Şəhadət

Şəhadət

Şəhadətin dəlili Allahın bu kəlamıdır: Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali İmran 18) Mənası : Allahdan başqa heç bir haqq məbud yoxdur. Lə iləhə - Allahdan başqa ibadətolunanlari inkar edir İlləllah- İbadətin mülkündə şəriki omadığı kimi ibadətində də şəriki olmayan tək Allaha edilməsini təsdiq edir. Onun təfsiri Allahın bu kəlamıdır: Yadına sal ki, bir zaman İbrahim və qövmünə demişdi : «Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam.
şəhadətYalnız məni yoxdan yaradan Allahdan başqa! Şübhəsiz ki, O məni doğru yola müvəffəq edəcək.¿ (Əz-Zuhruf 26-27) Və Allahın bu kəlamıdır: Söylə ki : Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur ki) : «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək. Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: «İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)¿ (Ali İmran 64) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasına dəlil Allahın bu kəlamıdır: Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o (sizin iman gətirməyinizi) çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir. (Ət-Tövbə 128) Məhəmmədin (s.ə.s) Allahın rəsulu olmasınıa şəhadətin mənası : Onun əmr etdiyinə itaət etmək, xəbər verdiyini təsdiq etmək, qadağan etdiyindən çəkinmək və çəkindirmək və Allah ancaq qoyulmuş qanunlar çərçivəsində ibadət etmək. 

Top