Evlilik təklifi edəcək kişi seçiminin nə qədər uğurlu olacağını bilmək istəyirsə, mütləq sevdiyi qadının bürcü ilə maraqlanmalıdır. Çünki bəzən bürclər insan haqqında sezə bilmədiyimiz ən doğru məlumatları verə bilər. Əgər hələ də seçim etməmisinizsə, bürclərə görə evləniləcək ən yaxşı qadınları siz də tanıyın. Bəlkə seçiminizi elə bu üç bürc altında doğulan qadında etdiniz. 

Oxatanlar hədiyyə almağı çox sevir. Bunun üçün çox pul xərcləmək lazım deyil. Bu bürcün sahibləri elə insanlardır ki, hədiyyənin bahalı və ucuz olması yox, sizin ona diqqətiniz üçün vacibdir.Balıqlar olan məclislərdə, yığıncaqlarda onları həmişə diqqət mərkəzində görmək mümkündür. Əgər onlar bunu bacarmasalar, onda bir qıraqda durub darıxacaqlar.
İlkin söhbət üçün musiqi, teatr haqqında söz salın, bu onların maraq dairəsindədir. Balıqlar monoloq söyləməyi xoşlayır. Onlara diqqətlə qulaq asın və sözünü kəsməyin. Əgər söhbətində heç nəyi başa düşmədinizsə, onda səmimi olaraq bunu onlara deyin. Balıqların ən sevimli işi nəyisə insanlara başa salmaqdır. Onlar düzgün düşünür, ancaq gözəl danışa bilmir. Odur ki, sözündən inciməyin.
Dolça yüksək zövqə malikdir. zərif, incə hədiyyələri sevirlər. Dolça üçün ən gözəl hədiyyə kitabdır. Bunu da unutmayın ki, aldığınız hədiyyə məhz Dolçanın istifadəsinə yararlı olmalıdır.İşgüzar Oğlaqlarla birlikdə işləmək bir fərəhdir. Vəzifəsindən bir pillə aşağı işləsəniz, sizin onunla ünsiyyət yaratmağınıza özü kömək edəcək. Həm də sizin maraq dairəniz eyni olacaq. Bu isə ünsiyyət yaratmaq üçün daha bir şansdır.
Birlikdə problemləri həll etmək Oğlaq bürcünün ürəyincədir. Oğlağın ən çox sevdiyi və bildiyi sahəni öyrənin, bu hər hansı bir xarici dil, kompüter, klassik musiqi, rəngkarlıq sənəti ola bilər.Başa düşmədiyinizi ondan soruşun, sizə bunu öyrətməyini xahiş edin. Şərt deyil ki, dərslər parta, masa arxasında keçsin. Gözəl havada, parkda gəzişə-gəzişə öyrənmək də mümkündür. Elmə olan marağınızı Oğlaqlara suallarla göstərin. O, sizin öyrənmək istəyinizi çox gözəl qiymətləndirər.
Onunla ciddi mövzularda söhbət edin. Bu fəlsəfə və ya maliyyə xəbərləri ola bilər. Onun gözəl yaddaşına, iti ağlına baxıb zövq alın.