İrs

İrs

Məsələ 2737: Qohumluq vasitəsilə irs aparan şəxslər üç dəstədir:
  1. Meyitin ata-anası və övladıdır. Övlad olmayanda isə övladın övladı və nə qədər aşağı getsə, bunlardan hər kəs ki, meyitə daha yaxın olsa, irs aparır. Bu dəstədən bir nəfər qalana qədər ikinci dəstə irs aparmazlar.
  2. Baba, nənə, bacı və qardaşdır. Qardaş və bacı olmayanda isə onların övladından hər kəs ki, meyitə daha yaxındır, irs aparar. Bu dəstədən bir nəfər qalana qədər üçüncü dəstə irs aparmazlar.
  3. Əmi, bibi, dayı, xala və onların övladıdır. Meyitin əmilərindən, bibilərindən, daylarından və xalalarından biri sağ qalana qədər onların övladı irs aparmazlar. Amma ölənin fəqət ata tərəfindən olan əmisi ilə həm ana, həm də ata tərəfindən olan əmisi oğlu olarsa, miras, ana və ata tərəfindən olan əmisi oğluna düşər və ata tərəfindən olan əmisi miras almaz. Yalnız əgər əmi və əmisi oğlanları bir neçə nəfərdən çox olsa yaxud da meyitin əyalı həyatda olsa, bu hökm işkalsız deyildir.
Məsələ 2738: Əgər meyitin özünün əmisi, bibisi, dayısı, xalası, həmçinin onların övladı və övladının da övladı olmasa, onda meyitin atasının və anasının əmi, bibi, dayı və xalası irs apararlar. Əgər bunlar da olmasa, onların övladı irs apararlar və əgər bunlar da olmasa, o halda babasının və nənəsinin əmisi, bibisi, dayısı və xalası, əgər bunlar da olmasa, onların övladları irs apararlar.
Məsələ 2739: Ər və arvad (sonradan deyiləcək təfsil ilə) bir-birindən irs apararlar.

Birinci dəstənin irsi


Məsələ 2740: Əgər meyitin varisi birinci dəstədən ancaq bir nəfər olsa, məsələn; ata, ya anası, ya bir oğlu, ya bir qızı olsa, meyitin malının hamısı ona çatar. Əgər bir oğlu və bir qızı olsa, malı elə bölməlidirlər ki, oğul qızdan iki dəfə artıq aparsın.
Məsələ 2741: Əgər meyitin varisi ancaq onun ata və anası olsa, malı üç yerə bölərlər, onun iki hissəsini ata və bir hissəsini ana aparar. Amma əgər meyitin iki qardaşı ya dörd bacısı, ya bir qardaş və iki bacısı olsa ki, onların hamısı müsəlman azad və bir atadan olsalar, yəni onların atası meyitin atası ilə bir olsa, istər onların anası meyitin anası ilə bir olsunlar ya olmasınlar, heç biri hamilə olmasa, meyitin ata-anası olana qədər bunlar irs aparmır, amma əgər bunlar olarsa, ana malın 6/1-ni aparır, qalanını isə atasına verərlər.
Məsələ 2742: Meyitin varisi yalnız ana, ata və bir qız olarsa, əgər meyitin əvvəlki məsələdə deyilən şərtlərlə, ata tərəfindən olan iki qardaşı və ya dörd bacısı, ya da bir qardaşıyla iki bacısı olmazsa, malı beş qismə bölərlər, ana və ata hər biri bir pay, qız isə üç pay alar. Əgər keçən şərtlərlə ata tərəfindən olan iki qardaş ya dörd bacı və ya bir qardaşla iki bacısı olarsa, bir rəyə əsasən, yenə də malı beş qismə bölərlər və bunların olmağının heç bir əsəri yoxdur. Lakin məşhur odur ki, bu təqdirdə malı altı qismə ayırarlar: ata və ana hər biri bir pay, qız isə üç pay alar. Yerdə qalan bir payı da 4 qismə ayırar, onun bir payını ataya, üç payını isə qıza verərlər. Nəticədə meyitin malı 24 qismə bölünər. Onun 15 payı qıza, 5 payı anaya verərlər. Bu məsələ işkalsız olmadığına görə ananın payının 5/1 və 6/1 miqdarı arasındakı fərqdə ehtiyata əməl etmək tərk edilməməlidir.
Məsələ 2743: Əgər meyitin varisi ata-ana və bir oğul olsa, malı altı yerə bölərlər, ata və ananın hər biri onun bir hissəsini, oğul isə dörd hissəsini aparar. Əgər bir neçə oğlu ya bir neçə qızı olsa, o dörd hissəni öz aralarında bərabər bölərlər, əgər oğlan və qız olsalar o dörd hissəni elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın.
Məsələ 2744: Əgər meyitin varisi ata ya ana və bir ya bir neçə oğul olsa, malı altı yerə bölərlər. Onun bir hissəsini ata ya ana, beş hissəsini isə oğul aparar. Əgər bir neçə oğlu olsa, onlar beş hissəni bərabər halda bölərlər.
Məsələ 2745: Əgər meyitin varisi ancaq ata ya ana, oğlu və qızı ilə olsalar, malı altı hissəyə bölərlər. Onun bir hissəsini ata ya ana aparar, qalanını isə elə böləcəklər ki, oğul qızdan iki dəfə artıq aparsın.
Məsələ 2746: Əgər meyitin varisi ancaq ata ya ana və bir qız olsa, malı 4 hissəyə bölərlər, onun bir hissəsini ata ya ana, qalanını isə qız aparar.
Məsələ 2747: Əgər meyitin varisi ata ya ana və bir neçə qız olsa, malı 5 hissəyə bölərlər, onun bir hissəsini ata ya ana, qalan dörd hissəsini isə qızlar öz aralarında bərabər bölərlər.
Məsələ 2748: Əgər meyitin övladı olmasa, onun oğul nəvəsi qız olsa da, meyitin oğlunun səhmini aparar. Onun qız nəvəsi oğlan olsa da, meyitin qızının səhmini aparar, məsələn; əgər meyitin öz qızından bir oğlu və oğlundan bir qızı olsa, malı üç yerə böləcəklər, onun bir hissəsini qızının oğluna, iki hissəni isə oğlunun qızına verəcəklər.

İkincinci dəstənin irsi


Məsələ 2749: Qohumluq vasitəsilə irs aparan meyitin babası, nənəsi, qardaşı və bacısıdır. Əgər bacı və qardaşı olmasa, onların övladı irs aparar.
Məsələ 2750: Əgər meyitin varisi ancaq bir qardaş ya bir bacı olsa, malın hamısı ona çatar. Əgər ata-anadan bir olan bir neçə qardaşı ya ata-anadan olan bir neçə bacısı olsa, malı bərabər öz aralarında böləcəklər. Əgər ata-anadan bir olan bir neçə bacı-qardaşı olsa, hər qardaş hər bacıdan iki bərabər çox aparacaq. Məsələn; əgər ata-anadan bir olan iki qardaşı və bir bacısı olsa, malı beş yerə böləcəklər, hər qardaş onun iki hissəsini, bacı isə bir hissəsini aparacaq.
Məsələ 2751: Əgər meyitin ata-anadan bir olan qardaş və bacısı olsa, atadan bir, anadan ayrı olan qardaş və bacısı irs aparmaz. Əgər ata-anadan bir olan qardaş və bacısı olmasa və əgər ancaq atadan bir olan bir bacı ya bir qardaşı olsa, malın hamısı ona çatar. Əgər atadan bir olan bir neçə qardaş ya bir neçə bacı olsa, malı bərabər öz aralarında böləcəklər. Əgər atadan bir olan həm qardaşı və həm də bacısı olsa, hər qardaş hər bacıdan iki bərabər çox irs aparacaq.
Məsələ 2752: Əgər meyitin varisi ancaq anadan bir olub, atadan ayrı olan bir bacısı ya bir qardaşı olsa, malın hamısı ona çatar. Əgər anadan bir olan bir neçə qardaş ya bir neçə bacı ya bacı və qardaş olsa, malı bərabər öz aralarında böləcəklər.
Məsələ 2753: Əgər meyitin ata-anadan bir olan qardaş və bacısı, atadan bir olan bacı-qardaşı və anadan bir olan bir qardaş, ya bir bacısı olsa, atadan bir olan bacı-qardaşı irs aparmaz. Bu halda malı altı yerə bölərlər, onun bir hissəsini anadan bir olan bacı, ya qardaşa, qalanını isə ata-anadan bir olan qardaş və bacıya verərlər ki, hər qardaş, bacıdan iki dəfə çox aparar.
Məsələ 2754: Əgər meyitin ata-anadan bir olan qardaş və bacısı, atadan bir olan qardaş və bacısı, anadan bir olan bir neçə qardaş və bacısı olsa, atadan bir olan bacı və qardaş irs aparmaz. Malı üç yerə bölərlər, onun bir neçə hissəsini anadan bir olan qardaş və bacı öz aralarında bərabər böləcəklər. Qalanını isə ata-anadan bir olan qardaş və bacıya verərlər ki, hər qardaş hər bacıdan iki dəfə çox aparacaq.
Məsələ 2755: Əgər meyitin varisi ancaq atadan bir olan qardaş və bacı və anadan bir olan qardaş yaxud bir bacısı olsa, malı altı yerə böləcəklər, onun bir hissəsini anadan bir olan qardaş və bacı aparacaq, qalanını isə atadan bir olan qardaş və bacıya verəcəklər ki, hər qardaş bacıdan iki dəfə çox aparacaq.
Məsələ 2756: Əgər meyitin varisi ancaq atadan bir olan qardaş-bacı və anadan bir olan bir neçə qardaş və bacısı olsa, malı üç yerə böləcəklər, onun bir hissəsini anadan bir olan qardaş və bacı öz aralarında bərabər böləcəklər, qalanını isə atadan bir olan qardaş və bacıya verəcəklər ki, hər qardaş hər bacıdan iki dəfə çox aparacaq.
Məsələ 2757: Əgər meyitin varisi ancaq qardaş, bacı və arvadı olsa, arvad (ər-arvad irsində deyildiyi kimi) təfsilatı ilə deyiləcək kimi öz irsini aparacaq, qardaş və bacı isə yuxarıda deyildiyi kimi öz irsini aparacaq. Həmçinin əgər bir qadın ölsə və onun varisi ancaq qardaş, bacı və əri olsa, əri malın yarısını aparacaq, qardaş və bacı isə əvvəldə deyildiyi kimi öz irsini aparacaqlar. Amma ər ya arvad öz irsini aparmaqla anadan bir olan qardaş və bacının səhmindən bir şey azalmaz, amma ata-anadan ya təkcə anadan bir olan qardaş və bacının səhmi azalar. Məsələn; əgər meyitin varisi ər və anadan bir olan qardaş və bacı, həmçinin, ata-anadan bir olan qardaş və bacısı olsa, malın yarısı ərinə çatacaq və malın əslinin üç hissəsindən bir hissəsi anadan bir olan qardaş-bacının malıdır və qalanını ata və anadan bir olan bacı və qardaşın malıdır. Beləliklə, əgər onun malı 6 manat olsa, üç manat ərinə, iki manat anadan bir olan qardaş-bacısına, bir manat isə ata-anadan bir olan qardaş-bacısına çatacaq.
Məsələ 2758: Əgər meyitin bacı-qardaşı olmasa, onların irsdəki payını övladlarına verəcəklər və anadan bir olan qardaş və bacısının uşaqlarının səhmi onların arasında bərabər bölünəcək, atadan ya ata-anadan bir olan qardaş və bacısının uşaqlarının səhmində isə, məşhura əsasən, hər oğlan hər qızdan iki dəfə çox aparacaq. Amma bunların da arasında bərabər bölünmə uzaq deyil, amma əhvət, sülhə müraciət etmələridir.
Məsələ 2759: Əgər meyitin varisi ancaq bir baba ya bir nənəsi olsa, istər ata tərəfdən olsun, istər ana tərəfdən, malın hamısı ona çatacaq. Meyitin babası ola-ola onun babasının atası irs aparmaz. Əgər meyitin varisi ancaq ata tərəfdən olan babası və nənəsi olsa, mal üç yerə bölünər, iki hissəsini baba, bir hissəsini isə nənə aparacaq. Əgər ana tərəfdən olan babası və nənəsi olsa, mal onların arasında bərabər bölünəcək.
Məsələ 2760: Əgər meyitin varisi ancaq ata tərəfdən olan baba ya nənə və ana tərəfdən olan baba ya nənəsi olsa, mal üç yerə bölünəcək, onun iki hissəsini ata tərəfdən olan baba ya nənə, bir hissəsini isə ana tərəfdən olan baba ya nənə aparacaq.
Məsələ 2761: Əgər meyitin varisi ata tərəfdən olan baba-nənəsi və ana tərəfdən olan baba-nənəsi olsa, mal üç yerə bölünəcək, onun bir hissəsini olan baba-nənəsi öz aralarında bərabər böləcəklər, iki hissəsini isə ata tərəfdən olan baba-nənəsinə verəcəklər ki, baba-nənədən iki dəfə çox aparacaq.
Məsələ 2762: Əgər meyitin varisi ancaq arvadı, ata tərəfindən olan baba-nənəsi, həmçinin ana tərəfdən olan baba-nənəsi olsa, arvad öz irsini sonradan deyiləcək kimi aparacaq. Əsli malın üç hissəsindən bir hissəsini ana tərəfdən olan baba və nənəyə verəcəklər ki, öz aralarında bərabər bölsünlər. Qalanını isə ata tərəfdən olan baba və nənəyə verəcəklər ki, baba nənədən iki dəfə çox aparacaq. Əgər meyitin varisi — əri, baba və nənəsi olsa, əri malın yarısını aparacaq, baba və nənəsi isə keçən məsələlərdə deyildiyi kimi öz irsini aparacaq.
Məsələ 2763: Qardaşın ya bacının ya qardaşların və bacıların baba ya nənə ya babalar ya nənələr ilə cəmlənməsinin bir neçə surəti vardır:
  1. Baba ya nənənin hər biri və qardaş ya bacı, hamısı ana tərəfdən olsunlar. Bu halda onların arasında kişi və qadın olmaqda müxtəlif olsalar da, bərabər bölünəcək.
  2. Onların hamısı ata tərəfindən olsunlar, bu halda hamısı kişi və ya hamısı qadın olsa, mal onların arasında bərabər bölünəcək. Əgər kişi və qadın olmaqda müxtəlif olsalar, hər kişi qadından iki dəfə çox aparacaq.
  3. Babalar ya nənələrin bəzisi ata tərəfdən olsun, bəzisi ana tərəfdən olsun, istər hamısı kişi olsun, istər hamısı qadın olsun, istərsə də müxtəlif olsunlar, qardaş ya bacılar da belə olsalar, bu halda ana tərəfdən yaxın olan qardaşlar, bacılar, babalar, nənələr, malın 3/1-ni öz aralarında bərabər böləcəklər, kişi və qadın olmaqda müxtəlif olsalar da, ata tərəfdən yaxın olanlara isə malın 3/2-dir ki, hər kişiyə qadından iki dəfə çox veriləcək. Əgər onların arasında (kişi və qadın olmaqda) ixtilaf olmasa və hamısı kişi ya hamısı qadın olsa, onların arasında bərabər bölünəcək.
  4. Ata tərəfdən olan baba ya nənə, ana tərəfdən olan qardaş ya bacı ilə cəm olsun. Bu halda qardaş ya bacı təkdirsə malın 6/1-ni aparacaq, əgər tək deyilsə, onun 3/1-ni bərabər öz aralarında böləcəklər, qalanını isə baba ya nənənin malıdır. Əgər baba ya nənə hər ikisi olsa, baba nənədən iki dəfə çox aparacaq.
  5. Ana tərəfdən olan baba ya nənə, ata tərəfdən olan qardaş ilə cəm olsun. Bu halda baba ya nənə üçün tək olsa da, malın 3/1-dir, onun 3/2-si isə qardaş üçündür. Əgər o baba ya nənə ilə ata tərəfdən bacı olsa, tək olan halda malın yarısını aparacaq, əgər tək olmasa, 3/2-ni aparacaq, hər halda baba ya nənə üçün malın 3/1-dir. Buna görə də əgər bacı tək olsa, meyitin malının 6/1-i onlardan artıq qalır. Bu halda vacib ehtiyata əsasən bir-birləri ilə sülh etməlidirlər.
  6. Baba ya nənələrin bəzisi ata tərəfdən, bəzisi ana tərəfdən olsun və onlar ilə ata tərəfdən bacı ya qardaş olsun, istər tək olsun, istərsə də çox, bu halda ana tərəfdən olan baba ya nənə üçün malın 3/1-dir. Əgər çox olsalar öz aralarında kişi və qadın olmaqda müxtəlif olsalar da, bərabər böləcəklər. Ata tərəfdən olan baba ya nənə üçün və ata tərəfdən olan bacı ya qardaş üçün qalan malın 3/2-dir. Əgər kişi və qadın cəhətindən müxtəlif olsa, təfazul ilə bölünəcək (yəni, kişinin qadından 2 dəfə çox olması) əgər müxtəlif olmasa, bərabər bölünəcək və əgər o babalar ya nənələr bir anadan olan bacı ya qardaş olsalar, bir anadan olan babaya ya nənəyə, bir anadan olan bacı ya qardaş ilə birlikdə 3/1 düşəcək və onların arasında bərabər bölünəcək. Kişi və qadın cəhətindən müxtəlif olsa belə və ata tərəfdən olan baba ya nənə üçün 3/2-dir. Belə ki, onların arasında müxtəlif olan surətdə təfazul ilə bölünəcək, əks təqdirdə isə bərabər bölünəcək.
  7. Qardaş ya bacıların bəzisi isə ana tərəfdən olsun və onlar ilə ata tərəfdən olan baba ya nənə olsun, bu surətdə, ana tərəfdən olan bacı ya qardaş üçün tək olan surətdə malın 6/1-dir. Əgər çox olsalar, malın 3/1-dir ki, bərabər öz aralarında böləcəklər. Ata tərəfdən olan bacı ya qardaş üçün ata tərəfdən olan baba ya nənə ilə birlikdə malın qalanıdır. Əgər kişi və qadın olmaqda müxtəlif olmayan surətdə bərabər öz aralarında böləcəklər. Müxtəlif olan surətdə isə, kişi qadından çox aparmaqla öz aralarında böləcəklər. Əgər o qardaş ya bacılar ana tərəfdən olan baba ya nənə ilə birlikdə olsa, ana tərəfdən olan baba ya nənə üçün ana tərəfdən bacı qardaş ilə birlikdə malın 3/1-dir ki, bərabər öz aralarında böləcəklər, ata tərəfdən olan bacı ya qardaş üçün irsin 3/2-dir. Əgər kişi və qadın olmaqda müxtəlif olan surətdə kişi qadından iki dəfə çox, müxtəlif olmayan surətdə isə bərabər öz aralarında böləcəklər.
Məsələ 2764: Meyitin qardaş və bacısı olduğu təqdirdə meyitin qardaş və ya bacısının uşağına yetişməz. Lakin bu hökm qardaş və ya bacının övladının qardaş və qız, qardaşın mirasına bir əngəl təşkil etmədiyi haldadır. Məsələn; əgər meyitin ata tərəfdən olan qardaşı və ana tərəfindən olan babası olursa, ata tərəfindən olan qardaşı malın 3/2-ni və ana tərəfindən olan babası malın 3/1-ni miras alır, bu təqdirdə meyitin ana tərəfindən olan babası malın 3/1-ni miras alır, bu təqdirdə meyitin ana tərəfindən olan qardaşoğlu da olarsa, o qardaşoğlu babası ilə malın 3/1-də şərik olur.

Üçüncü dəstənin irsi


Məsələ 2765: Üçüncü dəstə əmi, bibi, xala, dayı və onların övladıdır ki, əgər birinci və ikinci dəstədən bir kəs olmasa, bunlar irs aparacaqlar.
Məsələ 2766: Əgər meyitin varisi ancaq bir əmi ya bir bibi olsa, istər ata-anadan bir olsun, istər atadan bir olsun, istərsə də anadan bir olsun, malın hamısı ona çatar. Əgər bir neçə əmisi ya bir neçə bibisi olsa və hamısı ata-anadan ya atadan bir olsa, malı öz aralarında bərabər böləcəklər. Əgər həm əmi və həm bibisi olsa və ata-anadan ya atadan hamısı bir olsa, əqvaya əsasən, əmi bibidən iki dəfə çox aparacaq. Məsələn; əgər meyitin varisi iki əmi və bir bibi olsa, malı beş yerə böləcəklər, onun bir hissəsini bibiyə verəcəklər, dörd hissəsini isə əmilər öz aralarında bərabər böləcəklər.
Məsələ 2767: Əgər meyitin varisi ancaq ana tərəfdən olan bir neçə əmi ya ana tərəfdən olan bir neçə bibisi olsa, malı bərabər öz aralarında böləcəklər. Əgər varis, ana tərəfdən olan bir əmi və bir bibi olsa, əmi bibidən iki dəfə çox aparacaq. Hərçənd əminin malının artığında ehtiyat odur ki, bir-birləri ilə sülh etməlidir.
Məsələ 2768: Əgər meyitin varisi əmi və bibi olsa və onların bəzisi atadan, bəzisi anadan, bəzisi isə ata-anadan bir olsa, atadan bir olan əmi və bibi irs aparmaz. Əqva odur ki, əgər meyitin ana tərəfdən bir əmisi ya bir bibisi olsa, malı altı yerə böləcəklər, onun bir hissəsini anadan bir olan əmi ya bibiyə qalanı isə ata-anadan bir olan əmi və bibiyə, onlar olmayan halda isə atadan bir olan əmi və bibiyə verəcəklər. Əgər anadan bir olan həm əmisi və həm bibisi olsa, malı 3 yerə böləcəklər. İki hissəsini ata-anadan bir olan əmi və bibiyə, onlar olmasa, atadan bir olan əmi və bibiyə, bir hissəsini isə anadan bir olan əmi və bibiyə verəcəklər. Məşhur odur ki, anadan bir olan əmi və bibinin malı öz aralarında bərabər bölünər. Lakin əmi bibidən iki dəfə çox irs aparması uzaq deyildir. Amma bir-birləri ilə sülh etmələri ehtiyata daha uyğundur.
Məsələ 2769: Əgər meyitin varisi ancaq bir dayı ya bir xala olsa, malın hamısı ona çatar. Əgər həm də dayı və həm xalası olsa və hamısı ata-anadan ya atadan ya anadan bir olsalar, uzaq deyil ki, dayı xaladan iki dəfə çox aparsın. Lakin, bərabərçiliyə də ehtimal edilir, buna görə də, ehtiyat edilməlidir.
Məsələ 2770: Əgər meyitin varisi anasının bir və ya bir neçə dayısı və xalası, ata və anasının xalası və dayısı, həmçinin atasının dayısı və xalasıdırsa, atasının xala və dayısının irs aparmaması mübahisəli məsələdir. Hər halda dayının xaladan iki dəfə çox irs aparması ehtimal verilir. Amma vacib ehtiyata gərə müsalihə etməlidirlər.
Məsələ 2771: Əgər meyitin varisi bir ya bir neçə dayı, ya bir ya bir neçə xala, ya xala və dayısı və bir ya bir neçə əmi, ya bir neçə bibi, ya əmi və bibisi olsa, malı 3 qismə böləcəklər. Bir hissəsini dayı ya xala, ya hər ikisi, qalanını isə əmi, ya bibi, ya hər ikisi aparar.
Məsələ 2772: Əgər meyitin varisi bir dayı ya bir xala, həmçinin əmi və bibisi olsa, belə ki, əmi və bibi ata-anadan ya atadan bir olsalar, malı 3 yerə böləcəklər. Onun hər bir hissəsini dayı ya xala aparacaq və əqvaya əsasən, qalan maldan iki hissə əmiyə, bir hissə bibiyə verəcəklər. Buna görə də mal, doqquz yerə bölünəcək. Üç hissəsini dayı ya xala, dörd hissəsini əmiyə və iki hissəsini bibiyə verəcəklər.
Məsələ 2773: Əgər meyitin varisi bir dayı ya bir xala və anadan bir olan əmi ya bir bibi, həmçinin ata-anadan ya atadan bir olan əmi və bibi olsa, malı 3 yerə böləcəklər. Onun bir hissəsini dayı ya xalaya verəcəklər, qalan iki hissəsini əmi və bibi öz aralarında böləcəklər. Əminin bibidən iki dəfə çox aparması, uzaq deyildir. Amma ehtiyata əməl etmək daha yaxşıdır.
Məsələ 2774: Əgər meyitin varisi neçə dayı və neçə xala olsa və hamısı ata-anadan ya anadan bir olsa və həmçinin əmi və bibisi də olsa, mal 3 yerə bölünəcək. Bir payını isə dayı və xala 2770-ci məsələdə deyildiyi kimi öz aralarında böləcəklər.
Məsələ 2775: Əgər meyitin varisi, ana tərəfdən olan dayı və xala ilə, ata tərəfdən və ya ata-ana bir olan neçə dayı və xala, həmçinin əmi və bibi olarsa, mal üç pay olur. İkinci payı, əvvəldə deyilmiş göstərişə əsasən, əmi və bibi öz aralarında böləcəklər. Uzaq deyildir ki, qalan vərəsələr, yerdə qalan bir payı bərabər bölməlidirlər.
Məsələ 2776: Əgər meyitin əmi, bibi, dayı, xalası olmasa, əmi və bibinin irs apardığı qədər onların övladına, dayı və xalanın irs apardığı qədər onların övladına veriləcək.
Məsələ 2777: Əgər meyitin varisi, atasının əmi, bibi, dayı və xalası, həmçinin onun anasının əmi, bibi, dayı və xalası olsa, malı üç yerə böləcəklər, onun bir hissəsini meyitin anasının əmisi, bibisi, dayısı və xalası irs aparacaqlar və məşhura əsasən mal, onların arasında bərabər bölünəcək. Amma ehtiyat sülhün tərk olmamasıdır. Onun qalan iki hissəsini üç yerə böləcəklər: onun bir hissəsini meyitin atasının dayısı və xalası öz aralarında eyni qayda ilə böləcəklər, o biri iki hissəni isə onun atasının əmisi və bibisi eyni qayda ilə böləcəklər.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top