Tütün qadağalarının pik həddə olduğu ölkələr

Tütün qadağalarının pik həddə olduğu ölkələr

Butan
 
 Siqaretin çəkilməsi ilə ən sərt və çox güman ki, ən effektiv yolu Himalay dağlarının ətəklərində yerləşən kiçik Butan krallığı seçib. Butanda 2004cü ildən başlayaraq siqaretin satışına tamamilə qadağa qoyulub.  Düzdür, xaricdən siqaret idxalına heç bir qadağa qoyulmasa da, hər bir siqaret qutusuna görə onu idxal edən şəxs qutunun dəyərinin 200%i qədər aksiz vergisi verməli olacaq. Bu tarif yalnız dost olan Hindistan üçün 100% səviyyəsinə endirilib. Siqaret qaçaqmalçılığına görə 5 ilə qədər həbsxana cəzası gözləyir. Həm yerli vətəndaşları həm də xarici turistləri ictimai yerdə siqaret çəkməyə görə 175 avro cərimə cəzası gözləyir. Onu da qeyd edək ki, Butan korrupsiya səviyyəsinə görə dünyada ən aşağı yerlərdən birini tutur.

ABŞ
İki il öncə ABŞın əksər ştatları ictimai yerlərdə siqaretin çəkilməsinin məhdudlaşdırılması ilə bağlı qanun qəbul etdilər. Bir çox ştatlarda bu cür yerlərə dövlət stukturları, tibb, idman, uşaq mərkəzləri, restoran, kafelər aid ediləsə də, bəzi ştatlar bu məsələdə daha da dərinə getdilər.
 


Məslən, Nyu-Yorkda parklar və onlarla kəsişən küçələrdən başqa məhşur Tayms meydanında da siqaretin çəkilməsi qəti qadağandı. Kaliforniyada isə bütün yerli çimərliklərdə siqaret çəkmək qanunla qadağan edilib. Merilend ştatında qonşular siqaretin tüstüsündən şikayət edərlərsə şəxsi evinizdə belə siqaret çəksəniz qanun qarşısında cavab verməli olacaqsanız. İllinoyda isə əgər avtomobilin içində 8 yaşından aşağı olan uşaq ola-ola siz siqaret çəksəniz 1 illik həbsxanaya düşə bilərsiniz. Əgər siz kafe sahibisinizsə və sizin kafedə müştərilərdən biri siqaret çəkərsə siz 2500 dollar civarında cəzalanacaqsınız.

Norveç
 


23 may 2003cü ildə Norveçdə ictimai yerlərdə siqaret çəkməyi qadağa edən qanuna düzəliş qəbul edildi. Düzəlişin əsas məqsədi passiv çəkilmənin qarşısını almaq idi. Düzəliş bütün ictimai qidalanma yerlərində siqaretin çəkilməsini qadağan edirdi. Yeni qanun kafe, restoran, bar, pablardan əlavə konsert zallarını, tədbir otaqlarında siqaret çəkilməsini də qadağan etdi.

Finlandiya
 


Finlandiya siqaretə qarşı sərt tədbirləri ilə yanaşı siqaret çəkənlərə qarşı sərt cəzaları ilə də seçilir. İctimai yerdə siqarət çəkməyə görə 50-150 avro aralığında cəza tətbiq olunur. Yetkinlik yaşına çatmayan isə həbxsxana ilə cəzalana bilir. Son qanun lahiyəsinə görə şəxsi eyvanda da qonşuları narahat edə biləcəyinə görə siqaret çəkmək də qadağan olunub. 2040cı ilə qədər Finlandiya tamamilə siqaret çəkilməyən ölkə olmağı planlaşdırır. Bu məqsədə çatmaq Finlandiya üçün çox real görünür, belə ki əhalinin cəmi 20%i Finlandiyada siqaret aslılığından əziyyət çəkir.

İrlandiya
 


İrlandiya Ümumdünya Səhiyyə Təşkilatının təklif etdiyi qanunları qəbul edən ilk ölkələrdən biri olub. Siqaret çəkməyə görə bu ecazkar ölkədə cərimə nə az, nə çox düz 3000 avro təşkil edir. 2004cü ildən kafe, restoran, pab kimi ictimai yerlərdə siqaretin çəkilməsi qəti qadağan edildi. Siqaret və pivəni birləşdirmək istəyən müştərilər bayıra çıxaraq onlar üçün xüsusi təchiz olunmuş yerlərə gedib, pivə içərək siqaret çəkə bilərlər. Əgər pab və ya restoran sahibi xüsusi yer təşkil etməzsə 10.000 avro dəyərində cəzalanacaq.

Həmçinin, İngiltərədə futbol oyunları zamanı stadionda siqaret çəkmək haqqında ayrıca qanun mövcuddu

marifia.com
Top