Bütün böyük şəhərlərdə həyatın məcazi mənada quduzlaşmış ritmi hər gün orqanizmimizi üzür, əldən salır və sonra insanda stres və yorğunluğa gətirib çıxarır. Bəzən heç biz özümüz də hiss etmirik ki, gücümüz tükənmək üzrədir, odur ki, səbəbsiz narahatlıq, həyəcan hissi, inamsızlıq bizi bürüyür. Bizim bir çox xəstəliklərimiz, bu sonu bitməyən gərginliyimizin nəticəsində əmələ gəlir. Bu narahatçılıqdan qurtulmaq üçün müxtəlif yollardan istifadə etmək məsləhət görülür. Əlbəttə, biz bizi haqlayan xoşagəlməz hadisələrin baş verməsinə mane ola bilmərik ancaq biz bizi bürüyən gərginliyə qarşı mübarizə apara və onu aradan qaldıra bilərik .Gərginlikdən çıxmaq əhval ruhiyyəni qaldırır, insana gümrahlıq gətirir, həm də qismən bizim sağlamlığımızı və halımızı yaxşılaşdırır.
Bəs gərginlik nədən yaranır? Əlbəttə, səbəb çox ola bilər .Keçirilən sorğuya əsasən əsas gərginliyin başlıca səbəbləri rusiyalılarda bunlardır: Aparılan sorğuya görə kişilər qadınlara nisbətən iki dəfə çox həyəcan keçirməyə məruz qalırlar. Əgər siz yenə gərginlik keçirəçəyinizi qabaqcadan hiss edirsinizsə, məsələn, müdirinizlə xoşagəlməz söhbət, siz əvvəlki yaxşı və uğurlu işlərinizi xatırlayın. Çox adam əsəbiliyi siqaret çəkməklə aradan qaldırmaq istəyir.Tədqiqat göstərir ki, nikotinin təsiri ilə beyindən endoofinlər ifraz edir.Bunlar doğrudanda ağrğkəsici və əhvalruhiyyəni müvəqqəti qaldıran maddələrdir. Ancaq 20 dəqiqə təmiz hava da orqanizmə eyni-anoloji təsir göstərir. Mənbə: BakuTimes voki.ru agentliyinə istinadən.
35% - qiymətlərin qalxması və malların çox baha olması.
24% -hər şeydən əvvəl işsiz qalmaqdan qorxmaq, bir o qədər də insanin cinayətkarlığın artmasından narahat olması.
18% - bir çoxlarını mənzil məsələsi həyəcanlandırır.
16% -sağlamlığına görə həyacan keçirir.
Gərginlikdən necə xilas olmaq olar? Hər şeydən əvvəl baş verən hadisəyə sizin şəxsi münasibətinizi bilməyiniz vacibdir.Bas verən bir hadisəyə müxtəlif adamlar müxtəlif cür reaksiya verir, özlərini müxtəlif cür aparırlar. Odur ki, həyatda baş verən qarışıq hadisələrə fəlsəfi (ağılla) yanaşmağı bacarmaq lazımdır.
Çox insana özünütəlqin kömək eləyir. Siz özünüzü pis hiss etdikdə sizdə hazır şəkildə bir neçə söz olmalıdır ki, həmin sözləri daxilən, ya da astadan təkrar-təkrar deməlisiniz.Sadə özünütəlqin:”Mən bacaracağam.”, “Hər şey yaxşı olacaq” – bu sözlər sizi gərginliyə səbəb olan refleksdən –tez-tez nəfəs almaqdan və əllərinizin soyumasından xilas edər.
Gərginlikdən mütləq yayınmağa çalışın.Məsələn siz bir dəqiqəliyə pəncərəyə baxın- yəni probleminizdən kənara çıxacaq, gözləriniz və baxışlarınız yumşalacaq , daxilən sakitləşməyə başlayacaq və bu sizdə yaxşılığa doğru (özünüzü ələ almağa) vərdiş yaradacaqdır.
Bir neçə dəfə dərindən nəfəs alin və gicgahlarınızı ovuşdurun,beləliklə əsəbləriniz, xüsusilə boyun ətrafı ağrılarınız, ümumiyyətlə keçirdiyiniz gərginlik ötüb keçəcəkdir.
Isti vanna,xüsusi ilə dəniz suyu, iynəyarpaq budağı, gərginliyi götürür.İsti su qan dövranını yaxşılaşdırır, özünüzə əminlik yaradır. Həmçinin əllərinizi sadəcə isti suyun altına tutmaqla da əsəbləriniz sakitləşə bilər.
Əsəbilkkdən xilas olmağa gəzəl musiqi də çox kömək edir.Musiqi əsəbləri sakitləşdirir və gərginliyi azaldır.
Əlbəttə idman da insan əsəblərini , gərginliyi azaltmaqda çox böyük rol oynayır.Tranejor zalları da insana əvəzsiz xeyirlidir.Evdə təmizlik işləri görmək, yır-yığış aparmağın özü də insan əsəblərinə xeyir verir.
Çoxlu banan yeyin.Bananın tərkibində serotonin- sevinc,sakitlik , əhval ruhiyyəni qaldiran, uğur gətirən, xoşbəxtlik gətirən hormonlar var.Eləcə də yaşıl çay (gərginliyi götürür), yaxud adi nanəli çay da sizə xeyirlidir.
Ancaq əsəbi olan saman duzlu şey yeməkdən, kofe içməkdən çəkinin.Təcrübə göstərir ki, əsəbiliyə, beyin hormonlarına duzlu yeməklər mənfi təsir göstərir. Kofe isə ürək döyüntyüsünə -narahatlığa səbəb olur.
Madrid ETİ-nin psixoterapiya üzrə kliniki psixiologiya şöbəsi belə bir məruzə hazırlamışdır ki, müntəzəm şirniyyat (karamel) yeyən, saqqız çeynəməklə məşğul olan insanlar xüsusilə öz iş yerlərində əsəblərini cilovlaya bilirlər.
Psixoloqlar məsləhət görürlər ki, adamlar öz evlərinin divarlarını ailəvi fotoşəkillərlə bəzəsələr çoz yaxşı təsir göstərir.Belə ki, ən xoşbəxt,ən qayğısız günlərinizi, dəqlqəlrinizi əks etdirən sevdiyiniz 15 foto şəklinizi görünən yerdən asın. Hesab edilir ki, bu sizə və əsəblərinizə ən müsbət təsirini göstərəcək, siz özünüzü xoşbəxt hiss edəcəksiniz.
Londondakı Krallıq kollecinin alimləri məyyən etmişlər ki, insanda yığılıb qalmış əsəbiliyi məktub yazmaq götürür: başınıza nə lər gəlibsə hamısını gündəlik dəftərinizə yazın ,o zaman
Siz yüngülləşəcəksiniz. Uzun müddət gündəlik yazmaq lazım deyil, 3 gün ərzində 20 dəqiqə yazıya vaxt itirmək kifayətdir.