Brilyant haqda bilmədiklərimiz

Brilyant haqda bilmədiklərimiz

Brilyant təbii qiymətli daşdır. O zinət əşyası kimi uzun müddətdir ki, istifadə olunur. Brilyant fransız dilindən tərcumədə “parıltı” mənasını verir. Təbiətdə brilyant hazır formada olmur. O təbii parıltısını maksimal dərəcədə saxlamaq şərti ilə almazın müəyyən emal prosesindən sonra əmələ gəlir.

Brilyantı 4 xüsusiyyətinə görə qiymətləndirirlər:

— Təraşlama formasına görə (Cut – огранка)
— Rənginə görə (color – цвет)
— Karatına görə (carat – q-la çəkisi)
— Şəfaflığına görə (clarity – чистота)

Bütün dünyada brilyantın rənginin və şəffaflığının dərəcəsini ölçmək üçün 10 dəfə böyüdülmüş lupadan istifadə olunur. Aşağıda müvafiq xanalarda beynəlxalq ölçü dərəcələri göstərilmişdir.

Təraşlama formasına görə brilyantlar müxtəlif formada olur. Ən geniş yayılmışı yumru formalı brilyantdır. Brilyantın markiz, kvadrat, armud, baqet, üçbucaqlı, zümrüd və s. kimi formaları da mövcuddur. Ancaq onlar süni yolla əldə olunur.

Rənginə görə brilyantlar 2 yerə bölünür. Təbii və süni yolla əldə olunan brilyantlar.

Təbii şəkildə təbiətdə aşkarlanan brilyantlar əsasən sarı və qəhvəyi rəngdə olur. Ancaq narıncı, al-qırmızı, qırmızı, açıq çəhrayı, yaşıl, mavi, göy və qara rəngdə brilyantlara da rast gəlinir.

Süni yolla brilyantın rəngini 3 yolla dəyişirlər. Yüksək temperaturla, Yüksək təziqlə və İrradatsiya (subatom hissəciklərinin şüalanması yolu ilə) yolu ilə brilyanta müxtəlif rənglər verilir.

Brilyantın rənginin beynəlxalq ölçü vahidi aşağıdakılardır:

D – şəffaf rəngsiz, mavi rəngin çaları ilə
E – rəngsiz
F – çətinliklə seçilən sarı, yaşıl, bənövşəyi və boz çalar ilə
G — sarı, yaşıl, bənövşəyi və boz rəngin cüzi çaları ilə
H — sarı, yaşıl, bənövşəyi və boz rəngin kiçik çaları ilə, həmçinin qəhvəyi rəngin cüzi çaları ilə
İ — sarı, yaşıl və boz rəngin görünən çaları ilə
J — sarı, yaşıl, limon və boz rəngin aydın görünən çaları ilə
K — sarı rəngə çox zəif boyanmışdır, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
L — sarı rəngə zəif boyanmışdır, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
M – sarı rənglə yüngül boyanma, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
N-O – açıq sarı, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
O-Z – sarı, həmçinin sarı rəngin cüzi boz rəngə çaları ilə
İ-J(TLBr) – görünən qəhvəyi çalar ilə
K(LBr) – zəif boyanmış qəhvəyi rənglə
L-M(LBr) – yüngül boyanmış qəhvəyi rənglə
N-O(Br) – qəhvəyi rəngdə
P-Z(DBr) – tünd qəhvəyi, qara rəngdə


Brilyant nə qədər rəngsiz olsa, bir o qədər dəyərli hesab olunur.

Brilyantın çəkisi karatla ölçülür. 1 karat 0.2 qrama (200 mq) bərabərdir. Kütləsinə görə brilyantlar kiçik (0.29 karata kimi olanlar), orta (0.30 -dan 0.99 karata qədər olanlar) və böyük (1 karat və ondan çox olanlar) karatlı brilyantlar qrupuna bölünürlər. Brilyantın karatı artdıqca, qiyməti də artır.

Brilyanta əsasən şəffaflığına görə qiymət verilir. Təbii daş olduğuna görə brilyantın tərkibində kiçik qaramtıl hissəciklər olur. Bu hissəciklər nə qədər kiçik və görünməz olsa, brilyantın qiyməti bir o qədər baha olar.


Şəffaflıq dərəcəsinə görə brilyantlar aşağıdakı formada olur:

LC və ya İF — lupada hissəciklər görünmür.
VVS1 və VVS2 — çox kiçik hissəciklər var, lakin 10 dəfə böyüdülmüş lupada görünmür.
VS1 və VS2 – kiçik hissələr lupada görünür. VS2 rahatlıqla görünür, VS1 -də isə çətinliklə sezilir.
SI1 və SI2 – lupada hissəciklər asanlıqla görünür. SI2 modellərində hətta gözlə belə seçmək olur.
Р1 – lupada hissəciklər görünür.
Р2 – hissəciklər gözlə görünür.
Р3 – hissəciklər gözlə yaxşı görünür.
Top