Yaxşı mübahisə etməyin yolları:
Mübahisələr və küsüşmələr bütün münasibətlərdə var. Lakin mübahisələrin sonu yaxşı nəticələnməlidir.
1. Vaxtını düzgün təyin edin! Həyat yoldaşınızla aranız dəydiyi zaman bunu müzakirə etməyin. Hirsinizin soyumasını gözləyin.
2. Məkanı düzgün təyin edin! Həyat yoldaşınız məşğul ikən və ya qab yuyarkən mübahisə etməyin. Yanınızda başqa adam olarkən qətiyyən mübahisə etmək olmaz.
3. Ritmi yaxşı kökləyin! Futbol və ya tennis oynamırsınız. Biriniz sərt və kobud olduğunuz zaman topu daha şiddətli itələyib geri qayıtmaq məcburiyyətində deyilsiniz.
4. Köhnə dəftərləri açıb tökməyin! Hər mübahisədə sadəcə bir mövzuda danışın. Nişanlı olduğunuz vaxtı etdiyi səhvləri qətiyyən üzünə vurmayın.
5. Qısa-qısa danışın! Mübahisəni uzatmağın mənası yoxdur. Əgər mübahisənin sonunda həyat yoldaşınızı daha yaxşı anlamağa başladınızsa, mübahisə bitib.
6.Dinləməyə hazır olun! Danışmaqdan çox dinləməyi öyrənin. Biriniz səsinizin tonunu yüksəyə qaldırdığınız zaman digəriniz susub dinləməlisiniz.
Problemlərin həllini bəzən zamana buraxmaq ən yaxşı variantdır. Mübahisə bitdikdən sonra gün ərzində mövzuya yenidən qayıtmayın.