Sporlular tipi. Malyariya paraziti

Sporlular tipi. Malyariya paraziti

Sporlular tipinin bütün nümayəndələri parazitdirlər. Əksər növlərdə qeyri-cinsi çoxalma, cinsi çoxalma və spor əmələgətirmə növbələşir. Çoxlu sayda nümayəndələri insanda və heyvanda ağır xəstəliklərin törədiciləridir. Parazit həyat tərzi ilə əlaqədar olaraq quruluş xüsusiyyətləri sadələşmişdir. Bu tip iki sinfi özündə birləşdirir: koksidikimilər və qreqarinlər.
Koksidikimilər sinfi. Bu sinfin nümayəndələri hüceyrədaxili parazitlərdir. Qeyri-cinsi çoxalması çoxlu sayda bölünmə (sizoqoniya) formasında baş verir. Sinfin tipik nümayəndəsi malyariya parazitidir. Bu parazitin cinsi çoxalması anofeles cinsindən olan dişi ağcaqanadın bədənində, qeyri-cinsi çoxalması isə insan orqanizmində baş verir. Malyariya paraziti ilə yoluxmuş ağcaqanad insanın qanını sorarkən parazitin sporozoiti insanın qanına düşür. Sporozoitlər (şəkil 12) qan dövranı ilə bədənə yayılır və qaraciyər hüceyrələrinə daxil olaraq böyüyür və şizontlara çevrilirlər. SporozoitlərŞizontlar şizoqoniya yolu ilə çoxalaraq merozoitləri əmələ gətirirlər. Belə şizoqoniyanı qeyri-eritrositar şizoqoniya adlandırırlar. Merozoitlər qana düşdükdə sağlam eritrositlərə daxil olur və qidalanaraq şizontlara çevrilirlər. Şizontlar şizoqoniya yolu ilə çoxalaraq mezozoitləri əmələ gətirirlər. Bu zaman insanın bədən temperaturu yüksəlir. Merozoitlər sağlam eritrositlərə daxil olur. Eritrositar şizoqoniya bir neçə dəfə təkrarlandıqdan sonra əmələ gələn merozoitlər qamontlara çevrilirlər.
Malyariya ağcanaqanadı belə adamın qanını sorduqda qamontlar qanla birlikdə ağcaqanadın bağırsağına düşür. Burada qamontların bir qismindən makroqametlər, digər qismindən isə mikroqametlər əmələ gəlir. Mikroqametlər makroqametlərlə birləşərək ziqota əmələ gətirirlər. Əmələ gəlmiş ziqota ağcaqanadın bağırsağının divarına daxil olaraq oosistaya çevrilirlər. Ziqotun nüvəsi bölünərək çoxlu sayda sporozoitləri əmələ gətirir. Sonra oosistanın örtüyü dağılır və sporozoitlər ağcaqanadın hemolimfasına tökülürlər və fəal surətdə tüpürcək vəzilərinə daxil olurlar. Belə ağcaqanadlar insanın qanını sorduqda sporozoitlər insanın qanına düşürlər.
Malyariya xəstəliyi vaxtilə Azərbaycanda və digər ölkələrdə geniş yayılmış və çoxlu sayda insan tələfatına səbəb olmuşdu. Hazırda bu xəstəliklə xəstələnmə halları azalsa da, onun kökü hələ kəsilməmişdir.
Koksidilər sinfinə aid olan digər bir hüceyrədaxili parazit əsasən quşlarda və adadovşanlarında eynurioz xəstəliyini törədir.
Həmçinin bax:
Süngərlər tipi. Şirin su süngəri
İnfuzorlar və ya Kirpiklilər tipi
Qamçılılar sinfi. Yaşıl evqlena və volvoks
Sarkomastiqoforlar tipi.Amöb
Top