Bir az bundan əvvəl belə bir söz oxumuşdum hardasa..."Allahım sən məni dostumdan qoru düşmənimlə özüm də bacararam..."nədənsə dəftərimin üz qabığına köçürdüm bu cümləni.Bilmirəm bəlkə də,ağlım kəsəndən bu yana böyüklərimin,anamın,nənəminmənə tez-tez tutduğu iradlar,verdikləri nəsihətlərdir bu sözləri mənə bu qədər yaxın edən. Çünki dost seçimində yanılmışam çox vaxt. Doğru dostluq qərəzsiz olar deyib atalar.Təəssüf ki, qərəzli oldu dostluqlarım çox zaman...Məqsədli dostluğun sonu puç olur. Bəlkə elə buna görə də,yaşımın az olmasına baxmayaraq dostlardan,sözü,nəfəsi yalan dostlardan qorunmaqçün Allaha sığındım.
Gülüb danışmağı çox sevmişəm uşaqlıqdan. Yaşadığım ən kiçik sevinci belə bölüşmüşəm hər zaman dostlarımla...
İndi isə həyatımın ilk, bəlkədə növbəti uğursuzluğunun ağrısını,yükünü çəkirəm ancaq dostlarsız...valideyinlərim, bacım və özüm.
-Dostun kimdir?
-Dara düşsəm deyərəm...məsəli lap yerinə düşdü burda. Deməli insanın həyatda əsl dostu onun özü, valideyinləri və doğmalarıdır!
Hələki yeniyetməlik dövrünün yolçusuyam.Çətinliklə,yıxıla-yıxıla,gəncliyə doğru gedirəm dilimdəysə bircə söz var "ALLAHIM,SƏN MƏNİ SAXTA DOSTDAN QORU,DÜŞMƏNİMLƏ ÖZÜM DƏ BACARARAM!"
Müəllif: Nərmin Hüseynzadə