Zilhiccə Qəməri ayının doqquzuncu günü. Yəni Qurban bayramından bir öncəki gün deməkdir. Bu gündə Zəvvarlar Ərafat dağına çıxacaqlar. Zəvvarların buradakı duruşlarına Vəqfa (Ərəfatda, Ərafa günü, günəşin çıxışından, Qurban bayramı sabahı şəfəq sökülüncəyə qədər, qısa bir vaxtda da olsa durmaq deməkdir) adı verilir. Peyğəmbərin (s.a.s) Ərafa günü haqqında belə dediyi nəql edilir; Ərəfə günü vəqfa zamanı Allah Talanın cəhənnəmdən azad etdiyi qulların sayı digər günlərdə azad edilənlərlə müqayisə edilməyəcək dərəcədə çoxdur. Allah Tala Ərafa günü vəqfa edənlərə yaxınlaşar. Sonra onları mələklərə göstərərək fərəhlə soruşar; bunlar nə istəyirlər ki, bütün işlərini buraxıb burada toplandılar deyər. (Müslim, Həcc 1348).
Abu Qatada Peyğəmbər (s.a.s) belə rəvayət edir; Ümid edirəm ki, Ərəfa günün orucu bir il sonrakı və bir il əvvəlki günün günahlarını silsin. ( Tirmizi Savm 46, 749)
Ancaq Ərafa günü vəqfa edəcək hacıların oruc tutmaları müstəhəbdir. (sevilən, xoşa gələn əməl) Fəqət hacı olmayanların oruc tutmaları isə mübahdır. (işləndiyi və ya tərk edildiyi zaman qınanılmayan əməl)Ərafa günü Ərafatda vəqfaya duran zəvvarlar topluluğa məhşərin kiçik bir misalını göstərirlər. Bütün zəvvarlar, ağı, qarası, sarısı eyni şərtlərdə, eyni tip geyimdə, rəhbəri, varlısı, kasıbı hamısı bir arada başları açıq, ehramlar içində, yalınayaq vəqfaya durmuş Allaha yalvararaq günahlarının bağışlanmasını istəyirlər. Sosial yönündən böyük bir bərabərlik ərz edən bu mənzərə İslamın insana baxış tərzini göstərməkdədir.