Yeraltı şəhərlər

Yeraltı şəhərlər

Səddam Hüseynin bunkerlərində beşmərtəbəli bina vardır, Kim Çen İrin zirzəmilərində nərə balıqları üzür, Federal Təhlükəsizlik Xidmətinin binasından  isə Böyük Teatra yeraltı yol gedir.
Yeralti sərdabələrin sirri
Iraqda Səddam Hüseynin zirzəmisi (uzunluğu yüz kilometrlərlədir) 1982-1991-ci illəri əhatə edən dövrdə Yuqoslaviyanın «Aeroinjinirinq», Almaniya Demokratik Respublikasının «Froyndşaft» və Fransanın At PZ firmaları tərəfindən tikilmişdir. İraq mütəxəssislərinin fikrincə, faktiki olaraq bunlar 40 metrə qədər dərinlikdə yerləşən nəhəng yaşayış kompleksləridir. Tunellər böyük ustalıqla gizlədilmişdir, eyni formada olan yeraltı sərdabələrin şəbəkəsində onunla tanış olmayan adam azıb məhv ola bilər.
Səddam Hüseynin bioqrafı Səid Aburiş belə deyir:
— Bu şəhər hissə-hissə tikilmişdir. Hər bir xa­rici şirkət şəhərin özünə aid olan hissəsini planlaşdırmış, başqa hissələrindən isə xəbəri olmamışdır. Bütün kommunikasiyaların planı yeganə nüsxədə şəxsən Səddamın özündə saxlanılırdı. Onun bunkerinin divarları 2003-cü ilin martında «Tomaqavk» raketinin birbaşa zərbəsinə davam gətirmişdir. Mən Səddamın həbs edildiyi «yuvanın» da bu yeraltı sərdabələr şəbəkəsinə daxil olduğunu istisna etmirəm. Çünki çox qəribədir ki, o, açıq çöldə qazılmışdır. Sadəcə olaraq amerikalılar kommunikasiyalärı tədqiq etmək üçün bunu şüurlu surətdə açıqlamırlar.
«Aeroinjinirinq» şirkəti yeraltı məskəni tikərkən, Yuqoslaviya diktatoru İosip Broz Titonun bunkerlər sistemini əsas götürdüyü sirr deyildir. Sərhəddən qırx kilometr məsafədə yerləşən Bor şəhərciyindən başlayan yeraltı  şəhər Tito dövründə tikilmişdir. Bu qurğu Yuqoslaviyanın keçmiş prezidenti   Slobodan   Miloşeviçi NATO bombardmanından qorumuşdur. Slobodan Miloşeviçin böyük qardaşı  Borislav (Yuqoslaviyanın   Rusiyadakı keçmiş səfıri) söhbət vaxtı demişdir ki, bu yeraltı məskəndən Adriatik dənizinə yol ge­dir, hətta bu sistemə mini sualtı qayıq üçün anqar daxildir.
Kralların bunkeri
Britaniya tarixçisi Ceremi Kerbern belə de­yir:
— Məsələ ondadır ki, hələ' XX əsrin otuzuncu illərində müxtəlif ölkələr yeraltı şəhərlər tikməyə başladılar. Qırxıncı illərdən sonra, bu, artıq kütləvi xarakter aldı. Faktiki olaraq, bütün tikililər, nüvə müharibəsi halında dövlət rəhbərliyini xilas etmək üçün hazırlanmışdı. Tədricən onlar çoxalmış və təkmilləşdirilmişdir. Məsələn, Böyük Britaniyada məxfi bunkerlərdə təkcə kraliça və baş nazir üçün deyil, həm də… onların itləri üçün otaqlar vardır, kraliçanın yeraltı məskəninə onun çox sevdiyi rəngdə olan divar kağızı vurulmuşdur. Kraliça ora axırıncı dəfə 1944-cü ildə almanların «Fau» raketlərinin bombardmanı vaxtı, hələ şahzadə olarkən düşsə də, bu yeraltı məskən hər il təmir edilir.
Dünya kəşfiyyatı Şimali Koreyanın yeraltı tikililərinə xüsusi maraq göstərir. Koreya Xalq Demokratik Respublikasının Dövlət Tikinti Komitəsinin yüksək vəzifəli məmuru, 1985-ci ildə Seula qaçmış Kim En Nam Kim İr Senin çox böyük yeraltı şəhərlərinin sirrini açmışdır. «Sevimli rəhbər» özünün diktator həmkarlarını bu sahədə, demək olar ki, ötüb keçmişdir: yeraltı məskənlər Şimali Koreyanın bütün guşələrinə səpələnmişdir. Keçmiş məmurun sözlərinə görə, yerin altında divarları mərmərlə örtülmüş saraylar, nərə fermaları və bildirçin fabrikləri vardır — bütün bunlar, prezidentin azacıq da olsa narahatçılıq keçirməməsi üçündür. Kim En Nam təsdiq edir ki, Kim İr Sen, arzu etdikdə, özünün Pxenyandakı sarayından yeraltı yolla hətta Seula gedə bilir. Amerikalılar və cənubi koreyahlar Şimali Koreyadan cənuba məxfi tunellər şəbəkəsinin (iyirmiyə yaxın) getdiyini, bunlardan cəmisi üçünün aşkar edildiyini etiraf edirlər. Yeri gəlmişkən, yeraltı məskənlər şəbəkəsinin tikintisinə məhz sovet mühəndisləri başlamışdılar...
1985-ci ildə İngiltərəyə qaçmış SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin keçmiş polkovniki Oleq Qordiyevski bildirmişdir:
— Dövlət Təhlükəsizliyi Komitəsinin başlıca sirri indiyə kimi açılmamışdır. Mən Komitənin yer altında bütöv şəhərə bərabər, tayı-bərabəri nə İraqda, nə də Şimali Koreyada olmayan çox böyük qurğuları olduğunu bilirəm. Əvvəlki so­vet, indiki rus xüsusi xidmət orqanlarının bu yeraltı kommunikasiyaları, sadəcə olaraq, qeyri-adidir.
«METRO — 2»
Moskvada «Dövlət Təhlükəsizliyi Komitəsinin yeraltı şəhəri» haqqında ilk dəfə 1991-ci ildə Pentaqonun illik məruzəsində ətraflı məlumat verilmişdir. Həmin məruzədə Kreml altındakı kommunikasiyanın təxmini plant «Metro — 2» adı altında verilmişdir. Elə çıxırdı ki, dövlət təhlükəsizliyinin tunellərindən qatarlar da gedirmiş. Bu sxem süxurdakı boşluğu «görə» bilən casus-peykin köməyi ilə əldə edilmişdi. Ehtimal edildiyinə görə, bunkerlər sisteminin uzunluğu 100 kilometrə bərabərdir. Bu sistemə Ramenki (Moskvamn cənubi-qərbində rayondur) altında 15 minlik adam üçün şəhərcik daxildir, o, «Vnukovo — 2» hökumət aeroportunu, Fede­ral Təhlükəsizlik Xidmətinin binasını, Kremli, Lenin adına kitabxananı, Baş Qərargahın Akademiyasını və hətta Böyük Teatrı birləşdirir. Pen­taqonun məlumatına görə, hər birinin uzunluğu 24 küometrdən 27 kilometrə qədər olan üç xətt vardır. Nə qədər qəribə olsa da, Rusiya məmurları «Меtrо — 2» qurğusundan istifadə etmirlər- o, təcili köçürmə üçün tikilmişdir.

Səddam Hüseynin bioqrafı Səid Aburiş deyir:
— Xüsusi xidmət orqanlarının yeraltı qurğuları artıq dünəndə qalmışdır. Səddam Hüseynin planına elə bir sualtı baza yaratmaq daxil idi ki, onun harada olduğu heç kimin ağlına gəlməsin. Bu ideyanı o, kəşf etməmişdir. Məlum olduğu kimi, Adolf Hitler 1944-cü ildə sualtı məskən yaratmağı planlaşdırırdı, ancaq buna macal tapmadı. Buna görə də, yaxın gələcəkdə dənizin dibində, bizim indi artıq yerin altında müşahidə etdiklərimizə oxşar ən məxfi şəhərlərin meyda­na çıxacağı istisna deyildir.
Türkiyədə (Kappadokiyada) eramızdan əvvəl II əsrdə tikilmiş ilk yeraltı şəhərlərdən birini görmək olar. İçəridə hava və işıq almaq üçün quyular, kiçik məbədlər, ev heyvanları üçün otaq, qəbiristanlıq, mətbəx, taxıl və un üçün anbar yerləşdirilmişdir. Bu şəhərin girişi diametri metr yarım olan daş disklərlə örtülü olmuşdur. Tarixçilərin hesablamalarına görə, həmin dövrdə yeraltı şəhərlərdə bir neçə min adam yerləşə bilərmiş.
Moskvada yeraltı şəhərin olması haqqında məlumata Rusiyanın ilk prezidentinin köməkçisi belə münasibət bildirmişdir:
— Moskvada yeraltı kommunikasiyanın olması haqqında fikir güclü şəkildə şişirdilmişdir. Öz həyatına sui-qəsd ediləcəyindən möhkəm qorxan Stalinin vaxtında əslində Kremldən Volınskda yerləşən bağ evinə birtərəfli metro xətti işləmişdir. İndi nə bağ evindən, nə də birtərəfli metro xəttindən istifadə edilir. Bundan başqa, Baş Qərargahla bir neçə hökumət obyekti arasında yeraltı nəqliyyat xətti mövcud olmuşdur. 1991-ci ildə Sov.İKP Mərkəzi Komitəsinin yerləşdiyi Köhnə Meydanla Kreml arasında yeraltı xətt tikilmişdir.
Moskva metropoliteninin rəisi Moskvada məxfi yeraltı yolların olması fikrinə münasibətini bildirərək demişdir ki, mən Moskvanın yeraltı obyektlərinin rəhbəriyəm, orada isə məxfi olan heç nə yoxdur.
 
Məqalənin orijinalı «Аргументы и факты» jurnalındadır: gazeta.aif.ru/online/aif/1230/16_01?print
Top