İlk oruc tutan insan kim olmuşdur?

İlk oruc tutan insan kim olmuşdur?

Hədislərimizin nəql etdiyinə görə, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur. Hədisdə oxuyuruq: “O zaman ki, Həzrət Adəm (ə) qadağan olmuş meyvədən yedi, o meyvə 30 gün onun mədəsində qaldı. Ona görə də Allah Adəmin (ə) nəslinə 30 gün ac və susuz qalmağı vacib etdi. Əgər gecəni bir şey yeyilirsə, Allah tərəfindən olan lütfə görədir”. oruc tutmaq
Bu hədisdən aydın görmək olur ki, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur. (Beytutə)
O da aydın olur ki, oruc tutmağın mühüm hədəflərindən biri – aclıq və susuzluq vasitəsilə ruha əziyyət verən xəta ləkələrindən təmizlənməkdir.
Amma insan ehtiyaclı varlıq olduğundan, tam ac və susuz qala bilmir. Ona görə də, gündüz oruc tutarkən gecə vaxtı yeməyə icazə verilir ki, insanın cismində qüvvət olsun. Və bu gecə fasiləsi, ruhun təmizlənmə proseduruna mane olmur – Uca Allahın lütf proqramı belədir...


Mənbə: Deyerler.org
 
 
Top