MÜTLƏQ VƏ MUZAF SU
Məsələ 15: Su ya mütləqdir (saf), ya muzaf (qarışıq). Muzaf su qarışıq suya deyilir. Muzaf su, qarpız və gül suyu kimi, bir şeydən çıxarılan su ilə, ona su dəyilməyəcək şəkildə, gil və ona bənzər bir şeylə qarışmış olan normal suya deyilir. Bunlardan başqa qalan sular mütləq sudur. Mütləq su beş qismə ayrılır:Məsələ 16: Məşhur nəzərə görə kürr su, uzunluğu, genişliyi və dərinliyindən hər biri, üç qarış yarım olan bir qabı dolduracaq miqdardakı sudur. Başqa sözlə, cəmi 42 qarış və bir qarışın 7/8-i qədər olmalıdır. Amma zahirən 36 qarış miqdarında olursa da yetərlidir. Kürr suyu miqdarının ağırlıq baxımından təyin olması mübahisəlidir.
Məsələ 17: Əgər sidik, qan, nəcisin özü, nəcis paltar və nəcis olmuş bir şey kürr suya dəyərsə, o suyun qoxusu və ya rəngi, ya da nəcasətın təsirindən dəyişirsə, kürr su nəcis olur; əgər dəyişmirsə nəcis olmaz.
Məsələ 18: Əgər kürr suyun qoxusu, rəngi və ya dadı nəcasatdan başqa bir şeylə dəyişirsə, nəcis olmaz.
Məsələ 19: Əgər kürr su miqdarından artıq olan bir suyun bir bölümünün qoxusu, rəngi və ya dadı, qan kimi nəcisin dəyməsi ilə dəyişirsə və dəyişməyən hissəsi kürr miqdarından az olursa, o suyun hamısı nəcisdir. Amma əgər dəyişməyən hissə, kürr miqdarında və ya daha artıq olursa, yalnız qoxu, rəng və ya dadı dəyişən hissə nəcis, qalan hissə pakdır.
Məsələ 20: Fəvvarənin suyu, kürr suya bağlı olursa, nəcis bir suyu pak edər. Ancaq nəcis suyun üzərinə damla-damla tökülürsə, onu pak etməz. Lakin fəvvarənin üzərinə nəcis suya qovuşarsa, onu pak edər. Amma yaxşısı budur ki, fəvvarə suyu nəcis su ilə qarışsın.
Məsələ 21: Kürr suya bağlı bir kran altında yuyulan nəcis bir şeydən tökülən su, əgər kürr suya bağlı olur və nəcasatın qoxu, rəng və ya dadını almamışdırsa və nəcasatın özü də onda olmazsa, pakdır.
Məsələ 22: Əgər kürr suyun bir miqdarı buz bağlayarsa, qalan hissəsi də kürr miqdarında olmazsa və ona nəcasat dəyərsə, nəcis olur; buzdan əriyib su olan hissə də nəcisdir.
Məsələ 23: Kürr suyu miqdarında olan bir suyun, bu miqdardan azalıb-azalmadığına şübhə edilirsə, kürr su hökmündədir. Yəni nəcasatı pak edər və ona nəcasata dəydiyi vaxt (17-ci məsələdə aydınlaşdığı kimi) dəyişməsə, nəcis olmaz. Kürr su miqdarından az olan bir suyun da, kürr miqdarına çatıb-çatmadığında insan şübhə edərsə, kürr su hökmünü daşımaz. Yəni az su hökmündədir.
Məsələ 24: Kürr su iki yolla sübut olunur:
1. İnsanın özü bir suyun kürr olduğunu yəqin edə və ya əmin ola.
2. İki adil şəxs suyun kürr olduğunu bildirələr.
Məsələ 25: Yerdən qaynamayan, kürr su miqdarından az olan suya, az su deyilir.
Məsələ 26: Az suya nəcis bir şey dəysə və ya onun üzərinə nəcis bir şey tökülsə nəcis olur. Amma əgər sıçrayışla nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə çatan qismi nəcis, qalan hissəsi isə pakdır.
Məsələ 27: Eyni nəcisi (nəcisin özünü) pak etmək üçün, nəcis şeyin üzərinə tökülərək ondan ayrılan az su nəcisdir. Yenə vacib ehtiyata görə, eyni nəcisin paklanmasından sonra, nəcis şeyi suya çəkmək üçün onun üzərinə tökülərək ayrılan su da nəcisdir.
Məsələ 28: Sidik və ğait məxrəcinin yuyulduğu az su beş şərtlə dəydiyi ayrı bir şeyi nəcis etməz.
1. Nəcasatın qoxusu, rəng və ya dadım almasın.
2. Kənardan başqa bir nəcis ona çatmasın.
3. Sidik və ya ğaitlə birlikdə qana bənzər ayrı bir nəcasat gəlməsin.
4. Suyun içərisində ğait zərrələri görünməsin.
5. Məxrəc yerinin ətrafına normadan artıq nəcasat yayılmamış olsun.
Yerdən qaynayaraq axan, çeşmə və kanal sulan kimi sulara, axar su deyilir.
Məsələ 29: Axar su kürr kimi su miqdarından az belə olsa, ona nəcasat dəydiyi zaman qoxusu, rəngi və ya dadı nəcasat vasitəsilə dəyişməsə, pakdır.
Məsələ 30: Əgər axar suyun bir hissəsinin qoxusu, dadı və ya rəngi nəcasat dəyməsi ilə dəyişirsə və digər hissəsi dəyişmədən qalırsa, dəyişən hissəsi nəcisdir. Dəyişməyən hissənin çeşməyə bitişən qismi kürr sudan az belə olsa, pakdır. Digər tərəfin dəyişməyən suları isə, əgər kürr miqdarında olur və ya dəyişməyən su vasitəsi ilə çeşməyə bitişirsə, pakdır. Əks halda nəcisdir.
Məsələ 31: Axmayan, amma suyundan bir az götürüldükdə təkrar qaynayan bir çeşmə, axar su hökmündə deyildir. Yəni əgər kürr miqdarından az olursa, nəcasat dəyərsə nəcis olur.
Məsələ 32: Arxın qırağında toplanmış, axar suya bağlı durğun su, axar su hökmündə deyildir.
Məsələ 33: Əgər bir çeşmə, məsələn; qışda qaynayar və yayda qaynaması kəsilirsə, yalnız qaynadığı zaman axar su hökmünü daşıyır.
Məsələ 34: İçindəki su miqdarı kürrdən az olan hamamın kiçik hovuzu, ikisinin suyu birlikdə kürr miqdarına yetişən bir xəzinəyə bağlı olsa və ona nəcis dəydiyi zaman qoxu, rəng və ya dadı dəyişməsə, nəcis olmaz.
Məsələ 35: Hamam və binaların kran və duşlarının borularından tökülən su, bağlı olduqları xəzinədəki su ilə birlikdə kürr miqdarında olursa, kürr hökmünü daşıyır.
Məsələ 36: Yer üzərində axan, lakin yerdən qaynamayan su, kürr su miqdarından azdırsa, nəcasat dəyərsə nəcis olur. Amma əgər təzyiqlə axırsa, aşağı hissəsinə dəyərsə, yuxarı hissəsi nəcis olmaz.
Məsələ 37: Üzərində nəcisin eyni olmayan nəcis bir şeyə bir dəfə yağış yağarsa, pak olar. Lakin sidik ilə nəcis olan bədən və paltara isə ehtiyat olaraq iki dəfə yağması lazımdır. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq lazım deyil. Amma iki-üç damcı yağmasının da faydası yoxdur, «yağış yağır» deyiləcək şəkildə yağması gərəkdir.
Məsələ 38: Əgər eyni nəcis üzərinə yağan yağış başqa bir yerə sıçrayarsa, eyni nəcis olmaz və nəcasatın qoxu, rəng və ya dadını götürməmiş olsa, pakdır. Əgər qan üzərinə yağıb ayrı bir yerə axan yağış suyunda qan zərrələri olursa və ya qanın qoxu, rəng və ya dadını götürmüşsə, nəcisdir.
Məsələ 39: Əgər bir binanın tavanı və ya daşı üzərində eyni nəcis varsa, yağış yağdığı müddətdə o nəcisə dəyərək tavandan və ya damdakı navalçadan tökülən su pakdır. Amma yağış kəsildikdən sonra, gəlməkdə olan suyun o nəcisə dəydiyi bilinirsə, nəcisdir.
Məsələ 40: Nəcis olan bir yerə yağış yağarsa, pak olar. Əgər yağış yerdə axmağa başlayıb, yağmağa davam etdiyi halda, tavanın altındakı nəcis yerə yetişirsə, oranı da həmçinin pak edər.
Məsələ 41: Yağış suyunun mütləq (saf) su olması ilə nəcis bir torpağın tamam zərrəsini tutarsa pak edər.
Məsələ 42: Bir yerdə toplanmış yağış suyu, kürr miqdarından az olsa belə, yağış yağdığı zaman kürr su hökmündədir və əgər nəcis bir şey onun içərisində yuyularsa, o su nəcasatın qoxu, rəng və ya dadını almazsa, nəcis şey pak olar.
Məsələ 43: Nəcis bir yer üzərində sərili olan pak bir xalça üzərinə yağış yağsa və yağış yağmağa davam etdiyi halda xalçadan yerə keçərsə, xalça nəcis olmaz. Həmin yer isə nəcisdən paklanar.
Məsələ 44: Yerdən qaynayan quyu suyu, kürr su miqdarından az olsa belə, nəcasat ona dəydiyi zaman onun qoxu, rəng və ya dadı o nəcasat vasitəsi ilə dəyişmirsə, həmin su pakdır. Lakin bəzi nəcasatların dəyməsindən sonra (müfəssəl kitablarda göstərildiyi miqdarda) onun suyundan çəkməyin şiddətli kərahəti vardır.
Məsələ 45: Əgər bir nəcasatın tökülməsi nəticəsində qoxu, rəng və dadı dəyişən bir quyunun suyunda bu dəyişiklik yox olarsa, pak olar. Amma onun pak olması üçün ehtiyat olaraq quyudan qaynayaraq çıxan su ilə qarışması lazımdır.
Məsələ 46: Bir çökəkdə toplanan yağış suyu kürr suyundan az olarsa, yağış kəsdikdən sonra nəcasat dəyərsə nəcis olar.
Məsələ 47: On beşinci məsələdə mənası aydınlaşdırılan muzaf su, nəcis bir şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl almaq da batildir.
Məsələ 48: Muzaf su, kürr miqdarında olsa belə, ona bir zərrə nəcasat dəysə, nəcis olur. Amma təzyiqlə nəcis bir şeyin üzərinə tökülürsə, nəcis şeyə dəyən qismi nəcis və qalan hissəsi pakdır. Məsələn, gül suyunu gül suyu qabından nəcis olan əl üzərinə tökərlərsə, ələ yetişən hissəsi nəcisdir, ələ yetişməyən hissəsi isə pakdır.
Məsələ 49: Əgər nəcis olan muzaf su, kürr və ya axar suya, artıq ona muzaf su deyilməyəcək şəkildə qarışırsa pak olar.
Məsələ 50: Mütləq olan bir suyun muzaf olub-olmadığı bilinməzsə, mütləq su kimidir, yəni nəcis şeyi pakladığı kimi onunla dəstəmaz və qüsl də səhihdir. Muzaf olan bir suyun da mütləq olub-olmadığı bilinməzsə, muzaf su kimidir, yəni nəcis şeyi paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir.
Məsələ 51: Mütləq və ya muzaf olduğu bəlli olmayan bir suyun, əvvəlcədən də muzaf və ya mütləq olduğu məlum olmazsa, nəcasatı paklamadığı kimi, onunla dəstəmaz və qüsl də batildir. Ona bir nəcasat dəyərsə, kürr miqdarında olsa belə, lazım ehtiyat olaraq nəcis olur.
Məsələ 52: Qan və sidik kimi nəcasatın dəyməsi ilə bir suyun qoxu, rəng və ya dadı dəyişirsə, kürr və ya axar su olsa belə, nəcis olur. Hətta suyun qoxu, rəng və ya dadı onun xaricində olan bir nəcasat vasitəsilə dəyişirsə, məsələn; suyun kənarında olan murdar bir şey bir miqdar onun iyini dəyişdiribsə, lazım ehtiyata görə nəcis olur.
Məsələ 53: Qan və sidik kimi eyni nəcisin tökülməsi nəticəsində qoxu, rəng və ya dadı dəyişən bir su, əgər kürr və ya axar suya bitişərsə, üzərinə yağış yağsa və ya külək yağışı ona çiləyərsə və yaxud yağış suyu navalçadan onun üzərinə tökülərsə və bu halların hamısında onun dəyişikliyi yox olursa, həmən su pak olar. Amma əqvaya görə, yağış suyunun kürr və ya axar su ilə qarışması lazımdır.
Məsələ 54: Nəcis bir şeyi kürr və ya axar su içərisində yuyarlarsa, yuyulduqdan sonra ondan tökülən su pakdır.
Məsələ 55: Pak olan bir suyun, sonra nəcis olub-olmadığı bilinməzsə, pakdır. Nəcis olan bir suyun da pak olub-olmadığı bilinməzsə, nəcisdir.
Məsələ 56: İtin, donuzun və kitab əhli olmayan kafirin artığı nəcisdir, onları yemək haramdır. Kitab əhli olan kafirin də artığı müstəhəbb ehtiyata əsasən nəcisdir, onları yemək haramdır. Əti haram olan heyvanların artığı pakdır, amma pişikdən başqa digərlərinin artığını yemək məkruhdur.