Tərk edilmiş sünnələr

Tərk edilmiş sünnələr

Ayaq üstə dura-dura ayaqqabı geymək. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) kiminsə ayaq üstə duraraq ayaqqabı geyməyini qadağan etdi.İbn Macə, Tirmizi, Əbu Davud.
Kiçik uşaqlara salam vermək. Ənəs (Allah ondan razı olsun) rəvayət edir:"Biz uşaq idik, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) yanımıza gəldi və hamımıza salam verdi".Buxari "Ədəbül Mürfad".
Zərurət olmadan qadınların bayıra çıxmaması."Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın."(Quran, Əzhab, 33)İbn Kəsir (Allah ona rəhmət etsin!) bu ayənin təfsirində qeyd etmişdir:"Yəni evlərinizi ehtiyac olmadan tərk etməyin".Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur:"Qadın övrətdir, bayıra çıxdığı zaman şeytan onu qarşılayar və nəzərləri ona tərəf çəkər. Qadının Rəbbinin razılığına ən yaxın olduğu vəziyyəti evində oturduğu halıdır".Əbu Davud, Təbərani (raviləri etibarlıdır).
Kişilərin ağ paltar geyməsi. Səmura (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur:"Ağ geyinin, çünki bu rəng daha təmiz və gözəldir. Ölülərinizi də ağla kəfənləyin". İmam Əhməd, Tirmizi, Nəsai, Əbu Davud, İbn Macə.
Günorta yuxusu.Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, ÜmmSuleym (Allah ondan razı olsun) Allah Rəsulu (səllallahu aleyhi və səlləm) üçün örtük sərər, o da uzanıb günorta yuxusuna gedərdi.BuxariƏnəs (Allah ondan razı olsun) Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:"Günorta yatın. Çünki şeytanlar günorta yatmırlar."Əxbəru Əsbəhan 1/195 - 2/69 (isnadı səhihdir)Mücahid rəvayət edir ki, Ömər (Allah ondan razı olsun) xəlifəliyi dövründə vəzifələndirdiyi şəxslərdən birinin günorta yatmadığını öyrəndikdə, ona məktub yazaraq belə dedi:" Günorta yuxusuna riayət et, çünki şeytan bunu etmir".İbn Əbi Şeybə, İbn Nasr.İbn Əbi Bərzə (Allah ona rəhm etsin) deyir: "Günorta yatan kəs xeyir sahibi sayılır. Çünki o saysız-hesabsız fayda əldə etməkdən əlavə, həm də özünü gecə namazlarına hazırlamış olur".Mərvəzi Qiyamul- Leyl, 104Həsən əl-Basri (Allah ona rəhm etsin) bazarda bir qrup insanı görüb yoldan ötən birini saxlayaraq,"bunlar günorta yatmırlarmı?" deyə soruşduqda "yox" cavabını eşitdi və belə dedi:"Mən onların gecələrinin də pis gecələrdən olduğunu görürəm".Mərvəzi Qiyamul-Leyl, 104.
Günəş batan zaman uşaqları bayıra buraxmamaq. İbn Abbas (Allah ondan razı olsun) Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:"Günəş batdığı zaman uşaqlarınızı bayıra çıxmağa qoymayın, bu saatda şeytanlar yayılır".Təbərani. Cabir bin AbduLLah (Allah ondan razı olsun) Allah Rəsulunun(səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:"Uşaqlarınızı axşamın ilk saatında bayıra buraxmayın, şeytan axşamın ilk vaxtı çıxıncayadək ordularını buraxır".Müslim.Yuxudan ayılmaq üçün üzü ovuşdurmaq.
İbn Abbas (Allah ondan da, atasından da razı olsun) rəvayət edir ki, Allah Rəsulu (səllallahu aleyhi və səlləm) gecə yarısı yuxudan durduğu zaman, oturar, sonra da yuxunu qovmaq üçün gözlərini ovuşdurardı".Buxari, Müslim Şeyx Useymin (Allah ona rəhm etsin) bu hədisin şərhində, faydalardan biri kimi yuxudan oyandıqda gözləri ovuşdurmağın insanı ayıltdığını və enerji verdiyini qeyd etmişdir.Şeyx Useymin, "Şərh Səhih Buxari".
Gözlərə ismid sürməsi çəkmək. İbn Abbasdan (Allah ondan da, atasından da razı olsun!) rəvayət olunan hədisdə Məhəmməd (səllallahu aleyhi və səlləm) buyurmuşdur: "Gözləriniz üçün ən yaxşı sürmə ismid sürməsidir. O, aydın görməyə və tüklərin uzanmağına səbəb olur".Nəsai, Əbu Davud. İbn Qudamə (Allah ona rəhm etsin) sürməni gözə tək sayda (1, 3 və s. Dəfə ) çəkməyin müstəhəb olduğunun alimlərdən ən səhih rəy şəklində gəldiyini bildirmişdir.Əl- Müğni, 1/106
Top