Namaz günahları yuyur!

Namaz günahları yuyur!

1).Peyğəmbərimiz (sav) buyurmuşdur:
İslam beş əsas üzərində qurulmuşdur, şəhadət kəliməsini demək, namaz qılmaq , zəkat vermək, oruc tutmaq və həcc ziyarəti etmək.

2). Peyğəmbərimiz (sav) buyurmuşdur:
“ Siz böyük günahlardan çəkindikcə, beş namaz arası və cümədən cüməyə olan vaxt günahlarınız üçün kəffarədir.

3.)Abdullah bin Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
“Etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız.Səhər namazını qıldıqda isə günahlarınız yuyulur.Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, zöhr namazını qıldıqda isə günahlaınız yuyulur.Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, sonra əsr namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, məğrib namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, işa namazını qıldığınızda günahlarınız yuyulur.”

4)Ənəs bin Məlikdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
“ Hər namaz vaxtı Allahın bir mələki belə çağırar: “ Ey Adəm evladları! Qalxın öz əllərinizlə qaladığınız atəşi indi söndürün.”

5) Salman əl-Farisidən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
“Müsəlman namaza durduğunda günahları başının üstündə olar.Hər dəfə səcdə etdiyində günahları tökülər və namazını bitiydiyində isə artıq günahları qalmaz.”

6) Amru bin Muraa əl-Cuhanidən rəvayət olunur ki, bir nəfər Allahın elçisnin yanına gələrık:
“Ey Allahın elçisi ! Əşhədu Ənlə İləhə İllallah və Əşhədu Ənnə Muhammədən Rəsulullah şəhadət kəliməsini desəm, beş vaxta namazımı qılsam, zəkatımı versəm, ramazan orucunu tutsam və ramazan ayını ibadətlə keçirsəm mən kimlərdənəm?
Peyğəmbər (sav) : sən siddiqlərdən və şəhidlərdənsən cavabını verdi

7) Uqba bin Amirdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur:
“Əgər bir müsəlman kamil dəstamaz alar və sonra namaza durar və namazını xuşu ilə qılarsa. anadan olmuş uşaq kimi günahlardan təmiz olar.

8) Zeyd bin Xalid əl-Cuhanidən rəvayət olunur ki, Allahın elçisi (sav)buyurmuşdur:
“ Kim kamil dəstamaz alar və sonra xuşu ilə iki rukətdə namaz qılarsa , cənnət ona artıq vacib olmuşdur”

9) Peyğəmbər (sav) buyurmuşdur:
“ Bilinki sizin ən fəzilətli(yaxşı ) əməliniz namazdır”

10) Əbi Osmandan rəvayət olunur ki, bir gün Salman Farisi ilə ağacın altında oturmuşduq.Salman quru budağı sirklədi və yarpaqlar töküldü və sonra Ey Əbi Osman neyə belə etdiyimi soruşmaq istəmirsənmi?
Mənə nə üçün belə etdin dedim.
Salman, bir gün mən peyğəmbər (sav) ağacın altında oturduğumda peyğəmbərdə belə etmişdi və sonra belə demişdi:
Ey Salman nə üçün bə etdiyimi sorusmaq istəmirsənmi?
Mənbə bəli ey Allahın rasulu soruşmaq istəyirəm cavabını verdim.
O belə dedi:
“ Müsəlman kamil dəstamaz alarsa və sonra beş vaxt namazını qılarsa, budağdan yarpağın töküldüyü kimi günahları tökülər.
Top