Müsəlman ailəsinin xüsusiyyətləti

Müsəlman ailəsinin xüsusiyyətləti

Hər il bu günlərdə gənc oğlan və qızların dəyərli təmənnalarını gerçəkləşdirən toylar çox yaşanır. İçərisində şərəfli bir sığınacaq, könül sükunətliyi və səadət tapacaqları müsəlman ailəsi qurarlar. Bu yuvanın kölgəsində və qanadları altında ciddi bir atalıq və şəfqətli bir analıq ilə bənzərsiz bir nəsil yetişir. Bəs bu yuvanın xüsusiyyətləri nədir? Üsulu nədir? Xöşbəxtliyi necə gerçəkləşir? Allah Təala belə buyurur : «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və məhəbbət yaradması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!» (30/ər-Rum/21) Ailə, qiymətini ancaq itirənin, qorxunc bir yalnızlıq içində və ya zindan qaranlığında yaşayanın, yollarda və çollərdə azanın bilə biləcəyi bir nemətdir.
Allah Təala belə buyurur : «Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi.» (16/ən-Nəhl/80) İbn Kəsir rəhiməhullah belə deyir : «Allah Təbarəkə və Təalə qullarına olan nemətinin əksiksizliyini zikr edir. Onlar üçün sükunət yeri olan yuvalar yaradmışdır. Onlara sığınırlar, onlarda gizlənirlər və onlardan digər yönlərdən də faydalanırlar.»
Müsəlman ailəsi, arvad və ərin birlikdə daşıdığı bir əmanətdir. Onlar, bu binanın təməli və dayağıdır. Ailə, onlarla yolunu təyin edər. Onlar; sözdə və davranışda Allahın yolunda doğru gedincə, gizli və aşkar hallarında təqvaya bürünüb gözəl əxlaq və təmiz bir keçmiş ilə bəzənincə, ailə nur və fəzilət qaynağı olur. İnsanların dünyasını aydınladır. Saleh bir nəsil qurmaq; şərəfli bir toplum, uca bir ümmət üçün başlanğıc olur.
Ey ər-arvad!.. Ailəniz, bu dinin qalalarından bir qaladır. Sizdən hər biriniz düşmənlərin girməməsi üçün bir açıq yeri bağlayır. İkiniz də bu qalanın gözətçilərisiniz. İdarəni əlində saxlayan ərdir və itaət edilməsi vacibdir. Rəsulallah (s.ə.s) belə buyurur : «Hamınız bir çobansınız və hamınız idarəsi altındakından cavabdehsiniz.» Sonra belə buyurur : «Qadın ərinin evində çobandır və idarəsi altındakından cavabdehdir.» Bu hədisi, Buxari rəvayət edir.
Rəsulallahın (s.ə.s) ailəsi və möminlərin anaları olan həyat yoldaşları yer üzərindəki bütün ailələrə ən gözəl misaldır. Rahat və sükunət üzərində bina edilmiş, davamlı zikr və Quran tilavəti üzərində qurulmuş, bir peyğəmbər ailəsidir. Rəsulallah (s.ə.s) həyat yoldaşlarını misal bir həyat üçün hazırladıqdan sonra heç bir təzyiq etmədən onları seçimdə sərbəst buraxırdı. Peyğəmbər (s.ə.s) həyat yoldaşlarının dünya həyatı və bəzənmələri ilə Allah və Rəsulu, axirət yurdu arasında seçim etmələrini istəyən ayə nazil olmuşdur: «Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: «Əgər siz dünya həyatını və onun dəb-dəbəsini istəyirsinizsə gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım! Yox əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki,) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (Peyğəmbərin (s.ə.s) xanımları dünya nemətlərindən vaz keçib axirət yurtdunu daha üstün tuturdular).» (33/əl-Əhzab/28-29)
Buna görə Aişə (r.a) və digər bütün həyat yoldaşları belə deyir: «Allah və Rəsulunu, axirət yurdunu seçirik.» Bunun izahı İslam kasıblığa dəvət edir deyil! Cənnət də həyatın təmiz tərəflərindən faydalanmağın qarşısını almaz. Əksinə Rəsulallahın (s.ə.s) ailəsi, İslamın yetişdirdiyi ən gözəl misaldır.
İslamın ilk nəslinin qurduğu ailə, sözdə və davranışda İslamı üsul etmişdir. Həyatını imanın nuru ilə aydınlatmış və Quranın əxlaqı ilə bəzəmişdir. Aralarından, tarixin ən parlaq səhifələrinə bənzərsiz misallar çıxmışdır.Müsəlman ailəsi o zamanda cəsur qəhrəmanlığa, dəyərli alimlər, zahid əhli olan abidlər, səmimi komandanlar, xeyirli övladlar və ibadət əhli qadınlar yetişdirmişdir. İman və hidayət təməlləri üzərində qurulunca və Quran nuru ilə aydınlanınca müsəlman ailələri bax belə olur.
Allahdan haqqı ilə qorxan tamiz bir ailə yuvası,fitrəti azmalardan qoruyur. Rəsulallah (s.ə.s) belə buyurur : «Hər doğulan mütləq fitrətlə doğular. Sonra onun atası onu yəhudiləşdirir, xristianlaşdırır və ya məcusiləşdirir.» Bu hədisi, Buxari rəvayət edir. İbni Qeyyim (r) belə deyir : «Uşaqların çoxunun qorunması ataları tərəfindən, onları başlı-başına buraxmaları və dinin fərzlərini və sünnətlərini öyrətmələrini tərk etmələrinə görə olmuşdur. Balacalığından onları itirirlər. Onlar da böyüyəndə nə özlərini, nə də atalarını faydalandırırlar.»
Ailə başçısının uşaqlarını bir araya toplaması və onlara bir qədər Quran oxuması nə gözəl şeydir!.. Onlara peyğəmbərlərin hekayələrini anladması davranışlarına uca ədəb qaydaları yerləşdirir.
Müsəlman ailəsinin ən qabaqcıl vəzifələrindən biri uşaqların tərbiyəsidir. Güclü və saleh bir nəsil yaradmalıdır. Ana-atanın gözəl misal göstərməsi olmadan nəsihətin bir təsiri, tərbiyənin dəyəri yoxdur. İbadətdə və əxlaqda misal olmaq... Sözlərdə və davranışlarda misal olmaq... Görünüşdə misal olmaq... Allah Təala belə buyurur : «Və o kəslər ki : «Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan (Sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə (rəhbər) et!» - deyərlər.» (25/əl-Furqan/74) İbrahimin (ə.s) duasını düşün! Allah Təala belə buyurur : «Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbim! Duamı qəbul buyur!» (14/İbrahim/40) «Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaz) səbrlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinin-müttəqilərindir!» (20/Ta-Ha/132) Sakit və doğru yolda olan ailənin yoxluğundan azmalar başlayır və uyuşdurucu istifadəsi genişlənir. Uşaqların və yetkinlərin arasında günah işləmə səviyyəsi yüksəlir. Daha sonra intihar səviyyəsinin artdığını eşidirik. Könüllərə iman yerləşdirməyən və Quran yolunu da doğru gedməyən bir ailə yuvası psixoloji, fikri və əxlaqi pozğunluq yaşayan ünsürlər meydana çıxır. Bəzi uşaqlarda gördüyümüz ana-ataya pislik etmə, gənclər arasında zərərli əlaqələr, cavabdehlikdən qaçmaq, Allahdan üz çevirmək və bu gün ümmətin övladlarından bir qrupu oğurluq edən, ölkələrə və dəyərlərə qarşı çıxmaq hadisəsi qətiyyətlə tərbiyəni saymayan və gözəl misal olmayan bir ailənin nəticəsidir.
İslamın qaydalarını parça-parça edən, xoşuna gələnini alan və istəmədiyini tərk edən bir ailə, alçaq insan misalları pozğun insanıyyət inşa edir. Bunlar ümmətin üstünlük və liderlik mövzusunun yüksəlməsinə faydalı ola bilməz.
Müsəlman ailəsinin əsl xüsusiyyətlərindən biri də; hər anlaşılmazlıqda, nə qəər balaca olursan olsun hər hadisədə, işini Allaha və Rəsuluna götürməsidir. Ailədəki hər kəs, Allahın hökmünə razı olur və təslim olur. «Allah və Peyğəmbəri bir işi hökm ediyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır!» (33/əl-Əhzab/36)
Müsəlman ailəsinin həyatı və xöşbəxtliyi, sakitliyi və rahatlığı Allahı zikr etməkdədir. Əbu Musa (r.a) Rəsulallahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: «İçərisində Allahın zikr edildiyi ev ilə içərisində Allahın zikr edilmədiyi evin misalı, ölü ilə dirinin misalıdır.» Bu hədisi, Muslim rəvayət edir. İbn Ömər (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət edər: «Namazlarınızdan bir qismini evlərinizdə qılın. Evlərinizi qəbrlərə çevirməyin.» Bu hədisi Buxari, Muslim rəvayət edər. Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət edər : «Evlərinizi qəbrlərə çevirməyin. Şübhəsiz şeytan, içərisində Bəqərə surəsi oxunan evdən qaçar.» Bu hədisi, Muslim rəvayət edir. Rəsulallah (s.ə.s) belə buyurur : «Evlərinizdə namaz qılın. Çünki fərz namazları xaric, insanın qıldığı ən xeyirli namaz evindəkidir.» Bu hədisi Buxari, Muslim Zeyd bin Sabit (r.a) kanalıyla rəvayət edər.
Bu hədislər, müsəlmanların evlərinin dirilməsinə, tövhid kəliməsi ilə (Lə iləhə illəllah - Allahdan başqa ilah yoxdur), təsbihlə (Sübhanallah), təkbirlə (Allahu Əkbər) və buna bənzər zikr növləri ilə Allahı zikr edərək onları nurlandırmağa, çoxlu nafilə namazı qılaraq onları canlandırmağa işarət edər. Evlər namazdan və zikrdən uzaq olarsa yüksək saraylar belə olsa qəbrlərə və viranələrə dönər. Allahın zikri edilməyən və Quran oxunmayan evlər şeytanların otlağıdır. O evlərdə oturanların bədənləri diri olsa da qəlbləri ölüdür.
Müsəlman ailəsinin bir xüsusiyyəti də, fərdlərin ibadət və itaətdə yardımlaşmasıdır. Ərinin zəif imanını zövcəsi gücləndirir. Qadının davranış pozğunluğunu əri düzəldir. Bir-birini tamamlayırlar və bir-birini dəstəkləyirlər. Bir-birinə kömək və yardım edirlər. Aişə (r.a) belə deyir : «Rəsulallah (s.ə.s) gecənin bir qismində namaz qılırdı, gecə namazına qalxınca: «Qalx və vitr qıl ey Aişə» buyururdu. » Bu hədisi, Muslim rəvayət edər. Rəsulallah (s.ə.s) belə buyurur : «Gecənin bir qismi qalxıb namaz qılan, zövcəsini oyandıran, və o da namaz qılan, rədd edərsə üzünə su səpən adama Alah rəhmət eləsin!.. Gecənin bir qismində qalxıb namaz qılan, ərini oyandıran, və o da namaz qılan, rədd edərsə üzünə su səpən qadına Allah rəhmət etsin!..» Bu hədisi, Əbu Davud rəvayət edər. Bu iki hədis, kişi və qadının hər birinin digərini islah etməkdə və Allaha ibadətə təşviq etmədə rolu olduğuna işarət edər. Bu belədir; çünki aralarında əlaqə əslində iman əlaqəsidir. Bu əlaqədə əllər, Allaha itaət üçün bir-birini sıxar. Bir əl yorulursa, digəri ona kömək edər.
Müsəlman ailəsi elm və əməl üzərində qurulur. Doğru yola yönləndirən və Cəhənnəmə götürən yolları göstərən; təharət ədəbini, namaz əhkamını, izn istəmə qaydalarını, halal və haramı açıqlayan bir bilgi üzərində qurulur. Ailə fərdləri dini hökmlər haqqında bilgisiz olmaz. Zaman zaman elm məclislərində şəriət elmini alarlar. Allah Təala belə buyurur : «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.» (66/ət-Təhrim/6) Bu ayə ailə fərdlərini öyrətməkdə, onlara yaxşılığı əmr edib pislikdən çəkindirməkdə əsldir. Təsir alimləri belə deyir : «Ailəsinin elmləndirilməsi müsəlmanın üzərində bir haqqdır.» Əli (r.a) belə buyurur : «Onları öyrədin və elmləndirin!» Kurtubi (r) belə deyir : «Uşaqlarımıza və ailələrimizə dini və xeyri, vacib ədəb qaydalarını öyrətməmiz lazımdır.»
Müsəlman ailə yuvasnın bir xüsusiyyəti də həyadır. Həya ilə ailə; varlığını, sui-qəsd oxlarından və ölkələri tərk edilmiş ərazilərə çevirən pis ünsürlərdən qoruyur. Həya pərdəsinin yırtılması açıq-saçıq filmlərə və musiqilərə, ya da örtünməni tərk etməklə və din düşmənlərinə bənzəməklə nəfsinin çirklənməsi, təqva ilə qurulmuş bir ailəyə yaraşmaz! Bütün bunlar, müsəlman ailəsinin mənliyini qurd kimi gəmirir. Pislik, təmir edilmiş yeri xarabaya çevirir.
Müsəlman ailəsinin bir xüsusiyyəti də, sirlərinin qorunmuş və ailə daxili anlaşılmazlıqların gizlənmiş olmasıdır. Ailə içərisində yaşananlar yayılmaz və araşdırılmaz. Rəsulallah (s.ə.s) belə buyurur : «Qiyamət günü Allah qatında vəziyyət baxımından insanların ən pislərindən biri, zövcəsinə yaxınlaşan və (zövcəsi) da ona yaxınlaşan, sonra onun sirrini yayan adamdır.» Bu hədisi, Muslim Əbu Səid əl-Xurdri (r.a) kanalıyla rəvayət edir.
Müsəlman ailə, toplumla əlaqəsini iman əsası üzərində qurar. Doğruluq sahibi insanların ziyarəti ilə nuru artar. Mömin misk daşıyan insan kimidir. Ya sənə ondan verir, ya ondan satın alırsan, ya da onun yanında gözəl bir iy taparsan. «Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır.» (71/Nuh/28)
Dinindən razı olunmayan kimsə müsəlman ailəyə soxulmamalıdır. Pislik edənin içəri girməsi pisdir. Şübhəli insanın içəri soxulması, ürəklərin bir parçası olan uşaqlar üçün təhlükədir. Evlərdə əxlaqlar onlarla pozulmuş və sehr onlarla yayılmışdır. Oğurluq hadisələri ortaya çıxmışdır. Sevinclər üzüntüyə dönmüşdür. Daha da sonra onlar xöşbəxt ailənin yıxılmasına səbəb olur.
Müsəlman ailəsinin əlaqəsi ev işlərində və ailə daxili vəzifələrdə köməkləşmə anlayışını canlandıraraq dərinləşir və güclənir. Bu mövzuda Rəsulallah (s.ə.s) bizim üçün ən gözəl misaldır. Aişə (r.a) Rəsulallahın (s.ə.s) evində nə etdiyi soruşulunca belə cavab verir : «Bəşərdən bir bəşər idi; paltarını təmizləyir, qoyununu sağar, öz işini görürdü.» Bu hədisi İmam Əhməd rəvayət edir. Bir rəvayətdə də belə deyir: «Ailəsinin köməyində olurdu. Namaz vaxtı gəlincə namaza çıxardı.» Bu hədisi, Buxari rəvayət edir.
Bizlərdən birindən dünyadan bir şey istəmək lazım olduğu soruşulsa ən böyük istəyi və arzusu ailəsinin hər tərəfini əhatə edən bir xöşbəxtliyin kölgəsində yaşamaq olur. Müsəlman ailəsində bu xöşbəxtlik, görkəmli evlərin, lüks əşyaların və bahalı paltarların olması ilə həyata keçməz!.. Bu bir xəta xöşbəxtlik anlayışıdır!.. Xöşbəxtlik ancaq ər-arvaddan hər birinin Allahdan haqqı ilə qorxması ilə, gizli və aşkar halında Onu yada salması ilə həyata keçər. Ər-arvaddan hər birinin evliliyə, evlilk vəziyyətlərini səmimiyyətlə və gözəl bir şəkildə yerinə yetirməklərində, onları Allaha yaxınlaşdıran bir ibadət gözü ilə baxması ilə həyata keçir. Bax bu anlayış kölgəsində xöşbəxt bir müsəlman ailəsi qurulur. Bu yuva namaz və Quran ilə məmur olur. Sevgi və anlayış onu kölgələyir. Saleh nəsillər yetişir və ana-atanın üzünü aydınladır. Dünyada və axirətdə onlar üçün xeyr qaynağı olur. Allah Təala belə buyurur : «Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafat verəcəyik!) » (16/ən-Nəhl/97)

Mənbə: azerislam.com
Top