Pedofiliya

Pedofiliya

Yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış 4-11 yaş arasındakı uşaqlara qarşı seksual maraqları pedofillik (pedofiliya) adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biri hesab olunur.
Pedofiliya daha çox kişilərdə müşahidə olunur. Nadir hallarda qadınlarda rast gəlinir. Ancaq pedofillikdə cinsiyyət ayrımı yoxdur. Bütün dünyada ən ağır cinayətlərdən biri olan pedofilliya qurbanlarına çevrilmiş uşaqlar, psixoloji baxımdan müalicə olunmazlarsa, yetkinlik yaşına çatanda onlarda da pedofiliyaəlamətləri görünə bilir.
Pedofiliyaya meylli adam hər yaş qrupundan, hər bir peşədən, hər bir millətdən ola bilər. Sosial-iqtisadi təminatı çox yaxşı, çox pis də ola bilər. Araşdırmalar göstərir ki, pedofillər daha çox uzaq qohumlar və qonşulardan çıxır.
İnternet pedofiliyanın geniş yayılmasında böyük rol oynayır. Statistikatya görə, ABŞ-da gündə 20 min civarinda uşaq pornoqrafiyası internetə yerləşdirirlir. Bütün dünyada pornoqrafiya ilə geniş şəkildə mübarizə aparılır. Amma basqınlar nəticəsində ələ keçirilən pornoqrafik video-foto materialların 40%-ini hələ də uşaq pornoqrafiyası təşkil edir.
Uşaqbazların (pedofillərin) 80 faizi özləri uşaqlıqda psixi sarsıntı və ya seksual zədə alırlar. Uşaqlıqda zorakılığa məruz qalanların böyüyərkən nəyə görə başqalarına eyni zərbəni vurmaq istəyinin səbəbini psixoloqlar tam aydınlaşdıra bilməsələr də, bəzən bunu özünütəsdiq və qisas almaq kimi qəbul etməyi tövsiyə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı xəstəliklərin təsnifatını apararkən, 1965-ci ildə uşaqbazlığı pozğunluq, 1973-cü ildə psixi patologiya və nəhayət, iyirmi ildən sonra seksual orientasiyanın pozğunluğu kimi qeydə aldılar.

Ümumiyyətlə, uşaqbazların psixi xəstə, yaxud əsl əclaf olmaları haqqında mübahisələr geniş xarakter almayıb və hər kəs uşaqbazlara amansız cəzanın verilməsinin tərəfdarıdır.
Azərbaycan Cinayət Məcəlləsi uşaqbazlığa görə 8 ildən 14 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur. Uşaqbazlıqla mübarizə aparan bəzi Avropa ölkələrində isə azyaşlıları cinsi təhrikə və zorlamaya görə cinayətkara ən yaxşı halda ömürlük, ən pis halda isə axtalanma cəzası verilir. Azərbaycanda mobil telefonlara pornoqrafiyanın yayılması və pornokasetlərin satışı qanunla qadağan edilib.

Hazırda Rusiyada azyaşlı uşaqlara qarşı cinsi zorakılıq hallarının artmasının səbəbini Rusiya ictimaiyyəti uşaqbazlara qarşı humanist münasibətlə izah edirlər.
Kimyəvi axtalanmada cinayətkarın qanına kişi hormonu olan testestoronun miqdarını sıfıra endirən inyeksiyanın yeridilməsi nəzərdə tutulur. Bu əməliyyatdan sonra azadlığa çıxsa belə, uşaqbazı cinayətkarlığa sürükləyən əvvəlki «vərdiş» tamamilə aradan qalxır.
ABŞ-ın bəzi ştatlarında uşaqbazlara kimyəvi axtalanma cəzası çoxdan verilir. Hətta cərrahi axtalanma da var, amma bu əməliyyat cinayətkarın şəxsi razılığı əsasında həyata keçirilə bilər. Almaniyada isə kimyəvi axtalanmaya ildə 6 nəfər uşaqbaz məruz qalır. Fransada da uşaqbazlar bu cür cəzalandırılırlar. Amma hakimiyyətə gələndən sonra Fransa prezidenti Nikolya Sarkozi cəzanı bir az da sərtləşdirməyi təklif edib - «ya bu əclaflar ömürlərinin sonuna kimi həbsxanada qalmalı, ya da azadlığa çıxmamışdan əvvəl mütləq axtalanmalıdırlar».

Əvvəllər yatmaq istəməyən uşağı xortdanla qorxudardılar. Bütün uşaqlar xortdanı qorxunc gözləri, iri əlləri, saqqallı üzü, buynuzu və xırıltılı səsi ilə bəlkə də eyni sifətdə təsvir edərdilər. İndi uşağa başa salmaq lazımdır ki, əsl xortdan qulağının dibində səliqəli, gülərüz, onun saçlarını sığallayan, hərdən nəzakətlə konfet təklif edən dayılar, əmilər və hətta babalar ola bilərlər.

Uşağa başa salmaq lazımdır ki, ona harasa getməyi, dondurma və ya saqqız təklif edən böyüklərə «yox» demək haqqı var. Uşağa başa salmaq lazımdır ki, onun bədəni yalnız özünə məxsusdur. Nəhayət, uşağa başa salmaq lazımdır ki, böyüklərin onlara qarşı qeyri-sağlam münasibətində onların günahı yoxdur və belə dayı və əmilərə qarşı öz balaca boyları ilə də müqavimət göstərə bilərlər - kimisə köməyə çağırmaq, açıq etiraz etmək və ən azı «anama deyərəm» kimi hədələrlə.
Böyklərə isə başa salmaq lazımdır ki, ailə bağlarının möhkəm olduğu, harmoniya və sevgid olu ailələrdən heç vaxt uşaqbaz çıxmır…
Top