Qeyrət sözü ərəb kəlməsi olub bizim dilimizə əsl mənası lüğətdə “dəyişiklik” (təğyir, təğəyyür) deməkdir. Amma, xalq arasında qeyrət adətən, insanın öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinin qorumasına deyilir. Qeyrətli insanın bütün bu qeyd olunmuş mövzuların müdafiəsində sifəti şiddətlə “dəyişdiyinə” görə, ona qeyrətli ləqəbi və adı verilir. Bütün bu mənaların müqabilində hər kəs, öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinə qarşı təcavüz olarsa, müdafiə etməsə və yerindən tərpənməsə, ona el arasında qeyrətsiz və ya (əgər xüsus ilə, namusunu qorumasa) dəyyus və səhlənkar ləqəbləri verilir. Bütün bunlar el arasında istifadə olunmuş və həmişə olunacaq xalq terminləridir.
Qeyrət sifəti və xasiyyəti insanın elə mühüm və həyati sifətlərindəndir ki, hər bir insanın düşməni onu məğlub etməkdən ötrü ilk növbədə ona əl atır. Müasir dövrümüzdə qərbin müsəlman ölkələrinə qarşı apardığı informasiya və mədəni müharibə və həmləsinin ən aşkar taktikası “qeyrətsizik” şüarı və qeyrətin müsəlman cəmiyyətində aradan aparılmasıdır. Onlar çox yaxşı bilirlər ki, müsəlman xalqın qeyrəti ilk növbədə onun etiqadına və dininə bağlı olub, İslam dinindən məşələnir. Ona görə də bu sahədə hər hansı ölkədə İslam dini ilə mübarizədə ən qeyrətsiz insanlardan istifadə olunur. Tarixdə də bu hücumların şahidi olmuşuq. Müasir İspaniya ölkəsi tərixdə (Andolos -ərəbcə) vaxtı ilə müsəlman ölkəsi olub və 300-ə qədər məscidi olub. Amma hazırda qəbrin fahişəlik və fitnə-fəsad proqramları vasitəsi ilə bu ölkədə apardığı uzun illər qərb təbliğatından sonra ölkədə İslam dini azlıqda olan dinlərdən biri sayılır.
Qeyrətin ən mühüm qismlərindən bir namus, din və vətən qeyrətidir. Hər kəsin bu üç qism qeyrətdə zəifliyi olsa, istər-istəməz çox ağır nəticələrlə üzləşməli olacaq. Bəzi cəmiyyətlərdə qərb psixolgiyası o qədər təbliğ və rəvac tapıb ki, müsəlmanlar qeyrətsizliyə adət kimi baxırlar. Bu isə qeyrətsizliyin ən mühüm acı nəticələrindən biridir. Əgər cəmiyyətdə qadınların namusunu, vətəni və ya dini qoruyanlara qarşı mübarizə gedirsə, deməli düşmən o cəmiyyətin nə güclü silahını əlindən almaq qəsdi var və istər-istəməz bu kampaniyada iştirak edənlər müsəlman xalqın düşmənlərinin sırasında qərar tuturlar. Adətən, müsəlman adətinə görə torpağı işğal altında olan ölkə başçısının qeyrəti yol verməli deyildir ki, düşməninə əl verib onunula salam görüşsün, və ya onunla qucaqlaşıb görüşsün və ya onunla gülə-gülə danışsın. Bu hal, ən azı o ölkənin torpağının qorunması uğrunda canlarından keçmiş şəhidlərə ehtiramsızlıqdır. Bu kimi hərəkətlər, bütöv bir müsəlman xalqın adına və qeyrətinə ləkə gətirməkdən başqa bir şeylə nəticələnməz. Quran və rəvayətlərdə qeyrət məsələsi ən mühüm məsələlərdən biri sayılır. Onlardan bəzilərinə işarə etmək yerinə düşərdi.
1. Quranda həzrət Yusif peyğəmbər (əlyehissalam) o çox qeyrətli tanıtdırılır və müsəlmanlara nümunə kimi göstərilir. Belə ki, ölkə başçısının birinci xanımı ona aşiq olur və onu zinaya dəvət edir. Allahın qeyrətli və pak peyğəmbəri bu təklifi qəbul etmr və əlavə olaraq, Allaha belə yalvarır: “(Yusif) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən (zinadan) xoşdur.” (Yusif surəsi 33) Allah-taala da onun duasını qəbul edir və Yusifi yalnız qeyrət üstündə illərlə zindanda saxlayılar. Əlbəttə, ölkə başçısının ledisi yəni, xanımı dəflərlə həzrəti Yusifə (əleyhissalam) zindan da zina etmək təklifi edir və bu çirikin əməlin baş tutacağı halında, onu azad edəcəyini təklif etsə də, həzrəti Yusif (əleyhissalam) bu təklifi rədd edir. İslam dini müsəlmanları bu etiqada dəvət edir və möminlər bu mövqeli və sifətli insanlar olub, cəmiyyətdə heç kimin namusuna çəp baxmağa belə razı deyillər. Hər bir müsəlman da bu etiqadda olmalıdır.
2. Allah-taala Quranda müsəlman qadınların qeyrət və namusunu o qədər mühüm bilir ki, hətta onların yerişində və danışığında da qəlbi xəstə və şəhvətpərəst insanların onlara pis gözlə baxmasına razı olmur. Quranda qadınlara belə xitab olunur: “.. (qadınlar) gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Nur surəsi 31)
Yenə də Allah-taala, İslam Peyğəmbərimizə (s) Mədinədə olan vaxt, bəzi şəhvətbaz münafiqlərin müsəlman qadınlarına pis gözlə baxması haqqında Quranda belə buyurur: “Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq xəstəliyi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Onlar) məl’unlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər.” (Əhzab surəsi 60, 61)
Quranın başqa bir ayəsində Allah-taala İslam Peyğəmbərinin (s) həyat yoldaşlarının kişilərlə danışıqlarında belə diqqətli olmalarına işarə edərək, onlara buyrur: “....Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın!” (Əhzab surəsi 32)
Göründüyü kimi İslamda qeyrət məsələsi o qədər mühümdür ki, Allah-taala, müsəlmanın qeyrətinə toxunan və xüsusilə, qadın namusunu qoumaqdan ötrü İslam Peyğəmbərinə (s) qeyrətsizlərə qarşı cihad hökmünün verəcəyi ilə onları qorxudmasını tapşırır. Bu səbəbədən, İslamda, hər kəsin namus və qeyrətinə toxunmaq halında tutulmuş bir şəxsin qanının hədər olması hökmü verilir. Amma rəvayətlərdə qeyrət haqqında İslam Peyğəmbərindən (s) oxuyuruq, Həzrət buyrur: “Qiyamət günü behiştin ətri beş yüz illik uzaq məsafədən insanların burnuna gələr, amma bir neçə dəstə var ki, onlar behiştin hətta, ətrini də dadmazlar. Onlardan bir dəstə də qeyrətsizlərdir” (Şeyx Səduq, Mən la yəhzurul-fəqih, c.3;səh.281)
İmam Sadiqdən (əleyhissalam) nəql olunumuş hədisdə oxuyuruq, buyurur: “Allah-taala qeyrətlidir və qeyrətli şəxsi də çox sevir və O, insanın qeyrətinə xatir onun günahlarını aşkar etməz!” (Kuleyni Razi, Fürui Kafi, c.5; səh.535)
Həmçinin, Əmirəl-möminin Əlidən (ə) qeyrət haqqında nəql olunur, Həzrət buyrur: “Hər kəsin qeyrəti olmasa, onun qəlbi çevrilmişdir. Yəni, onun qəlbi artıq kor olmuş, ilahi nuru və nəsihəti qəbul etməz.” (Şeyx Hürr Amuli, Vəsailuş-şiyə, c.14; səh.108)
Nəhayət, İslam Peyğəmbəri (s) müsəlman qadınların cəmiyyətdə siyasi və ictimai işlərdə iştirakına icazə verməklə yanaşı, onaların iffət və namusunun tam şəkildə qorunmasına da təkid etmişdir. Buna misal olaraq, Mədinədə İslam Peyğəmbəri (s) dövlət quranda səs vermə (yəni, beyət və itaət, söz vermə) zamanı kişilərlə əl görüşür, qadınlara isə bir qabda su qoyub öz mübakət barmağını suya qoyur və hər beyət edən qadına barmağını suya batırması ilə kifayətlənməsini buyurur.
Ümüdvaram, Vətənin qeyrətli və namuslu müsəlman xalqı, son günlərdə ölkəmizin müharibə şəratində olmasına baxmayaraq, qərbin sifarişi ilə ölkədə, dövlət məmurlarının vətən, din, qeyrət və namus keşiyində dayanmış din alimlərimizin və möminlərin müxtəlif quru böhtan, həbs və sair şərləmələrlə əziyyət verilməsi prosesini yaxşıca dərk edəcək və müsəlman cəmiyyətimizdə düşmənə qarşı ən yaxşı silah olan, namus-qeyrət məsələsinin qorunmasınada ayıq olub, haqqın tərəfində möhkəm dayanacaqlar!
Müəllif: Faiq Vəlizadə