Məsləhətini əsirgəmə

Məsləhətini əsirgəmə

məsləhətOnu uzaqdan görən kimi, “işimin gərgin vaxtında bu da gəlməyə vaxt tapdı”, — deyə dilxor olursan. Fikirləşirsən ki, yəqin səndən pul istəyəcək. İndidən özünü bu dialoqa hazırlayırsan: “yoxumdur, mən də sənin günündəyəm”, — deyəcəyəm. Belə etməsəm, sabah başqa bir təmənnaya gələcək”- deyə düşünürsən. O sənə yaxınlaşdıqca həyəcanın artır. “Nə istəyir məndən görəsən?..”

Görüşüb, hal-əhval tutursunuz. Söhbət başlayır. Aydın olur ki, problemi ailəsi sarıdandır, xanımı ilə ciddi söz-söhbəti olub, indi də yanına gəlib ki, ona bir yol göstərəsən. “Mən nə edim?” sualı ilə məsələnin çözümü üçün səndən kömək gözləyir.

Bayaqdan bəri yanlış şübhələrinə görə özün-özünü qınayırsan: “Heç vaxt tələsik qərar çıxarma. Gördünmü bayaqdan bəri düşündüklərin yanlış imiş”.

O, səni özünə ən yaxın, doğma bilib yanına gəlib. Səndən nə yemək istəyir, nə də pul, umduğu yalnız təskinlik, mənəvi yardım, bir də məsləhətdir. “İşim çoxdur” deyib başından eləmə, bəlkə sənin bir sözün onu xoşbəxt edəcək, bəlkə, sənin bir söhbətin onu uçurumun bir addımlığından qaytaracaq, “məsləhətli don gen olar” deyiblər, məsləhətini əsirgəmə ondan.

Top