Pirlər,ziyarətgahlar və ya bizə Allahın əsl sifətini unutduran şəfa ocaqları...

Pirlər,ziyarətgahlar və ya bizə Allahın əsl sifətini unutduran şəfa ocaqları...

İnsanların pir,ziyarətgah və ya şəfa ocaqları kimi olan hər hansı bir yerə inanmağını görəndə çox pis oluram.Məgər inanılası pənah aparılası yer yalnız və yalnız bir olan ALLAH deyilmi?Və əgər biz bütün bunlara inanırıqsa o zaman bizim bütpərəstlərdən fərqimiz nədi? Cəhalətdir vallah.Biri götürüb ziyarətgahdakı daşı camaatın bədəninə sürtüb deyirki şəfa tapasız.Düşünmürlərmiki şəfanı verən yalnız Allahdır?Çoxsu deyirki biz bununla Allaha şərik qoşmuruqki,sadəcə sevimli bəndəsinin xətrinə ondan şəfa diləyirik.İslam bizə Allahın kiməsə görə günahlarımızı bağışlamağı və ya kiminsə xətrinə görə şəfa verəcəyini öyrətmirki.İnsan yalnız öz əməllərinə,öz taleyinə görə yaşayıb sorğu sual olunur.Qurani Kərim buyurur:
«Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: „Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!“ (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!» Zumər surəsi ayə.3
Əgər pirlər və ziyarətgahlar vacib olsaydı,peyğəmbərimiz s.ə.s ondan öncə gəlib getmiş peyğəmbərlərin qəbirlərini ziyarət edərdi.Qurani-Kərim bizə hansı ziyarəti vacib buyurub.Bunu heç düşünmüsünüz və ya heç bircə dəfə Quranı əlinizə alıb diqqətlə oxumusunuz?Allah bizə yalnız və yalnız həcc ziyarətini vacib buyurmuşdurki bu da müsəlman olmağın vacib beş şərtlərindən biridir.Pirlər ziyarətgahlar islamdan xəbəri olmayıb islam adı altında fəaliyyət göstərən və ya öz işlərini islam adı altında sırıyan işbazların biznes və gəlir mənbəyidir.Məgər görmürsüzki orda hər kəs pula görə fəaliyyət göstərir.Halbuki bütün istədiklərimizi biz Allaha səmimi qəlbdən dua edib istəyərək pulsuz parasız əldə edə bilərik.Bilirəm,içinizdə məni qınayan da olacaq.Yadaki biz dədə babalarımızdan belə görmüşük deyən də olacaq.Buna cavab olaraq yenə Qurani Kərimdən bir ayə yazacağam:
«Onlara (bütpərəstlərə): „Allahın göndərdiyinə (Qur´ana) tabe olun!“ -deyildiyi zaman, onlar: „Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!“ -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)» Bəqərə surəsi ayə 170



«Beşbarmaq» kimi adlanan ziyarətgahda deyilirki guya bura Xızır peyğəmbərin ayağı dəyib.Heç bir əsas olmadam.Və yaxşı əgər dəyibsə şəfanı,ruzini bir ayağın ləpirindəmi tapacaqsız.Yenə Quran bu barədə buyurur:
"(Musa: ) «Ey Samiri! Sənin (bu pis, əcaib işi görməkdə) məqsədin nə idi?» — deyə soruşdu. (Samiri) belə cavab verdi: «Mən (İsrail oğularının) görmədiklərini (Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim məni bu işə sövq etdi». (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydun)" Ta-ha surəsi 95-96-cə ayələr.
Bəzilərinizdə deyəcəksinizki mən filan ziyarətgaha getdim və istədiyim iş həyata keçdi.Bilinki Allah öz bəndələrini sevəndir,rəhmli və mərhəmətlidir.Ora getməsəydiniz belə Allah bəndəsi üçün xeyirli olan bir işi mütləq həyata keçirdəcəkdir.
Üzümü sizə tutub deyirəm,heç kəsin boş əsassız sözlərinə inanmayın.Əgər sizin üçün Allahın nəyi seçib, nəyi buyurduğunu bilmək istəyirsinizsə Qurani Kərimi oxuyun.Şəfanı,ruzini bütün istəklərinizi yalnız və yalnız bir olan Allahdan istəyin!Ona hec bir vasitəçi və şərik qoşmayaraq.ALLAH amanında!!!
Top