Zəkatın dəlili və tövhidin təfsiri Allahın bu kəlamıdır: Halbuki onlara əmr edilmişdi ki, Allaha - dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur! (Əl-Beyyinə 5) Dində zəngin sayılan kişi, qadın, hər bir müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara verməsi borcudur, fərzdir.
Dinin zəngin saydığı şəxslər.
Borcundan və keçinəcəyindən başqa 80,18 qram qızılı(bu qızıl istər işləyən pul, istər külçə, istər zinət əşyası və ya qab-qacaq olsun)
Və ya 561 qram gümüş (bu gümüş istər işləyən pul, istər külçə, istər zinət əşyası və qabqacaq olsun.)
80,18 qram qızılın qiymətində pula malik olan, 561 qram gümüşün qiymətinə sahib olan və ya 89,18 qram qızıl və ya 561 qram gümüş tutarında ticarət malı olan)
Bu dəyərdə bir az qızıl, bir az gümüş və bir az da malı olan şəxs dində zəngin sayılır.
Gümüş və ya qızıl başqa metalla qarışıq olur və qızılı və ya gümüşü daha çox olursa, xalis qızıl və ya gümüş sayılır və ona görə zəkatı verilir.
Heyvan cinsinə gəlincə;
Borcundan və keçinəcəyindən başqa, doğub, törəmək, süd vermək üçün ilin çox vaxtında çöldə otlayan : Qırx qoyun və ya keçi üçün içindən bir dənəsi və ya əvəzi verilir.
Otuz inək və ya camış üçün bir yaşını tamamlamış bir buzovu və ya xötəyi verilir. Beş dəvəsi olan da dində zəngin sayılır.