Ölüm və sonrası

Ölüm və sonrası

Dünya səyahəti ölümlə birlikdə bitər və bəşər övladı onu əbədi axirət yurdlarına aparan yeni bir səfərə çıxar. Məhz bu səfərdə insanlar istər mömün, istərsə də kafir olsun bir çox hadisələrlə qarşılaşarlar. Ayə və hədislər vasitəsilə əldə edə biləcəyimiz bu hadisələr haqqında məlumat  sahibi olmaq, axirət həyatımız üçün necə hazırlanacağımıza kömək edər.
Ölüm vaxtı
Ölüm vaxtı, ölən şəxsin sonrakı həyatı haqqında məlumat verir. Çünki Allaha inananla  inanmayanın ölüm anındakı halı birbirindən çox fərqlidir. Mömünlər ödükləri vaxt yanlarına mələklər gələr və onlara belə müjdə verərlər: «Qorxmayın, fikir eləməyin, sizə vəd edilən cənnətlə sevinin». Allahın ondan razı olacağını və onu bağışlayacağını eşidən mömin son dərəcə sevinər. Bir an əvvəl Allaha qovuşmağı, Allah da ona qovuşmağı istər.
Ölmək üzərə olan inancsız bir şəxsə əziyyət ediləcəyi xatırladılır. O da ölümdən nifrət edər və Allaha qovuşmağı istəməz; heç Allah da ona qavuşmağı istəməz. Mələklər inancsız olanın üzünə və arxasına vuraraq «Dadın görüm yandırıcı əzabı» deyə canını alarlar. Inancsız olaraq ölənlərin pis qoxusu göy əhlini çox narahat edər.
Qəbir həyatı
Insan öldükdən və qəbrə qoyulduqdan sonra, qiyamətə qədər olan dövrə 'qəbir həyatı' deyilir. Qəbir həyatının bir addım əvvəli dünya, bir addım sonrası isə axirət həyatıdır. Qəbir həyatı dünya ilə axirət arasında bir əngəl təşkil etdiyi üçün ona 'bərzəx həyatı' da deyilir. Qəbir, axirət həyatının müxtəlif dayanacaqlarının birincisidir. Qəbirdəki imtahanı asanlıqla verən, ondan sonrakı mənzilləri daha asan keçər. Bu birinci imtahanı verə bilməyən şəxsin qəbir həyatı son dərəcə qorxuludur.
Qəbirdəki sorğu-sual
Qəbrə qoyulan şəxs, Münkər və Nəkir mələkləri tərəfındən sorğu-suala tutulurlar. Bu belə baş verir: Dəfn işi bitəndən, dost-tanış, ailə fərdləri məzardan bir-bir ayrıldıqdan sonra qəbirdə tək başına qalan ölü ayaq səsləri eşidir. O an biri Münkər, digəri Nəkir deyilən iki mələk gələr. Onlar ölən şəxsi oturdur, Müsəlman olub olmadığını anlamaq üçün «Rəbbin kimdir? Hansı dindənsən?» deyərək sual edərlər. Ölən şəxs Müsəlman isə «Rəbbim Allah; dinim Islam» deyərək cavab verər. Bir də Rəsuli Əkrəm haqqında nə düşündüyünü bilmək istəyərlər. Mömin, ölmədən əvvəl də dilindən düşürmədiyi kimi, kəlmeyi- şəhadət gətirərək onun Allahın qulu və Rəsulu olduğunu söyləyər. Mələklər ona «Biz sənin bunu söylədiyini daha əvvəl də  də bilirdik» deyərlər. Sonra qəbir genişlədilir və pırıl pırıl nurlandırılır. Ona cənnətdəki yeri göstərilir: «Bax, sənin yerin buradır. Allah Təala buranı cənnətdə uca bir məqamla dəyişdirdi. O, səni bu gözəl yerindən qaldırıb yenidən dirildənə qədər, burada ər-arvad yuxusu kimi „rahat yat“ deyərlər.
O müsəlmanın qəbrindən cənnətə bir yol çəkilir. Cənnətin müşkü-ənbər kimi qoxularını hiss etməyə başlayar. Ona cənnət paltarları geydirilər. Gözünün gördüyü yerə qədər qəbri genişləndirilər. O da yenidən dirildiləcəyi qiyamətə qədər Allah Təalanın ona təqdim edəcəyi nemətlər içində və sabah-axşam cənnətdəki yerinə baxaraq rahat və huzur içində yaşayar. Kafir vəya Allaha inanmış kimi görünən kimsə (münafıq) isə, mələklərin suallarına cavab verə bilməz. Mələklər ona, vəziyyətini daha əvvəlcə də bildiklərini söyləyərək başına şiddətli bir şəkildə vurarlar. Onun fəryadını insan və cinlərdən başqa bütün varlıqlar eşidər. Qəbri daraldılar, qəbrindən cəhənnəmə bir qapı açılar, cəhənnəmin alovlarını hiss etməyə başlar. Sabah-axşam cəhənnəmdəki yerinə baxaraq acılar içində qıvranar.
Öldükdən sonra dirilmə
Qiyamət qopandan sonra dünya həyatı bitəcəkdir. Sadəcə Allah Təalanın biləcəyi bir müddətdən sonra, sura ikinci dəfə üfürülür. O zaman göydən həyat verən bir su endiriləcək, hamı elə bil ki bitkilər kimi yenidən canlanacaq, sümükləri belə çürümüş olan insanlar, Allahın izni ilə heç çürüməyəcək olan quyruq girişindəki noxud dənəsi qədər kiçik bir hissədən (əcbüz-zənəbdən) yenidən canlanacaq, qəbirlərində dirilip qalxacaqlar. O zaman insanlar dünyada bir gün və ya daha az bir vaxt qaldıqlarını zənn edəcək, Allaha həmd edərək məhşərə doğru qaçaraq  gedəcəklər. Çox təəssüf ki, öz yaradılışını unudanlar, „Çürümüş sümükləri kim dirildəcək“ deyərək heyrətlə soruşarlar, öləndən  sonra yenidən canlanacaqlarına heç cür inanmazlar. Məhz onlar, ilk əvvəl Yaradanın yenidən diriltdiyini görəcəklər.
Məhşər
Allah Təala, məhşərdən bəhs etdiyi vaxt; „böyük gün“ „bütün insanların, kainatın sahibinin huzuruna çıxacağı gün“ ifadələrini işlədir. O gün, surun səsini eşidənlərin gözü heyrətlə açılacaq; o şəxslər dörd tərəfə yayılmış çəyirtgələr kimi qəbirlərindən atılacaqlar və onları kim çağırırsa ona tərəf qaçacaqlar. Ilk insandan, son insana qədər hamı bir yerə yığışacaq; o gün yerin şəkli başqa bir hala düşəcək, dağlar toz kimi sovrulacaq, bir çuxurun, bir təpənin olmayacağı,  dümdüz, ağappaq, heç kimsənin tanış bir işarətə rastlamadığı bir yerdə bütün insanlar yığışacaqlar. Insanlar məhşər yerində, Allah Təalanın huzuruna, ayaqyalın, paltarsız çıxacaqlar. Hiss etdikləri dəhşət, qorxu və çaşqınlıqdan ötrü bir-birinə dönüp baxa bilməyəcəklər. O dəhşətli anda günəş insanları yaxıb qovuracaq, hər kəs günahı ölçüsündə tərə batacaq; bəziləri topuqlarına, dizlərinə, belinə, çiyninə, bəziləri də ağzına və qulaqlarına qədər tərə batacaqdır. Hər hansı bir kölgənin olmadığı o dəhşətli gündə, Allah Təala bəzi şəxslərə xüsusi hədiyyə verəcək; onları ərşin kölgəsində qoruyacaqdır.
Belə bəxtiyar insanlar: — adil dövlət başçıları, — təmiz bir həyat içində Rəbbinə qulluq edərək böyüyən gənclər, -qəlbi məscidlərə bağlı müsəlmanlar, -birbirini Allah rizası üçün sevən; görüşləri də,  ayrılıqları da Allah rizası üçün olan insanlar, — gözəl və səlahiyyət sahibi bir qadının birlikdə olmaq təklifinə „Mən Allahan qarxaram“ deyərək yaxınlaşmayan igid şəxslər, — sağ əlinin verdiyini sol əlinin bilməyəcəyi qədər gizli sədəqə verənlər, — tənhalıqda Allahı xatırlayıb gözyaşı tökənlər olacaqdır.
Əməl dəftəri
Məhşər günündə hamının önünə, dünyada olduğu vaxt gördüyü yaxşı və pis əməllərin hamısını göstərən əməl dəftəri açılacaq. Hamıya da: „Oxu əməl dəftərini! Bugün özünü sorğu-suala çəkəcək haldasan“ deyiləcək. Yaxşılıq edənlərin əməl dəftəri sağ əlinə veriləcək. O şəxs, böyük bir sevinc içində ətrafındakılara „Baxın! Mənim əməl dəftəirmə, alın! Oxuyun! deyəcək. Onun sorğu-sualı asan geçəcək və cənnətin uca yerində, əlini atınca qopardacağı meyvələrin arasında, yeyib içərək xoşbəxt bir həyat keçirəcək. Əməl dəftəri sol əlinə verilənlər isə “Heyhat, bu necə dəfdərdir?! Gördüyüm bütün əməllərin hamısı buraya daxil edilib. Kaş ki, mənə əməl dəftərim verilməyəydi: mən də bunları bilməsəydim. Kaş ki ölümlə birlikdə herşey bitmiş olsaydı» deyərək yanacaqlar.
Hesab
Bundan sonra insanlar, dünyadakı əməllərindən ötrü Allah Təalanın huzurunda hesaba çəkiləcəkdir. Ağızlar möhürlənib, bağlandığı üçün danışa bilməyəcək, onun yerinə əllər və ayaqlar nə iş gördüklərini danışacaq, qulaqlar, gözlər, dərilər dilə gəlib hərşeyi xəbər verəcəkdir. Əlbəttə iman edib yaxşı əməl edənlər, Allahın əmirlərini yerinə yetirib, qadağalarından uzaq duranlarla,  bu şəkildə olmayanlar sorğu-sualda bir tutulmayacaqdır. Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurur: Allah Təala hər bir insanla tərcüməçisiz danışacaqdır. O zaman, insan sağ tərəfinə baxacaq, axirətə göndərdiyi yaxşılıqları görəcək. Sol tərəfinə baxacaq, vaxtı ilə etdiyi pis əməlləri görəcəkdir. Önünə baxacaq, önündə ancaq və ancaq cəhənnəmi görəcəkdir. Allah Təala, razı qaldığı qullarının əməl dəftərinə baxmaqla kifayətlənəcək, onları ayrıca hesaba çəkməyəcəkdir. Çünki hesaba çəkilənlər əzab görəcəklər. Məhəmməd ümmətindən; ovsun oxumayan, bu işi gördürməyən, və məhz Rəbblərinə inanan yetmiş min şəxs hesaba çəkilmədən cənnətə girəcəkdir. Dünyada ən kiçik bir yaxşılıq edən, etdiyi yaxşılığın mükafatını mütləq görəcək; ən kiçik pislik edən də bunun cəzasını görəcəkdir. Bu sorğu-sual sonunda heç kimsənin başqasında haqqı qalmayacaq, hətta buynuzsuz qoyun belə, buynuzlu qoyundan haqqını alacaqdır.
Müəllif: Prof. Dr. M. Yaşar KANDEMİR
Mənbə: İrfan dərgisi
Top