Həccin hökmləri

Həccin hökmləri

Məsələ 2044: Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir və həcc ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan şəxsə bir dəfə vacib olur:
  1. Hədd-buluğa çatmış olsun.
  2. Aqil və azad olsun.
  3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
  4. Müstəti (Müstəti — həcc ziyarətinə getməyə maddi imkanı olan şəxs) olsun və müstəti olmağın şərtləri bunlardır:
  5. Yol azuqəsi və ehtiyacı olan surətdə miniyi olar ya bunları əldə etməyə imkan verən malı olarsa;
  6. Məkkəyə getməyə və çox əziyyət çəkmədən həcci yerinə yetirməyə sağlamlığı və qüvvəsi olsun.
  7. Yolda getməyə maneəsi olmasın, ya yolda insanın canının ya namusunun aradan getməsindən qorxusu olsa, ya malının aparılmasından insanın qorxusu olsa, həcc ona vacib olmur. Lakin əgər başqa yol ilə gedə bilsə, uzaq olmağına baxmayaraq gərək o yol ilə getsin, amma o yol, «həcc yolu bağlıdır» deyiləcək dərəcədə uzaq və gedilməmiş olsa, gərək o yolla getməsin.
  8. Həcc əməllərini yerinə yetirə biləcək qədər vaxta sahib olmalıdır.
  9. Xanımı və uşaqları kimi xərclərini təmin etmək boynuna vacib olan şəxslərlə, xalq arasında yaşayışını təmin etməsi lazım görülən şəxslərin xərclərini təmin etmiş olmalıdır.
  10. Geri qayıtdıqdan sonra yaşayışını qazanc, əkinçilik, mülk gəliri və ya başqa bir yolla təmin edə bilməlidir. Həmçinin həccdən qayıtdıqdan sonra, həccə xərc etdiyi üçün çətinliklə yaşamağa məcbur qalmamalıdır.
Məsələ 2045: Şəxsi evi olmadan ehtiyacı ödənilməyən bir şəxsə həcc o zaman vacib olur ki, bir evin puluna sahib olsun.
Məsələ 2046: Məkkəyə gedə bilən qadın, qayıdandan sonra özünün malı olmasa və əri də məsələn, fəqir olub onun xərcini verə bilməsə və çətinliklə yaşamağa məcbur olsa, həcc ona vacib deyildir.
Məsələ 2047: Yol azuqəsi və miniyi olmayan bir şəxsə, başqa birisi «sən həccə get, sənin yoldakı xərclərini və qayıdana qədər ailənin təminatını mən ödəyəcəyəm» deyərsə, onun bu sözünə əmin oluna bilərsə, həcc ona vacib olar.
Məsələ 2048: Bir şəxsə həccə getməsi üçün, həccə gediş-qayıdış məsrəflərini və bu müddət ərzində ailəsinin yaşayışını təmin edəcək qədər mal bağışlanarsa, hərçənd borclu olsa və həccdən qayıtdıqdan sonra yaşayışını təmin edəcək qədər malı olmasa da, həcc ona vacib olar. Amma əgər həcc günləri onun qazanc və iş günləri ilə eyni günlərə təsadüf olunarsa və həccə getdiyi təqdirdə borcunu qaytara bilməzsə və ilin digər günlərində məsrəflərini təmin edə bilməzsə, ona həcc vacib deyildir.
Həcc ziyareti
Məsələ 2049: Əgər Məkkəyə gedib-gəlmə müddətində gedib-gəlməsinin və ailəsinin xərci ona verib, ona «həccə get» desələr, lakin onun mülkü etməsələr, əgər geri alınmayacaqlarına etimad edə bilərsə, həcc ona vacib olar.
Məsələ 2050: Əgər bir şəxsə həccə kifayət edəcək qədər mal verilir və Məkkə yolunda malı verənə xidmət etməsini şərt edərlərsə, həcc o şəxsə vacib olmaz.
Məsələ 2051: Əgər birinə bir miqdar pul versələr və həcc ona vacib olsa, həccə getsə və gələndən sonra özündə mal tapsa, ona artıq həcc vacib deyil.
Məsələ 2052: Ticarət üçün, məsələn; Ciddəyə qədər gedib orada bir miqdar mal əldə etsə, istədiyi təqdirdə, oradan Məkkəyə getməyə müstəti olarsa, həcc etməlidir. Bu şəkildə həcc etdikdən sonra vətənindən Məkkəyə gedəcək qədər malı olsa belə, ona artıq həcc vacib olmaz.
Məsələ 2053: Əgər insan başqasının tərəfindən şəxsən özü həcc ziyarəti etməyə əcir olsa, belə ki, özü gedə bilməsə, başqasını öz tərəfindən göndərmək istəsə, gərək onu əcir tutmuş şəxsdən icazə alsın.
Məsələ 2054: Bir şəxs müstəti olduğu halda, Məkkəyə getməz və sonra da fəqir olarsa, zəhmət tələb etsə belə, həccə getməlidir. Əgər heç bir şəkildə həccə getməsi mümkün deyilsə, belə ki, başqası onu həcc etmək üçün əcir tutarsa, Məkkəyə gedib, onu əcir tutanı həccini yerinə yetirdikdən sonra, gələcək ilə qədər Məkkədə qalıb həccini yerinə yetirməlidir. Amma əgər əcir olub, ücrətini nəqd alması mümkün olur və onu əcir tutan şəxs də onun həccinin sonrakı il yerinə yetirilməsinə razı olarsa, belə ki, sonrakı ildə həccini yerinə yetirə bilməsinə xatircəm deyilsə, birinci ildə öz həccini yerinə yetirməli və onu əcir tutanın həccini isə, sonrakı il yerinə yetirməlidir.
Məsələ 2055: Əgər bir şəxs müstəti olsa və Məkkəyə getsə və göstərilmiş müəyyən vaxtda Ərəfata və Məşərül-harama çatmasa, belə ki, əgər sonrakı illər müstəti olmasa, həcc ona vacib deyil, lakin əgər qabaqkı illər müstəti olub və həccə getməyib, bu halda əgər zəhmət olsa belə, gərək həccə getsin.
Məsələ 2056: Əgər bir müstəti olan şəxs həccə getməsə və sonra qocalığına ya xəstəliyinə ya zəifliyinə görə həccə gedə bilməsə və bundan sonra həccə getməsinə ümidi olmasa, gərək başqasını öz tərəfindən həccə göndərsin. Əgər ümidi olsa belə, vacib ehtiyat odur ki, əcir tutsun və sonradan əgər qüdrəti olsa, özü həccə getsin. Həmçinin birinci ildə həccə getməyə çatan qədər malı olduğu halda qocalıq, xəstəlik və ya gücsüzlük üzündən həccə gedə bilməzsə və sonradan müqtədir olmasından da ümidsiz olsa, hökm eynidir. Bu təqdirlərin hamısında öz tərəfindən naib tutulan şəxs kişidirsə, onun naibinin «sərurə», yəni ilk dəfə həccə gedən şəxs olması müstəhəbb ehtiyatdır.
Məsələ 2057: Başqası tərəfindən həccə əcir olunmuş şəxs gərək onun tərəfindən nisa təvafını yerinə yetirsin və əgər yerinə yetirməsə, qadın o əcirə haram olur.
Məsələ 2058: Əgər nisa təvafını düzgün yerinə yetirməsə ya unutsa, belə ki, bir neçə gündən sonra yadına düşsə, yarı yoldan qayıdıb yerinə yetirsə səhihdir, amma əgər qayıtmaq onun üçün çətin olsa, özünə naib tuta bilər.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top