Qayınana gəlin münasibətləri

Qayınana gəlin münasibətləri

İnsanlıq yaranandan bəri qayınana gəlin münasibətləri və mübahisələri yaranıb. Ana gəlini, gəlin isə ananı şikayət edir...

Ana oğlunu, gəlin isə həyat yoldaşını paylaşa bilmir. “Qızım sənə deyirəm, gəlnim sən eşit” cümləsi və digər məsləhətlər gəlinləri qıcıqlandıran səbəblər sırasındadır. Belə hallarda isə oğul gəlin və qayınana arasında qalmalı olur.

Bəs, gəlin və qayınana davasına  “dur” deməyin bir yolu yoxdurmu? Ancaq qarşınızdakı insanın sizdən böyük birisi olduğunu zehninizə yeritməli və ona hörmətlə yanaşmalısınız. Unutmayın ki, o qadın sizin sevdiyiniz insanı dünyaya gətirib. Oğul üçün anası qədər əziz və dəyərli heç nə yoxdur. Qayınana istəsə, hər an gəlini oğlundan boşatdıra bilər.
qayınana və  gəlin
Nəzakətli olun
Sizin haqqınızda hər yerdə pis şeylər danışıb haqsız olsa da, susun. Belə qayınanaya eyni ilə onun kimi hərəkət edərək cavab versəniz, aranızda heç bir fərq qalmaz və haqlı ikən haqsız vəziyyətə düşmək ehtimalı artar. Haqqınızı sayğı çərçivəsini aşmamaq şərtilə tələb edin.

Onu tənqid etməyin
Həyat yoldaşınızın önündə bunu qətiyyən etməyin. Həyat yoldaşınız o anda özünü 2 qaya arasında hiss edəcək. Anasının ya da sizin tərəfinizi saxlamağa çalışsa, çox pis vəziyyətə düşəcək. Onu arada saxlamayın.

Tərif edin
Həyat yoldaşınızın yanında “Bu gün çox gözəl görünürsən” yaxud “Yaxşı yata bildiniz?” kimi sual verin və təriflərlər edin. Həyat yoldaşınızın anası ilə ünsiyyət qurmağa cəhd etdiyinizi görüb sevinəcək və sizə daha çox bağlanacaq.

Onu sakitləşdirin
Qayınananız əsəbi halda olduğu zaman onu sakitləşdirməyə və məsləhətlər verməyə çalışın. Uşaq kimi nazı ilə oynayın. Belə vəziyyətlərdə əllərindən tutmaq yaxşı olur. Çünki ünsiyyətin daha aktiv olması üçün fiziki yaxınlıq da vacibdir. 

Qaşqabaq sallamayın
Təmkinli olun. Sizi əsəbiləşdirən zaman gülməli cavablar verin. Sizə nədənsə şikayətlənən zaman maraqlı cavablar verməyə çalışın.

Vaxt verin
Onu tanımaq üçün bir az vaxt ayırın. Həyatından danışın və dinləməyi bacarın. Bu onun qorxu və narahatlığını daha yaxşı anlamağa yardım edəcək. 

Hörmət edin
Onun fikirlərinə hörmət edin. Ondan hər hansı yemək reseptini istəyin. Uşaq tərbiyəsi ilə bağlı məsləhətlərini nəzərə alın. Bu cür söhbətlər onun da ürəyincə olacaq.

Ünsiyyət qurun
Qonaq getdiyiniz zaman birlikdə oturub söhbət edin. Söhbət yaxşı getməsə, seriallardan danışa bilərsiniz.

Hədiyyə alın
Hədiyyə almazdan əvvəl araşdırma aparın və nələrdən xoşlandığını öyrənin. Həyat yoldaşınızdan bu barədə məsləhət istəyin. Bu onu düşündüyünüzü və sevdiyinizi hiss etdirəcək.

Rəqabət aparmayın

Ən yaxşı yeməkləri onun bişirdiyini qəbul etməsəniz belə, ona bildirməyin. Onun xoşuna gəlmək üçün dadlı yemək hazırladığını deyin. Hər fürsətdə gözəl oğul yetişdirdiyini deyin. Həyat yoldaşınızın anası ilə birlikdə vaxt keçirməsinə imkan yaradın.

Kim olduğunu unutmayın
Şəxsi duyğularınız nə olursa-olsun həyat yoldaşınızın anasına hörmət edin. İkiniz də bir-birinizi sevmirsinizsə, həyat yoldaşınızı münasibətlərinizə qarışdırmayın.
Top