Zaman - bizdə olmayan əsas şey

Zaman - bizdə olmayan əsas şey

Bizim gecikmələrimiz — bizim problemimizdir, lakin bizim etmədiklərimizin bir səbəbkarı var — özümüz

Zaman- bizdə olmayan əsas şeyDost tanışlarımızdan, iş yoldaşlarımızdan tıxaclarda ilişib qalmaları barədə, bir neçə dəqiqə ərzində qəbul olunan onlarla məktub, fasiləsiz müşavirələrin nahar etməyə imkan verməməsi, işin şəxsi həyatlarına zaman ayırmağa imkan verməməsi barədə şikayətlərini çox tez-tez eşidirsiniz?
Mən daim bu haqda eşidirəm. Bundan başqa, mən özüm hər gün öz iş yoldaşlarım, dostlar və tanışlarıma bundan şikayətlənirəm. Və ən pisi də odur ki, mən özümə haqq qazandıraraq israr edirəm ki, alınmadı, müvəffəq olmadı və.s.

Siz mənə taym-menecment haqqında kitablar oxumağı məsləhət görəcəksiniz? Lazım deyil. Mən bu cür kitablara inanmıram, mən ədəbiyyata inanmıram. Buna görə də, insan mahiyyətinin korporativ mədəniyyətin səmərəli elementinə çevrilməsi barədə kitablar mənim üçün mənasız görsənir.

Lakin etiraf edim ki, qadınlar üçün taym-menecment haqqında kitab oxumuşam. O kitab «Növbəti 50 il. Qocalığı aldatmağın yolları» adlanırdı. Mən o kitabı oxudum və anladım ki, qocalığı aldatmaq mümkün deyil. Həmçinin mən onu da anladım ki, kimisə aldatmaq zamanı boşuna sərf etməkdir.

Bu tipli nəzəriyyələr xaricində mən dəqiq bilirəm ki, bizim zamanımız bizim məsuliyyətimizdir. Bizim gecikmələrimiz — bizim problemimizdir, amma bizim edilməmiş işlərimizin yalnız bir səbəbkarı var — özümüz.   Günahı tıxacların, işləməyən liftlərin, dəf olunmaz maneələrin üzərinə atmaq lazım deyil. Onlar ayda ildə bir dəfə baş verər ya verməz, lakin qalan hallarda günah bizim özümüzdədir. Biz özümüz öz zamanımızı düzgün planlaşdırmırıq.

Mən jurnalistlik fəaliyyətimə yenicə başlayan zaman, məşhur bir iş adamından müsahibə almağa imkan əldə etmişdim və onu qəhvəyə qonaq etmək nəsib olmuşdu. O görüşə düz vaxtında gəldi, lakin mən tıxacda ilişib qaldım və nəticədə 40 dəqiqə gecikdim. O məni gözlədi, mən gəlib çatdım və gecikdiyimə görə üzr istədim. Biz əsəbi halda danışırdıq, daha çox susurduq.

"İnanın, siz ki bilirsiniz mən qəsdlə gecikmədim", — söhbətin bu tərzdə davam etməsinə dözməyib mən təəssüflə dedim. O cavab vermədi. Lakin biz vidalaşan zaman o mənə: "Əgər sən həyatda nəyəsə nail olmaq istəyirsənsə, sadə bir qaydaya əməl etməlisən: nəzərdə tutduğun nöqtəyə doğru dəqiq addımla, rastlaşdığın maneələrə baxmayaraq verdiyin sözü mütləq yerinə yetir".

O zaman bu ifadə mənə əhəmiyyətsiz, adi bir söz kimi görsənmişdi.  Lakin illər keçdikcə mən anlamağa başlayıram ki, bu formula zaman və məkan tanımadan hər zaman dəyərli olacaq bir formula imiş, digərləri isə mənasız.

Biz, «Olacağa çarə yoxdur»,  «Səndən hərəkət məndən bərəkət»,  «Yaz gələcək, yonca bitəcək» kimi sabitləşmiş ifadələrə çox tez-tez rast gəlirik. Mən kiçik bir sınaq keçirtdim və müəyyən etdim ki, insanlar gün ərzində ən azı 3-4 dəfə bu kimi deyimlərdən istifadə edir. Mən iş yoldaşlarım, dost tanışlarımdan hər gün dəfələrlə eşidirəm. Və bu məsəllər yalnız bəyənilən və sakitləşdirici məsəllər kimi deyil, həmçinin vəziyyətdən yeganə çıxış yolu kimi səsləndirilir.

Həyata olan kəskin yanaşmanın düzgünlüyünə dair şübhələrimi Almaniyada yaşayıb sonra vətənə gəlib, öz karyera ambisiyasını təsdiqləyən dostum gücləndirdi.  O deyirdi ki, onun hər gün hər bir işində kömək olan sevimli üç məsəli var: «Yalnız tənbəl insanlar səhər, yalnız səhər, bircə bu gün yox deyir», " Tezdən oyanan insan udar", «Axtaran tapar».

 Müəllif: Faiq Mahmudov / Jurnalist, tərcüməçi

Top