"Amin" sözünün etimalogiyası

"Amin" sözünün etimalogiyası

“Amin” sözünün etimologiyası qədim misir allah Amonun adı ilə bağlıdır. Amon və yaxud Amen, Amoun, Ammen, Amoun kimi adı gedən tanrı günəş tanrısı sayılır. Həmçinin Misir tarixində ilk tanrı sayılır.
Bibliya və Qurandan az çox başı çıxan biriləri də bilir ki, bu kitabların kökü gedib Misirə çıxır. Hətta Musa peyğəmbərin Misir fironu ilə söhbətlər və s.
Bundan əlavə bugün mövcud olan hər 3 ilahi dində günəşin tanrılaşması ilə bağlı simvollar və dəlillərə kifayət qədər çox rast gəlinir. Əgər “Zeigeist” filminin birinci hissəsinə baxan olubsa, orada İsa peyğəmbəri necə günəş simvolu kimi təqdim olunduğunu açıq aydın sübut edirlər.
Xristianların bibliyasında adı çəkilən “amin”lər İsa peyğəmbərlə bağlıdır. Halbuki Yəhudilərin Tövratında, özü də ilkin variant sayılan ibrani dildə olan kitabda isə Amin yaradılışın başlanğıcı və hər şeyin şahidcisi kimi təqdim olunur. “Tanrı Amin” sözü bir neçə yerdə işlədilir. Talmudda Amin sözü – “güvenilən tanrı” kimi qələmə verilir.
Beynəlmiləl dil sayılan latın dilində “amin” sözü “amen” kimi gedir. Həmçinin bir çox dillərdə “amin” sözü “amen” kimi yazılır və səslənir.

Ərəbcədən “Amin” sözü 3 hərifli (elif-mim-nun) “amana” sözündən formalaşıb, ibarni köklərə gedib çıxır və eyni mənanı daşıyır. İslamda “amin” sözü dua edəndən sonra səslənir və Quranda heç bir yerdə işlədilməyib. Ancaq “əlif lam mim” və “əlif lam ra” ilə başlayan ayələrin hamısı qədim yəhudi hekayələri ilə bağlıdır. Əlif Lam Mim (Bəqərə, Əl-i İmran, Ankebut, Rum, Lokman, Secde); Əlif Lam Ra (Yunus, Hud, Yusuf, İbrahim, Hicr).
Gördüyünüz bu surələrdə Incildən-Tövratdan, Musadan, İbrahimdən, Firondan və s. daha çox danışılır. Həmçinin ərəb dilinin özündə də Ra hərifi – günəş mənasını verir. (Amen Ra – Günəş allahı)

Digər iki dində günəş simvollarına daha çox rast gəlinsə də, İslamda daha çox ay simvollarına rast gəlinir. Ərəblərin tarılarından biri sayılan və Məhəmməd peyğəmbərin də qəbul etdiyi Əl-İlah da (sonradan dəyişilərək Al-lah kimi deyilməsi) ay tanrısı sayılır. Bəlkə bu üzdən Məhəmməd peyğəmbər Quranda günəş tanrısı olan “amin”dən söhbət etmir, amma ay tanrısı sayılan “əl-ilah”dan daha çox danışır?

Həmçinin yəhudilik və xristianlıqda da “Amin” sözü eyni mənani daşıyır və dua zamanı çox istifade edilir. İslamda “Amin” sözünə Quranda rast gəlinmir. Amma Fatihə surəsindən sonra çox vaxt deyilir əsasən «cümə» namazlarında. İslamda “Amin” sözünə ancaq hədislərdə rast gəlinir. Və əsasən sünnilər “amin”dən çox istifadə edir. “Qoy belə olsun” mənasından deyilsə də, əsl mənası “tanrı, günahlarımızı bağışla” mənasini verir. Hansı tanrıya günahlarınızın bağışlanılmasını istədiyiniz isə hər halda yuxarıda ətraflı izah etdim.
Ümid edirəm bundan sonra “Amin” deyəndə bu sözün kökünün hara getdiyini və əslində hansı tanrıya sitayiş etdiyinizi biləcəksiniz.Yəni «Amin» sözünü istifadə etmək bidət deyil.

Top