Krallar və ədədlər

Krallar və ədədlər

IV Karl
Roma imperatoru IV Karl nədənsə 4 rəqəmini çox sevirdi. Onun dörd böyük knyazı və hər bir knyazın olduğu dörd paytaxt şəhəri olmuşdur. O, hər birində dörd otaq olan dörd sarayda yaşamış, hər otaqda dörd pəncərə, dörd qapı, dörd stol və dörd şam olmuşdur.
Təntənəli mərasimlərdə imperator dörd metalın əridilib qarışdırılmasından hazırlanan dördbucaqlı şəklində tac qoyarmış. O, öz imperiyasını dörd hissəyə, ordusunu isə dörd korpusa bölmüşdü.
Onun getdiyi karetaya dörd at qoşularmış. Geyindiyi paltar dörd rəngli olarmış və özü də dörd dildə danışa bilərmiş.
O, gündə dörd dəfə dörd cür xörək yeyər, dörd növ şərab içərmiş. IV Karl dörd dəfə evlənmiş və dörd uşağı olmuşdur. O, ölən zaman onun yatağı yanında dörd həkim, dörd keşiş olmuş, bunlarının hər biri IV Karlın dörd dildə etdiyi dörd vəsiyyəti yazmışlar.
Deyilənə görə, imperator IV Karl 1378-ci il noyabrın 29-da 400-da vəfat etmişdir.
XIV Lüdovik
Ədədi mistikanın tərəfdarları Fransa kralı XIV Lüdovikin həyatı ilə bağlı olaraq onun üçün 14 ədədini fatal ədəd kimi qiymətləndirirlər. Bunun səbəbi odur ki, o 14-cü kraldır və həm də krallıq tacına 1643-cü ildə yiyələnib, bu ilin rəqəmləri cəmi isə 14-dür. O 1715-ci ildə vəfat edib, burada da yenə rəqəmlər cəmi 14 alınır. Lüdovik 77 il ömür sürüb ki, burada da 7+7=14 olur. 1689-cu il 14 iyulda Parisdə onun heykəlı qoyulmuş və bundan 100 il sonra 1789-cu il 14 iyulda isə heykəl dağıdılıb.
XIV Lüdovikin sarayında onun çox hörmət etdiyi bir əyan var idi. Əyan olmağına baxmayaraq, çox kasıb idi. Bir dəfə söhbət əsnasında Lüdovik ondan soruşur ki, onun ürəyi necə istərdi, hansı gəlir yerini istərdi, o ona versin. Lüdovikin xasiyyətini yaxşı bilən əyan, bilirdi ki, Lüdovik belə vaxtlarda həmişə çoxlu vədələr verir, amma sonradan da heç birini yerinə yetirmir. Buna görə də ondan çox orijinal və onun yerinə yetirə biləcəyi bir şey istəyir. Əyan kraldan xahiş edir ki, heç bir gəlir yeri lazım deyil. Sadəcə olaraq digər əyanların və ya camaatın yanında həmişə ona yaxınlaşanda çiynindən əli ilə bir-iki dəfə vursun. Vəssalam.
Kral gülümsəyir və yeri gəldikcə onun dediyi kimi də edir. Nəticədə bu əyanın kralla çox yaxın dost münasibəti olduğunu zənn edən digər əyanlar, tacirlər və b. qədərindən artıq formada ona yaltaqlanıb, yer-yerdən işlərini düzəldirlər və əyan çox qısa vaxtda varlanır.

XVI Lüdovik
Fransanın digər kralı XVI Lüdovik üçün isə 21 ədədi qorxulu olmuşdur. Deyilənlərə görə, münəccimlər ona hər ayın 21-ci günü ehtiyatlı olmağı məsləhət görübmüşlər. Ona görə də hər ayın 21-də ciddi qərarlar qəbul etməzmiş. Lakin bütün bunlara baxmayaraq, o 1972-ci il 21 sentyabrda Fransada monarxiya üsul idarəsini yıxan inqilabın qarşısını ala bilməmişdir. XVI Lüdovikin özü isə 1973-cü il yanvar ayının 21-də öldürülmüşdür.

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Top