Məkan şüuru

Məkan şüuru

Məkkənin içində yerləşdiyi Ərəbistan Yarımadası, yer qabığının meydana gəlməsi əsnasında sanki bir əl tərəfindən bir paxlava dilimi kimi yerindən oynadılmış, okean bu dilimin kəsişmə xətlərinə girmiş kimi, iki körfəz arasında [Akabe və Fars Körfəzi] səhralarla örtülü bir quru parçasıdır. Yarımadanın şərqi alçaq, qərbi isə yüksəkdir. Bu halı ilə bir az yana çevrilmiş paxlava dilimini xatırladır.
İsti bu yarımadanın qədəridir. Bu torpaqların çox az qismi istisna, yer dəmir, göy misdir. Yarımadanın şimal - qərbi boyunca dünyanın ən böyük səhralarından biri uzanır gedir: Nufud səhrası. Səhra bir qum okeanıdır. Çılpaq, yalnız və ürküdücü. Adı belə dilə gəldiyində dodaqlar qovrulur. Səhra bədəvisinin yandırıcı istidə həftələrcə sürən tənha səfərində rast gəldiyi tək bitki növü olan tikanlı "həmd" kollarından başqa həftələrcə heç bir yaşıllığa rast gəlinmədən getmək mümkündür. Hərdən bir əsən yandırıcı səhra küləyi, yolçusunu sərinlətmədiyi kimi ilk anda fərq edilməz bir zərəri də vardır. Səhra qum təpələrini bu külək təxminən gündə bir metrə qədər sanki bir okean dalğası kimi sürüyər. Getdiyinizdə keçdiyiniz bir təpəni dönüşünüzdə yerində tapa bilməməyiniz nadir hal deyil.

Bəzən qopan qum fırtınaları eynilə mərhəm
ətsiz bir dəniz qasırğası kimi hər şeyi silib süpürər. 
Səhrada vahə, okeanda adadır. Səhranın gəmisi dəvələr, səhranın kapitanı sağlam bədənlər, səhranın kompası ulduzlardır. 
Səhra insanı üçün ən əhəmiyyətli şey "yol"dur. Yolunu itirmək [dəlalət] həyatını itirməklə sinonimdir. Yolunu tapmaqsa, [hidayət] həyatda qalmaqdır.

Tarixin tanıdığı ən böyük simalar bu yarımadada yaşamışdılar. Hamısı da məna səhrasında yolunu itirən insanlığa doğru yolu [sıratı mustaqim] göstərmişdilər, onlara cığır açmışlar [şəriət], onlara bütün insanlıq öndərlərinin üzərində getdiyi qədim doğru yolu öyrətmişdilər.

Onların başında Həzrəti İbrahim gəlir. Tövratın Təqvin/Yaratma kitabına görə adı qədim Ərəbcədə müqəddəs dilək sahibi mənasına [Ab-ram], İslam qaynaqlarına görə isə "mərhəmətli ata" [Əbun Rahimun] mənasını verən İbrahim, kim bilir bəlkə də Ərəbistanın quraq səhralarını buraxıb Mesopotamiyanın məhsuldar ərazisinə hicrət edən qədim Ərəb qəbilələrindən birinə mənsub idi. Qaldənin Ur şəhərində böyüməsinə baxmayaraq əslən oranın yerli sakini deyildi.

Orada qərar tutmayan səhranın köçəri çoban qəbilələrindən biri olan İbrahimin qəbiləsi, bütpərəst Ur kralına qarşı verdiyi fərdi inanc savaşını qazanır, lakin hicrətə qərar verir. Harran yolu ilə əvvəlcə Suriyaya, oradan Fələstinə hərəkət edir. 

Övladı olmayan arvadı Sara, İbrahimin Misirli zənci cariyələrindən bir uşaq sahibi olmasını həzm edə bilmir. İbrahim ilahi işarələrin işığında, uşağını və onun anasını arvadının qəzəbindən qorumaq üçün, uzaq diyarlara aparır. Və onları gətirib buraxdığı yer, içərisində tək başına bir "sərha" ağacının olduğu quş uçmaz karvan keçməz quraq bir vadidir: 

"Rəbbimiz! Mən nəsilimi Sənin müqəddəs evinin yanına, əkinçiliyə əlverişsiz bir vadiyə yerləşdirdim. Rəbbimiz! Qulluq etsinlər deyə belə etdim. İnsanların könüllərini onlara meyl etdir. Şükr etmələri üçün onları məhsullarla ruziləndir." [14.37]

Əlbəttə İbrahim, nəsilini buraxdığı bu vadiyə təsadüfən gəlməmişdir. O Adəmin izini təqib edirdi... Bütün peyğəmbərlər bir-birinin izini təqib etmirlərmi?
Top