Tənhalıq

Tənhalıq

tənhalıqTənhalıq hissinə ancaq və ancaq əsl məhəbbət, yüksək həssaslıq, yüksək qayğı, incə, kövrək qəlb vasitəsilə qələbə çalmaq mümkündür.
İnsan çox vaxt özünü tənha hiss edir. Yanında kiminsə olmasını, ona qayğı göstərməsini, onu daim sevib, əzizləməsini istəyir. Bu zaman da sevəcəyin bir insan olmalıdır.
Özünü tənha hiss edən birisinin qohum və qardaşı, ana və bacılar bunu dərk etməlidirlər. Özünü tənha hiss edən, özünə qapılan birisini tənhalığın əlindən almaq, onu xilas etmək həmin insanların yaxınlarının borcudur. Çünk tənhalıq hissi özü də sonda hansısa xəstəliyə gətirib çıxara bilər. Bu xəstəliklərdən biri də psixi xəstəlik, depresiyadır.
Depressiya ağır ,eyni zamanda təhkükəli xəstəlikdir. Hələ çox qədim zamanlardan depressiyanın səbəbini çıxılmaz vəziyyətlə əlaaqələndirilmişdir.
İnsan orqanizmində müxtəlif depressiv xəstəliklərin yaranmasında hisslər, ehtiraslar mühüm rol oynayır.
Mala, dövlətə ehtiras, hakimiyyətə can atmaq ehtirası, spirtli içkilərə ehtiras… Bunları sadalamaqla qurtarmaz. Yalnız bir məsələ insan iradəsindən asılıdır-insan hisslərini insani iradə ilə idarə etmək. Bu mümkündürmü?
-Əlbəttə bu mümkündür. Deməli, ağıl, təfəkkür, zəka hər cür ehtiraslardan, stresslərdən yüksəkdə durmalıdır. İnsan məhz buna görə bəşər övladı adını danışmağa layiqdir və hər bir şəraitdə insani addım atmağı bacarmalıdır. Depressiv xəstəliklərin ən mühüm səbəblərindən biri şəxsiyyətlərarası münasibətlərdirr. Axı, insan ictimai varlıqdır. Deməli, insan tənha yaşaya bilməz. Onun nitqə, ünsiyyətə, qarşılıqlı münasibətə böyük ehtiyacı var. İnsan bu boyda dünyada tənhalıq bəlasına düçar olmamalıdır. İnsan sağlam yaşamaq üçün başqaları ilə emosional kontaktda olmalıdır. Əks halda tənhalıq, müdafiəsizlik, kimsəsizlik hissləri insanı tərk etmir. İnsan bu geniş dünyada özünə yer tapa bilmir. Elə anlarında insan hər zaman kiminləsə ünsiyyətdə olmaq, ürəyini açıb danışmaq, nəyə ehtiyacı olduğunu dilə gətirmək istər. Belə olan halda özünü tənha hiss edən insan öz çevrəsində olan yaxınlarından kömək gözləyər, uçurumdan düşüb yaralanmaması üçün kiminsə köməyinə, dəstəyinə ehtiyac duyar. Amma təssüflər olsun ki, bu həmişə belə olmur. Özünü tənha hiss edən birisinin köməyinə heç də hər zaman yetişən olmur. Əksinə bəzən təsəlli əvəzinə özünə qapılan birisini daha da tənhalığın qoynuna atarlar. İinsan çevrəsində olan yaxın insanlardan gözlədiyi dəstəyi hər zaman ala bilmir. Özünü tənha hiss edən insan yalnız öz iradəsi, ağlı, təfəkkürü hesabına tənhalıqdan xilas ola bilər.
Hər bir insan gələcəyinə inamla yanaşıb, hər anının qiyətini anlamalı, bu dünyada heç də tənha olmadığını başa düşməlidir. Yalnız hər zaman bunu xatırlamalıdır ki, öz bəndəsini sevən Allahı vardır. Allah öz bəndələrinin hər zaman köməyinə çatar, bəndəsi tərəfindən edilən duaları eşidər. Bəs o zaman nə gözləyirik? Özümüzü təhna hiss etmək əvəzinə Allahımızın hər zaman bizimlə olğunu dərk etmək, Allahımzdan kömək diləmək varkən çevrəmizdəki insanlardan kömək gözləməməyi anlamalıyıq. Bunu unutmayaq heç bir insan heç vaxt tənha deyildir. Çünki onu sevən Allahı vardır.
Top