Şəhərlərin anası

Şəhərlərin anası

Məkkə, ucsuz-bucaqsız bir səhranın bağrından fışqırmış vulkanik lava qayalığı meşəsinin ortasındakı dar bir vadidə qurulmuş təvazökar bir şəhərdir. Ətrafı tamamilə qara vulkanik qranit daşlarından ibarət olan sivri və çılpaq təpələrlə örtülüdür.
Cənub-şərqində Əbu Qubeys və Əcyad dağları alçalıb yüksələn bir silsilə halındadır, üzləri Kəbəyə çevrilmiş təzim üçün qiyamda dayanmış kimi süzülürlər. Şimalında Hind dağları, Səbir dağları. Qərbdə bir az daha uzaqda yenə vulkanik əhəng təpələri. Məkkəni əhatə edən bu dağlarda bəzən səhra sarısına çalan əhəng daşları görülsə də, ümumiyyətlə tutqun qara qayalardan meydana gəlir. Torpaq yox deyiləcək qədər azdır. Onun üçün yaşıl örtüsü də yoxdur. Hündürlüyü [Sevr 650, Hira 500m.] çox yüksək olmamağına baxmayaraq hamısı bir qıf kimi sivri olduğu və çox vaxt da ayrılmaz qayalardan meydana gəldiyi üçün olduğundan uca və əzəmətli görünürlər.

Məkkənin ortasında yerləşən, bu lava qayalıqlarından meydana gəlmiş bölgədə qara təpələrlə əhatəli irili xırdalı təxminən yüzlərlə hövzə var. Müzdəlifənin, Minanın və Ərafatın da bunlardan bir hövzə olduğu dərhal gözə çarpır.
Bax, Məkkə şəhərinin yerləşdiyi coğrafi şərtlər budur. 
Məkkənin ilk nə vaxt qurulduğu sualına tarixi qaynaqların verdiyi fərqli cavablar bizi təmin etmir. Bu suala Quran müstəvisində cavab axtarsaq Ən'am 92-ci və Şura 7-ci ayədən yola çıxaraq Məkkənin yer üzündə insanoğlunun ilk qurduğu şəhər olduğunu düşünməliyik. Çünki, Quran ona "Ummu'l-Kura" adını verir. Yəni şəhərlərin anası:

"Məhz bu, bütün şəhərlərin anası və onun ətrafında yaşayan hər kəsi xəbərdar etməyin üçün ucalardan endirdiyimiz və özündən əvvəlki vəhylərdən bu günə qalan bütün həqiqətləri təsdiqləyən bir kitabdır." [6.92]

Bu ayədə və Şura surəsinin 7-ci ayəsində keçən "şəhərlərin anası" ifadəsi, bu ayələ birlikdə oxunmalıdır:
"Bu bir həqiqətdir ki, insanlıq üçün tikilən ilk məbəd Bəkkədəki bərəkət və bütün bir insanlıq üçün rəhbərlik mərkəzi olan [Kabə]dir ki, orada həqiqətin açıq-aşkar dəlilləri var, ora bir zamanlar İbrahimin yaşadığı yerdir, kim oraya girsə, sağlamlığa və təhlükəsizliyə qovuşar. Bundan ötəridir ki, ona çatmağa gücü çatan bütün insanların Beyti həcc etməsi, Allahın insanlar üzərindəki haqqıdır. İnkarda israr edənlərə gəlincə, bilsinlər ki, Allah yaratdığı aləmlərdən üstündür, hər baxımdan Öz Özünə yetəndir." [3.96-97]

Kəbə, yer üzündə qurulan ilk məbəddir. Məkkə isə bütün şəhərlərin anası, yəni insan soyunun ilk mədəniyyət beşiyidir. Müsəlman təsəvvürü Kəbə və Məkkəyə belə bir missiya verər. 
Lap yaxşı, bəs o zaman Kəbəmi Məkkəni, Məkkəmi Kəbəni doğmuşdur?

İctimai antropologiya baxımından əvvəl insanların yerləşməsi, sonra bu insanların ictimai bir məkan meydana gətirməsi və ardından da bir məbədə ehtiyac duymalarından yola çıxaraq, Məkkə şəhərinin Kəbəni doğurduğu iddia edilə bilər. Lakin şifahi rəvayətdə Müsəlman təsəvvüründə Kəbə, Məkkəni doğan ana rəhmidir.

Bir şərhə görə ilahi nüfuzu təmsil edən ərşin altında olan əl-Beytul-Mamurun yer üzündəki proyeksiyası olaraq tikilən Kəbə, insanlığın ilk atasına məbədlik etmişdir. Məkkə məhz bu ilk məbəd ətrafında şəhərləşmiş ilk məskunlaşma vadisidir. 
Yuxarıdakı ayədə keçdiyi kimi onun adlarından biri, bəlkə Məkkə olaraq məşhur olmazdan əvvəlki qədim adı Bəkkədir* Tövrat-Zəburda da bu adla anılır: "Nə müqəddəsdir Sənin evinin sakinləri ki, daima Sənə həmd edərlər, nə mübarəkdir o insan ki, qüvvəti Səndəndir, evinə gedən yollara könül vermiş adam Bəkkə Vadisindən keçərkən o onu işsiz gücsüz buraxar."(Zəbur/Məzmunlar, 84.6) Kitabı Müqəddəsin tərcüməçiləri qəribə və səbəbi aydın olmayan bir qənaətlə mətndə keçən Bəkkəni "göz yaşı vadisi" olaraq dəyişdirirlər. Bu tərcümənin mətnin əsliylə heç bir əlaqəsinin olmadığını ilk fərq edən Ö. Rıza Doğul, bu təhrifə təəccüb etdiyini söyləyir.(Əsri Səadət, 1/114, İstanbul, 1973)

Həzrəti Peyğəmbər Məkkədəki Hərəm bölgənin "ilk olma" xüsusiyyətiylə əlaqədar belə buyurub:
"Bu diyar Allahın yeri və göyü yaratdığı zamandan bəri müqəddəs qılındığı bir diyardır. Bu diyarın, Allahın əmriylə qiyamətə qədər toxunulmazlığı vardır. Buna görə təbii bitki örtüsü pozulmaz, ov heyvanları ürküdülməz."(Nesai, Mənsak, 10 [2861])

İbn İshaq, Məkkəni "Allahın mələkutunun yer üzündəki paytaxtı olaraq" xarakterizə edir. (Sirətu İbn İsaq, Muqaddimə, Tah. M. Hamidullah, Konya, 1981) Yaqutu kimi bəzi başqa tarixçilər də onu "Yer üzünün göbəyi" olaraq adlandırar.
Bu qətidir ki, Məkkə və Kəbənin tarixi Həzrəti İbrahimlə başlamayıb. Həzrəti İbrahim, bir yoxdan var edən [sıfırdan quran] deyil, bir ihya və inşa edəndir. İbrahim surəsinin 23-cü ayəsindən də bu açıqca anlaşılır.**

Yer üzünün çox sonrakı dövrlərdə səhra ilə örtüləcək olan bölgələrinin, qədim zamanlarda ilk insan məskunlaşmasına ən uyğun təknə və yaşılı bol yerlər olduğu bu gün artıq məlum bir həqiqətdir. Əsasən 6 min ildə bir reallaşdığı təsbit edilən yer üzünün iqlim dəyişikliyi də bu məlumatı təsdiq edir. Belə aydın olur ki, insanoğlunun ilk çağlarında məskunlaşmaya çox əlverişli olan bu bölgə, qlobal iqlim dəyişiklikləri nəticəsində səhraya dönmüş və quraq hala gəlmişdir. Bu da bölgədən digər məhsuldar coğrafiyalara köç hərəkətlərini gətirmişdir. Həzrəti İbrahimin ilk atalarının da bölgədən köç edən bu karvanlar arasında olması ehtimal edilir.

İlk baxışda gözə dəyən coğrafi həqiqət, bu ərazinin, günümüz şərtlərində insan məskunlaşmasına heç də əlverişli olmadığıdır. Bölgədə çay, göl kimi təbii bir su qaynağı yoxdur. Bölgədə əkinçiliyə yararlı əlverişli torpaq da yoxdur. Bölgədə heyvandarlığa əlverişli iqlim və otlaq da yoxdur. 
Uşağı İsmayılı və onun anası Həcəri bu kimsəsiz və quraq vadiyə gətirən Həzrəti İbrahim də bu həqiqəti bütün çılpaqlığıyla fərq etmiş olmalıdır ki, yuxarıda anlatdığımız İbrahim surəsinin 37-ci ayəsində bölgənin bu mənfi xüsusiyyətlərini sayaraq ailəsini sırf ibadət etsinlər, yaxşı bir qul olsunlar deyə bu insan həyatına əlverişli olmayan əraziyə yerləşdirdiyini ifadə edərək, Allahdan onların ruzi verilməsini niyaz edər.

Kəbə, Ahbaru Məkkə yazıçısı Əzrakinin nəql etdiyi şifahi ənənəyə aid məşhur bir rəvayətə görə, səmada mələklərin təvaf etdiyi əl-Beytül-Mamurun yer üzündəki proyeksiyasıdır. Buna görə əl-Beytü'l-Mamur, "metafizik Kəbə" olmaqdadır. 
Nə vaxt Kəbə və Məkkədən söz edilsə, mütləq şifahi və yazılı qaynaqlarımızın müraciət etdiyi və Kəbənin Ərşdəki əsli olaraq düşündüyü əl-Beytul-Mamur təsəvvürü, nəzəri olaraq Qurana isdinad edir. Tur surəsinin 4-cü ayəsində əl-Beytul-Mamura and içilər.

Təfsirçilər bu simvolik ifadəni fərqli şərh edirlər. Tarixçi Əzraqi kimi əl-Beytul-Mamuru yeddinci səmada olan və hər gün özünü yetmiş min mələyin təvaf etdiyi Kəbənin anası olan meta kosmik bir məbəd olaraq xarakterizə edənlərin yanında, təfsirçi Kadı Beydavi kimi onu tamamilə məcaza şamil edərək "möminin qəlbidir" deyənlər də vardır. Hər vəziyyətdə əl-Beytul-Mamur Kəbəni doğmuş, Kəbə Məkkəni doğmuş, Məkkə yer üzündəki mədəniyyət beşiyi olan bütün şəhərləri doğmuşdur.
Bu təsəvvürdə Kəbə, sanki yer üzündəki həyatın qapısıdır. Həyat yer üzünü bu qapıdan girərək şərəfləndirmişdir. Təbii ki, yer üzünün şərəf qonağı insanoğlunun da ilk zühur etdiyi yerdir. Şifahi ənənəyə görə magma (Yer kürəsinin içində ərgin halda olan kütlə) halındakı yer kürəsidə ilk soyuyan bölgə buradır. Yenə tufandan sonra ilk quruyan yer də buradır. Bu vəziyyətdə həcc, insanın yer üzünə təşəkkürüdür. Çünki, Müsəlman təsəvvüründə Məkkə insan varlığına yer üzünün bağrını açdığı ilk məkan olaraq qəbul edilir.

Şifahi ənənəyə görə əl-Beytul-Mamurun yer üzündəki proyeksiyası olan Kəbəni, ilk dəfə ibadət yeri olaraq istifadə edən, insan soyunun atası Adəmdir.

Kəbənin olduğu yer bir vulkan ağzı görünüşünü verir. Yer üzünün meydana gəlmə çağında burada reallaşan böyük bir püskürmə ətrafı tamamilə əhatə edən təpələri meydana gətirmişdir. Hətta ikinci nəslə mənsub olan Atanın verdiyi məlumata görə Abdullah b. Zubeyr Əməvi ordusunun mancanaqlarıyla (Katapulta, qədimdə: ox və ya daş atan alət;) yıxdığı Kəbəni yenidən bərpa etdirərkən, işləyənlərə Kəbənin ana təməlinə qədər enmələrini əmr etmişdir. Təməl qazıldıqca sonunda dəvə böyüklüyündə daşların yerləşdirildiyi bir zəminə çatılmış, bütün səylərə baxmayaraq, onları yerindən tərpədə bilməmişdilər. Çünki, o iri daşların altından gələn, işləyənlərin həyatını təhdid edən yandırıcı, qovurucu bir hava axınıyla qarşılaşılmışdır. (Əzraqi, 1/41)

Təxminən min illik bir müddət içərisində bəzən cənubdakı Yəmənin yüksək yaylaqlarından qopub gələn güclü sellərin sürüdükləriylə bu çuxur bir vadi halını almış və Həzrəti İbrahim ilahi bir planla bu ilk məbədi ihya etmək üçün bölgəyə göndərilmişdir. Kəbənin yerinin Həzrəti İbrahimdən əvvəl də məbəd olaraq bilindiyi İbrahim surəsinin 37-ci ayəsindəki "mən nəsilimi sənin müqəddəs evinin yanına əkinçiliyə əlverişsiz bir vadiyə yerləşdirdim." deməsindən də bu qənaət hasil olur.
Kəbə, Həzrəti İbrahim və oğulu tərəfindən içində ibadət edilmək üzrə inşa və ihya edildiyində, Həzrəti İbrahim Allahın əmri ilə insanları bura ziyarətə çağırmışdır. Bu çağırış Allah qatında elə qəbul olunmuşdur ki, banisinin ölümündən minlərlə il sonra da belə dünyanın dörd bir tərəfindən insanlar bu mis rəngli, şoran və quraq əraziyə sevinc gözyaşlarıyla bir sel kimi axmağa davam edirlər.

Yuxarıda çəkdiyimiz Məkkə coğrafiyasını göz önünə gətirərək bu sualı hər kəs öz - özünə verməlidir. Min illik ömrüm olsa və ömrüm boyunca dünyanı gəzib dolaşacaq imkanım olsa, dünyanın cənnət kimi sahilləri, meşələri, görkəmli dağları, xariqüladə gölləri, zümrüd yaşılı bölgələri, can alan çayları və təbiət cənnətləri var ikən mininci səfərimdə də bura gəlirdimmi?
Bu suala veriləcək cavab sanıram "Kəbə olmasaydı əsla" olacaqdır. O halda Kəbənin belə bir məhrumiyyət coğrafiyasında olmasının daşıdığı bir məna vardırmı? 
Əlbəttə!

Eynilə başda çəkdiyimiz dünya metaforasında/bənzətməsində olduğu kimi, bunun verdiyi mesaj da budur: "Allah bir diyarı müqəddəs etsə, insanları oraya məftun edər. İstəsə o diyar insan məskunlaşmasına əlverişsiz şoran və quraq bir vadi olsun. 
O halda ey insanlar, Allahı razı etməyə çalışın. Onu razı etsəniz gözəl olmasanız da, fərq etməz. Çünki, ucaltmaq da [Muizz], alçaltmaq da [Muzill] Ona aiddir. O bir insanı əziz etsə, dünya aləm birləşsə, onu zəlil edə bilməz. "Çünki, izzət Allaha, Rəsuluna və möminlərə aiddir" [63.8].

*Bəzi nüfuz sahibləri Məkkə adının Bəkkənin transformasiyaya məruz qalmış şəkli olaraq qəbul edirlər. Onların başında ikincə nəslə mənsub tanınmış nüfuz sahibi olan Mücahid gəlir. Mavərdi, bu iki kəlmənin etimolojik fərqliliyindən çıxış edərək ayrı - ayrı adlar olduğu qənaətinə gəlir. Buna görə Məkkə, "sümükdən iliyin çıxarılaraq alınması", "azaltmaq", "aradan qaldırmaq, yox etmək" mənasında təməkkə kəlməsindən törədilib. Əsmainin fikrincə Bəkkə deyilməsi "insanların izdihama görə bir - birlərini qovub uzaqlaşdırmaları"dır. Bir görüşə görə Məkkə bir ərazinin hamısına, Bəkkə isə Kəbəyə verilən addır. Ya da Məkkə "haram bölgə"nin , Bəkkə isə "Məscidi Haramın" adıdır. Bizə görə, Bəkkə Məkkənin köhnə adıdır. Quranın, onun ilk olma keyfiyyətini dilə gətirərək bu adı istifadə etməsi, buna dəlalət edir. Əzraqi Məkkə və Kəbəyə aid 40 isim təsbit edib. İbn Zahidə isimli bir şair bunların otuzunu ehtiva edən bir şeir yazmışdır.

**Məkkə, əsərləri bizə qədər gəlib çatan miladdan əvvəl qədim tarixşilər tərəfindən də təsbit edilmişdir. Məsələn Batlamyus, Məkkədən "Macoraba" olaraq bəhs edir. İslam Tarixinə aid bir əsər qələmə alan Dozyəyə görə "Makoraba" Məkkədir. Romalı tarixçi Cecilis [M.ə. 50] Məkkəni dünyanın ən qədim şəhəri olaraq tərif edər.

Mənbə: Azerislam.com
Top