Ata əvvəl qızına, sonra isə nəvəsinə tamah saldı
Türkiyənin Ədirnə şəhərində öz qızını 9 il ərzində zorlayan atanın məhkəməsi başlayır. Dövlət ittihamçısı qızını zorlayan, nəvəsinə qarşı seksual xarakterli hərəkətlər edən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Tükürpədici hadisə qızını zorlayan atanın qızından olan nəvəsinə də «göz dikməsi» nəticəsində ortaya çıxıb. Belə ki, adı açıqlanmayan 52 yaşlı kişi doğma qızına 13 yaşında olarkən təcavüz edib. Bu münasibətdən atanın öz qızından iki övladı dünyaya gəlib. «Valideyn» doğulan qız uşağını həyat yoldaşının dünyaya gətirdiyi övlad kimi göstərərək öz qızı kimi saxlayıb, oğlunu isə övladlığa verib.
Bir necə ildən sonra zorladığı qızını uzaq kəndlərdən birinə ərə verib. Bundan sonra öz qızı kimi baxdığı nəvəsinə «tamah salıb». Atanın seksual xarakterli hərəkətlərindən bezən məktəbli özünü öldürmək istəyib. Bunun üçün o məktəbdə olarkən intihar məqsədi ilə xeyli dərman atıb. Daha sonra isə atası zənn etdiyi şəxsin ona qarşı etdiyi hərəkətləri həkimə danışıb. Həkim isə eşitdiyi hadisə barəsində dərhal prokurorluğu məlumatlandırıb. Araşdırma aparan polis tükürpədici ailə dramının üstünü açıb.
Öz qızını zorlayan, nəvəsinə qarşı əxlaqsız hərəkətlər edən «ata» həbsə, 17 yaşlı qız isə uşaq evinə göndərilib.
Mənbə:
http://anspress.com/index.php?a=2&lng=az&nid=39370
15 yaşlı qız azyaşlı bacısını pul üçün fahişəliyə məcbur etdi
ABŞ-ın Nyu Cersi əyalətində 15 yaşlı qız 7 yaşlı ögey bacısını seks üçün satmaqda ittiham olunub. Polis rəsmilərinin verdiyi məlumata görə, Trenton şəhərində şəxsiyyəti gizli saxlanılan 15 yaşlı şəhər sakini 7 yaşlı bacısını ziyafət məclisinə aparıb. Burda pul alaraq bir neçə nəfərlə intim əlaqədə olan qız daha sonra 7 nəfərin azyaşlı bacısını zorlamasına izn verib və onlardan da bunun qarşılığında pul alıb.
Bir müddət sonra məclisi özbaşına tərk edən azyaşlı yolda rast gəldiyi iki qadının yardımı ilə evlərinə qayıdıb. Evdə isə başına gələnləri, onların yoxa çıxması səbəbilə evə gələn polislərə danışıb. 15 yaşlı bacı polis tərəfindən saxlanılıb. Prokurorluq isə onun yetkinlik yaşına çatmış şəxslər kimi mühakimə olunmasını tələb edib.
Mənbə:
http://anspress.com/index.php?a=2&lng=az&nid=35206
Türkiyədə baş məşqçi futbolçuları zorlayırdı
ANS PRESS Türkiyənin “Milliyət” qəzetinə istinadən xəbər verir ki, klubun aşağı yaş qrupunun keçmiş məşqçisi uşaqlara “sizə top alacam”, deyərək onlara qarşı seksual xarakterli hərəkətlər edib. Keçmiş məşqçi futbolçulardan iki nəfərini isə zorlayıb.
Məşqçi Mahmut Sərbəstin əməlləri futbolçuların valideynləri tərəfindən aşkarlanıb. Uşaqlarının evə tez-tez təzə toplarla gəldiyini görən valideyinlər, bundan şübhələnərək məşqçini izləməyə başlayıblar. Onlar daha sonra bu barədə polisə məlumat veriblər. Polis Mahmud Sərbəstin futbol oyunlarından sonra 10-15 yaş arasında olan uşaqlara qarşı seksual xarakterli hərəkətlər etdiyini aşkarlayıb. Dərhal əməliyyat keçirən polis 56 yaşındakı Mahmud Sərbəsti tutub.
Mənbə
http://anspress.com/index.php?a=2&lng=az&nid=34025
Rusiyanın Tambov vilayətində Uvarovo şəhərinin 38 yaşlı sakini Andrey Sıçev(Андрей Сычев) 11 yaşlı qızını zorlamaqda təqsirli bilinir. Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, o, qızına pornoqrafik xarakterli filmlər göstərirmiş. Sora ata qızından tələb edirmiş ki, filmdəki hərəkətləri təkrarlasın. Qız imtina etdikdə isə Andrey Sıçev onu döyüb və seksual xarakterli zorakılıq hərəkətləri edib.
Mənbə
http://anspress.com/index.php?a=2&lng=az&nid=18175
Amerikanın Nyu York şəhərindəki litseylərdən birində baş vermiş hadisə ölkədə qalmaqala səbəb olub. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, “Ceyms Medison” adına litseydə xadimə siniflərdən birinə daxil olarkən biri 29 digəri 33 yaşında olan iki qadın müəllimi qeyri-ənənəvi münasibət vəziyyətində aşkarlayıb. İkisi də ailəli olan fransız və ispan dili müəllimləri polis şöbəsinə çağırılıb və ifadə verdikdən sonra evə buraxılıblar. Eyni məktəbdə daha bir qalmaqal başqa qadın müəllimin adı ilə hallanır. Belə ki, 31 yaşlı tarix müəlliminin öz şagirdi ilə intim münasibətə girdiyi iddiası ilə istintaq başladılıb. Daha əvvəl də şagirdlərdən biri ilə münasibəti olan müəllimin şagirdi ilə 200 dəfə telefonla danışdığı müəyyən olunub.
Mənbə:
anspress.com/index.php?a=2&lng=az&nid=16683
Neqodyayev
Sankt-Peterburqda dörd yaşlı qızı zorlamaqda şübhəli bilinən Neqodyayev familiyalı kişi yaxalanıb. Bu barədə şəhərin Daxili İşlər Baş İdarəsindən məlumat verilib. “Babuşkina küçəsində yerləşən evdə 2005-ci il təvəllüdlü qıza qarşı törədilən seksual mahiyyətli zorakılıq hərəkətləri və zorlamada şübhəli bilinən Gennadi Neqodyaev yaxalanıb”, -deyə mənbə bildirmişdi.
Bakı şəhərində evlənmək adı ilə qaçırılan 14 yaşlı qız iki nəfər tərəfindən zorlanıb.
Qaradağ rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini, 27 yaşlı Orxan Cəlilov evlənmək məqsədilə 14 yaşlı A.İ-ni (şərtidir) qaçırıb. O.Cəlilov qızı qaçırandan sonra onunla cinsi əlaqədə olub.
Qaradağ rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində O.Cəlilov yaxalanıb. Onun ətrafında aparılan araşdırmalar zamanı müəyyən olub ki, həmin qızla Orxan Əliyevlə yanaşı Famil adlı şəxs də cinsi əlaqədə olub.
İngiltərədə 38 yaşlı porno həvəskarı bacısının 12 yaşlı qızını zorlayaraq qətlə yetirib. 38 yaşlı Con Maden bacısına zəng edərək 10 yaşlı qızına baxması üçün 12 yaşlı Tianı onlara göndərməsini xahiş edib. Qız evə daxil olduqdan sonra ona yuxu dərmanı içirdən Maden əvvəlcə bacısı qızını zorlayıb, sonra ona bir neçə bıçaq zərbəsi endirib və gitaranın simi ilə boğaraq qətlə yetirib.
Polis ailəsi dağılmış Madenin evində axtarış apararkən 2 mindən çox internetdən yüklənilmiş porno şəkillər aşkarlayıb. Həmin şəkillərin böyük əksəriyyəti uşaq pornoqrafiyasına aid olub. Eyni zamanda onun kompüterində cinayəti gizlətməyin yolları barədə külli miqldarda internet materialları tapılıb.
38 yaşlı manyak məhkəmənin hökmü ilə ömürlük həbsə məhkum edilib.