Əbədi cavanlığın sirri

Əbədi cavanlığın sirri

Müasir elm də diktatorun əl atdığı metodun effektli olduğunu təsdiqləyib. Sən demə, gənc insanların qanı beynin funksiyasını, qan damarlarının vəziyyətini yaxşılaşdırır və yaddaşı gücləndirir.

ABŞ-dan olan alimlər bildiriblər ki, bu üsulla təbii qocalma prosesinin qarşısını almaq olar.

Kəsəyənlər üzərində aparılmış araşdırmalar göstərib ki, gənc qan nisbətən yaşlı canlıya yaxşı təsir edir.

Tədqiqatçılar gənc kəsəyənlərin qanını yaşlı kəsəyənlərə vurublar. Nəticədə yaşlıların beyinlərinin fəaliyyəti yaxşılaşıb. İndi alimlər həmin tədqiqatı insanlar üzərində aparmağı düşünürlər. Ehtimal var ki, bu metodika ilə yaşlı insanların ağıllarının zəifləməsinin qarşısını almaq olar.

İndi alimlər gənc qanın məhz hansı hüceyrələrə və toxumalara təsir göstərərək beynin fəaliyyətini yaxşılaşdırdığını araşdırırlar. Ancaq alimlər hələ də təsdiq edə bilmirlər ki, siçanlar üzərində aparılmış araşdırma eyni effekti insanlarda da verəcəkmi.
Top