Təvaf

Təvaf

Kainatda var olan hər bir şeyin hərəkətli olduğunun, təvafdan daha gözəl bir ifadəsi ola bilməz. Atomdan kiçik olan parçacıqlardan atoma, atomdan planetə, planetdən ulduza, ulduzdan qalaktikaya, qalaktikadan qalaktikalar aləminə, xülasə mikrodan makroya hər bir şey təvaf halındadır. 
Materializmin qanunlarından olan mexaniki və sabit kainat təsəvvürü, kvant qanununun kəşfiylə tarixə qarışdı. Bilirik ki, kainatda hər şey təvaf halındadır. Elektron atom nüvəsini təvaf edir. Elə təvaf edir ki, tutulmur. Qan ürək mərkəzli insan bədənini təvaf edir. Əgər qan bu təvafını bir müddət dayandırsa, insanın bu dünyadakı qonaqlığı sona çatar. Yəni, qanın təvafını dayandırmasının digər adı ölümdür. 
Ay, dünyanı təvaf edir. Dünya, günəşi təvaf edir. Günəş, sistemiylə birlikdə aid olduğu qalaktikanın mərkəzini təvaf edir. Samanyolu qalaktikası bilinməyən bir mərkəzi [öz Kəbəsini] təvaf edir. Xülasə zərrədən kürrəyə hər şey təvaf halındadır. Əgər cahanşümül təvaf bir an dayansa, kainat sanki ürəyi dayanan bir bədən kimi məhv olacaq, öləcək.

Qiyamət, kosmik təvafın dayanması deməkdir.
Bu bildiyimiz dünyalar. Ya bilmədiyimiz, idrakımızın qavramaqdan aciz qaldığı bambaşqa dünyaların təvafı? Ya məna aləminin baş döndürən dövranı? Ya metafizik aləmlərin, ağlın idrakdan aciz qaldığı, zaman və məkan üstü hərəkəti?
Ya aləmi mələkutun, görünməz varlıqlar kainatının meta kosmik təvafı?

Bax, burada bir an dayanıb, cahanşümül xora qatılmaq mənasını verən təvafın edildiyi dünyanı və "Şəhərlərin Anası" [Ummu'l-Kura: 6.92] Məkkənin içində olduğu bölgəni, coğrafi və tarixi baxımdan qısaca təhlil edək.

* Lord Kelvin, XIX yüz ilin sonuna doğru fizikanın az qala tamamlandığı fikrindədir. Ona görə yalnız istilik və işıq teoriyası üzrə bəzi kəşflərə ehtiyac var. Lakin H. Hertzin 1887 - ci də kəşf etdiyi "fotoelektrik təsir və istilik teoriyası" ilə, reallaşdırılan təcrübələr arasında qəribə uyğunsuzluqlar baş verdi.

Mənbə: Azerislam.com

Top