Qeyri-adi rekordlar

Qeyri-adi rekordlar

Çinin Guangxi  əyalətində yaşayan Xie Qiping 8 may 2004-cü ildə 5 m 627 sm saçlarının uzunluğuna görə qeyri-adi rekordlar sırasına daxil olub.
2004-cü il sentyabrın 1-də İlker Yılmaz gözündən 279.5 sm uzağa süd sıçratmaqla yeni bir rekordun sahibi olub.
Lucky Diamond Rich həyatını bədənində çoxlu sayda döymə etdirərək keçirib. O, göz qapaqları, ayaq barmaqları arasındakı dəri, diş əti də daxil olmaqla bütün bədənini döymə etdiyinə görə qeyri-adiliyi ilə seçilib. Kanadalı bu gənc rekordlar kitabına daxil olmaq üçün yeni bir üsul tapıb. O, saat yarım ərzində bədəninə 1000 dənə iynə batıraraq kaktus adam olmaq rekordunu təzələyib.
Badamsin Juvansin Gurjar 22 il bığını kəsməməklə və 3 m 81 sm uzunluğunda bığı ilə adını rekordlar kitabına yazdırıb.
2006-cı ilin avqustunda 17.78 sm-lik əqrəbi 18 saniyə ərzində ağzında tutmağı bacaran Dean Sheldon yeni bir rekordun sahibi olub.
Çin vətəndaşı olan Dong Changsheng 2006-cı il sentyabrın 26-da 1.5 ton ağırlığında avtomobili alt göz qapaqlarına birləşdirilən xüsusi çəngəl sistemi ilə 1 sm çəkməyi bacarıb. Xüsusu məşqlər nəticəsində həyata keçirilən rekorda «chi-kong» adı verilib.
Om Sietas 3 metr 5 sm dərinliyində suyun altında 14 dəqiqə 12 saniyə müddətində nəfəs almayaraq rekordçular sırasına daxil olub.
2007-ci il yanvarın 20-də norveçli Narve Laeret bir zərbə ilə 21 beton blokunu qırıb.
Top