Sadako və kağızdan min durna quşu

Sadako və kağızdan min durna quşu

Yaponiyaya atom bombası atıldığında 2 yaşında olan bir qız, 12 yaşına gəldiyində məruz qaldığı radiasiya səbəbiylə xərçəngə tutulmuş və xəstəxanaya yatırdılmışdı. Amma vəziyyəti ümidsiz idi. Xəstəxanadakı bütün həkimlər, kiçik qızın ölümü üçün gün sayarkən, kiçik Yapon qızı həyat doluymuş. koridorlarda qaçır, oynayır və digər xəstələrə kömək edirmiş. Xəstələrin arasında ən sevdiyi adam isə 80 yaşında, özü kimi xərçəng olan yaşlı bir qadın idi.
Sadako=gənc yapon qızının bədbəxt taleyiKiçik Yapon qızı, ölüm döşəyindəki bu yaşlı qadını heç tək buraxmazmış. Qadın ölmədən dərhal əvvəl "Mənim üçün çox gec amma, bizim inanışımıza görə; əgər bir adam kağızdan 1000 dənə durna quşu etsə, hər istədiyi qəbul olur. Mən edə bilmədim, sən et və xilas ol" deyir və son nəfəsini verir. Kiçik Yapon qızı çox kədərlənir, amma həyatda qalma arzusuyla ənənəvi Yapon sənəti olan origami ile kağızdan durna quşları etməyə başlayır. Həvəslə çalışdığı üçün əvvəllər çox sürətli hazırlayırmış.Lakin 1000 dənə durna quşu düzəltməsi mümkün belə deyilmiş. Sağlamlığı da sürətlə pisləşirmiş. Bu qəmli hadisə əvvəl yerli, sonra da beynəlxalq mətbuatda işıqlandırılır. Dünyanın dörd bir tərəfindən insanlar qıza, minlərlə durna quşu göndərməyə başlayırlar.
Amma kiçik Yapon qızı, xəbərlər ekranda çıxdığı zaman əlini tərpədə bilməz hala gəlmişdi. Həyatdakı son saatlarını 644 quş düzəldərək keçirmişdi. Quşu bitirib, gözləri bağlanarkən tibb bacıları poçt vasitəsilə göndərilən yüzlərlə origami quşları ilə otağına girmişlər. Ancaq kiçik Yapon qızı üzündə bir təbəssüm yatağında cansız yatırmış. Poçtalyonlar aylarla kağızdan durna quşu daşımışlar xəstəxanaya. Sayı milyonlara çatan durna quşları Yaponiyada bir muzeydə sərgilənir...
Bu hekayə Yaponiyada 1943-1955 illəri arasında yaşayan Sadako Sasakinin hekayəsidir. Yoldaşları, əskik qalan 356 durnanı qatlayıb onunla birlikdə basdırırlar.Bu hadisə Hiroşimada Dünya uşaq barış gününün meydana gəlməsinə və bu günün şərəfinə Sadakonun Seatle'də heykəlinin qoyulmasına vəsilə olmuşdur. Hər il Avqust ayının 6-sında qeyd olunan barış günündə, dünya səviyyəsində bir çox uşaq tərəfindən edilən durna quşu origamileri Hiroşimaya göndərilir.
Kiçik qızın həyatı isə "Sadako və Kağızdan Min Durna Quşu" adıyla 1977-ci ildə Eleanor Coerr tərəfindən qələmə alınmışdır.

Həmçinin bax:
İnsanlıq dərsi
Top