Sıx iş rejimi, hədsiz stress, ora-bura qaçmaq və yorğunluq.
Gün boyu ozünüzü yorğun hiss edirsinizsə, buyurun sizə yorğunluqdan xilas ola biləcək qidalanma yolunu təqdim edirik:
Yuxudan qalxan kimi: ilıq su və quru ərik.
Səhər naharı: çovdar çörəyi, yumurta və portağal suyu.
Günorta yeməyi: 150 qr ət və ya qızardılmış balıq, bir də yarma.
Axşam yeməyi: 1 kasa mərci şorbası, ispanaq yeməyi, limonlu salat.
Yatmadan əvvəl: 1 stəkan süd və ya az yağlı qatıq istifadə edə bilərsiniz.