Piri Rəsin xəritəsində maraqlı cəhətlər

Piri Rəsin xəritəsində maraqlı cəhətlər

 

Piri Rəis xəritədə şərqi Avropanı və Şimali Afrikanı tamamilə düzgün bir formada göstərmişdir. Amerika qitəsi hələ kəşf edilmədən əvvəl Piri Rəis xəritəsində cənubi Amerika sahillərini də tanına bilən şəkildə göstərmişdir. Piri-Rəisin çəkdiyi xəritədə yerləşən Amerika qitəsində eramızdan əvvəl yaşamış sivilizasiyanın izləri də mütəxəsislər tərəfindən təsdiqlənmişdir.  Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə çəkilmişdir. Digər maraqlı cəhət xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Antarktida dağları demək olar ki, dəqiqliklə göstərilmişdir. Belə ki, bu dağlar ancaq 1952-ci ildə səs ötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında оlan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə sirr olaraq qalır.



Qeyd edək ki, Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-ci ildə Qahirədə Sultan Süleyman tərəfindən edam edilmişdir.

Mənbə:  /www.gsaz.az/

Top