Boşanmaq istəyirsiz? Elə isə bu topik tam sizlikdir.
Son günlər az qala dəb halına çevrilmiş boşanmaların sayı günü-gündən artmaqdadır. Əlbəttə mənim fikrim onları qınamaq, ya da nədəsə təqsirkar bilmək deyil.
Əminəm ki, heç bir insan ayrılmaq üçün ailə qurmur. Əlbəttə hər kəsin özünə görə səbəbləri olur. Bəzən istəyərək, bəzən də istəmədən boşanmaq məcburiyyətində qalır.
Mən indi boşanmaya gətirən səbəbləri araşdırmayacaq, boşanmayın deyə təkid etməyəcək, nə də bunun mənfi tərəfləri haqqında danışmayacam.
Əslində, siz özünüz bunları hamıdan yaxşı bilirsiz. Çox zaman da elə bildiyimiz şeylər üzündə əziyyət çəkirik, amma işləri yoluna qoya da bilmirik.
Bu yaxında bir Türk saytında oxuduğum ibrətəmiz hekayə diqqətimi çəkdi. Onu Sizlərlə paylaşmaq istədim. Olduğu kimi də yazacam.Oxuyun ,sonra özünüz qərar verin, boşanmaq istəyirsiniz ya yox.
“Dostum bizə hər dəfə gələndə bezdirici ailəsindən danışırdı. Xanımı ilə heç yola getmirdi. Evdə hər gün adi səbəblər ucbatından dava-dalaş olurdu. Artıq bezmişdi, ayrılmaq həddinə çatmışdı. Bunların söz-söhbəti ucbatından ailələri də bir-birinə düşmən gözü ilə baxırdı. Xanımı onun, o da, xanımının ailəsi ilə qanlı-bıçaqlı kimi idilər.
Bir gün dostum bizə gəldi. Vəziyyəti heç yaxşı deyildi. Ayrılmaq qərarına gəlmişdi. Heç bir nəsihət dinləyəcək halı yox idi. Düşündüm ki, “İlahi, mən buna nə deyim?”. “Ayrılsan da nə fərqi, onsuz sənin bir aylıq ömrün qalıb, nə istəyirsən get, elə! ”-dedim.Bu sözümü eşidəndə şok oldu. Rəngi avazıdı, yenə də pərişan bir halda çıxıb getdi.
Sonrasını dostlarımdan və özündən eşitdiyim üçün bizdən gedən kimi nə etdiyini danışım:
“ Qapıdan çıxan kimi yaxın dostları ilə halallaşmağa başlayır- rastlaşdığı hər kəsdən hallallıq alır. Evə gedib dalaşdığı xanımına “ Xanım gəl, bu qədər vaxtdır səni incitdim, sənə yaxşı ər ola bilmədim, nə istədiyini başa düşə bilmədim, sənə layiq ola bilmədim, nə olar məni bağışla, haqqını halal elə”-deyir. Təbii ki bu sözləri ağalaya –ağlaya deyir. Xanımı da görür ki, ay Allah, bu adama nə oldu belə, heç belə etməzdi. Ürəyi yanır ona, “Əzizim, deyir, sən haqqını halal et, mən hər zaman ədəbsizlik etdim, səni çox incitdim.” Başlayırlar ağlamağa, qucaqlaşıb barışırlar.
Sonra adam davalı olduğu qaynanası, qaynatasına gedir, eyni şəkildə onlara da deyir ki, “Mən sizə övladlıq edə bilədim, üzr istəyirəm, haqqınızı halal edin. Onlar da təəccüblənirlər, “Oğlum, deyirlər, biz sizə yaxşı valideyinlik edə bilmədik, sizin aranızı çox zaman biz pozduq. Sən bizi bağışla, haqqını halal et”-deyir, ağlayırlar. Sonra arvadı da bunun davalı olduğu ata-anasına gedib, üzr istəyir, “Sizə yaxşı gəlin ola bilmədim”- deyir. Onlar da eyni şəkildə pis olurlar, yox sən bizi bağışla deyirlər. Qucaqlaşıb barışırlar.
Evdə isə hər gün sanki cənnətdə kimi yaşıyırlar. Bir-birinin qulluğunda durub, bir-birlərini heç incitmirlər.
Amma dostum mənim dediyimi heç deyə bilmir, bir ayın bitməsi üçün günləriin sayır. Günlər keçdikcə bunun yaxşılıqları artır, ibadətləri çoxalır. Bunun yaxşılığı çoxaldıqca, xanımının, aiəsinin də yaxşılığı çoxalır.
Beləcə, bir ay olur. Hər gün öləcəm deyə fikirləşərkən, ağlına gəlir ki, bəlkə də bir aydan bir az çox çəkər. Amma gün keçdikcə baxır ki, ölmür.
Sonra yanıma gəldi, “Əfəndim, mən ölmədim”dedi. “Nə ölməyi?” dedim.“Əfəndim siz mənə bir aya qədər ömrün var, demişdiz, mənsə vaxt tamam olsa da ölməmişəm”-dedi.
“Qardaşım, mən sənin nə zaman öləcəyini deyə bilmərəm. Amma bunu bilirəm ki, ölüm var, bir gün vaxtın gəlincə əlbəttə öləcəksən. Öləcək adam dava-dalaşla həyatını zəhər etməz. Bu həyatından razısanmı?”- dedim. “Bəli, heç dava etmirik”-dedi. “Belə də davam edin”-dedim. Sonradan iki uşaqları da oldu, indi çox gözəl ailəsi var. ”
Sadəcə bütün məsələ hər zaman var olan ölümü unutmaqdadır.