq olmaz."
Biznes ciddi insanlarla doludur. Ağıllı sözlər söyləməyə çalışan, ehkam kəsən, tənqid edən insanlarla günün səkkiz saatını keçirmək çox da əyləncəli deyil. Hətta sağlamlıq baxımından da olduqca riskli bir vəziyyətdir. Həkimlərə müraciət edən xəstələrin 68%-i psixosomatik xəstələrdir.
Yəni gündəlik həyatda yaşanan stress və ruhi çətinlik bədənə, orqanlara, hüceyrələrə təsir edir və psixoloji qaynaqlı narahatlıqlar meydana gəlir. Ruhi gərginliyin nəticəsi olaraq bədənin fiziki mənada müqaviməti qırılır, immunitet sistemi çökür və müxtəlif xəstəliklərə tutulma ehtimalı artır.
İş stressi, ən az terror qədər əhəmiyyətlə araşdırılması lazım olan bir mövzudur, amma təəssüf ki, bunun üçün ayrılan dövlət büdcəsi yoxdur. Yəni özümüz bununla baş etmək məcburiyyətindəyik. Stresi azaltmaq üçün yogadan idmana, musiqiyə qədər bir çox metod təklif edilir, amma bunların içində ən xərcsiz və təsirli olanlarından biri yumor anlayışıdır.
“Yumor anlayışım olmasaydı, çoxdan intihar edərdim.” (Qandi)
Tərcümə etdi: Nərgiz Cəlilova