Qamçılılar sinfi. Yaşıl evqlena və volvoks

Qamçılılar sinfi. Yaşıl evqlena və volvoks

Qamçılılır sinfi. Qamçılılar sinfinin nümayəndələri bir və ya bir neçə qamçıya malikdir. Bəzi nümayəndələrində eyni zamanda həm qamçı, həm də yalançı ayaqlar olur. Xüsusi bədən örtüyünə malik olduqları üçün əksəriyyəti nisbi sabit bədən formasına malikdirlər. Əksəriyyəti heterotrof, bəziləri isə avtotrof yolla qidalanırlar. Əksəriyyəti sərbəst yaşayır, digərləri isə parazitdirlər.
Yaşıl evqlena və volvoks. Çirklənmiş şirin sulu gölməçələrdə yaşayan yaşıl evqlenin bədəninin uzunluğu 0,05 mm-ə qədərdir (şəkil 8). Yaşıl evqlen işıqda yaşıl bitkilər kimi avtotrof yolla qidalanaraq qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edirlər. Şəkil 8. Yaşıl evqlenanın quruluşu
Uzun müddət qaranlıqda qaldıqda evqlenin bədənindəki xloroplastlar rəngsizləşir və o əksər heyvan orqanizmləri kimi hazır üzvi maddələrlə qidalanır. Evqlenin tənəffüsü və ifrazatı adi amöbdə olduğu kimi baş verir. Evqlenin bədənində işığa həssas olan al qırmızı gözcük vardır. Bunun sayəsində o yaşadığı su hövzəsinin fotosintez üçün əlverişli yerlərinə doğru hərəkət edirlər.
Çoxalması bədənin iki qız fərdə bölünməsi yolu ilə baş verir. Çoxalma zamanı əvvəlcə nüvə iki hissəyə bölünür. Əmələ gəlmiş nüvələr (şəkil 9) yanlara doğru çəkilir və bədən bölünməyə başlayır. Bədənin ön ucunda ikinci bir qamçı əmələ gəlir və onların arasında yarıq əmələ gəlməyə başlayır.
Şəkil 9. Yaşıl evqlenin bölünməklə çoxalması
Bu yarıq get-gedə dərinləşir və nəticədə bədən uzununa bölünərək iki fərd əmələ gəlir. Əlverişli şərait olmadıqda evqlen də amöb kimi sistalaşa bilir.
Qamçılılar sinfinin xarakterik növlərindən biri koloniya halında yaşayan volvoksdur (şəkil 10). Gölməçə və göllərdə yaşayan volvoks koloniyasının diametri 1 mm-dən az olan kürəcik şəklindədir. Koloniya 1000-ə qədər fərddən təşkil olunmuşdur. Həmin fərdlərin hər biri quruluşca xlamidomonada yosununa bənzəyir. Volvoks koloniyasının əsas kütləsini yarımmaye halında olan həlməşik maddə təşkil edir. Koloniyanın fərdləri bu kürəciyin üst səthində düzülmüşdür. Koloniyanın hər bir üzvü quruluşca müstəqil birhüceyrəli heyvan kimidirsə, onların hamısı birlikdə koloniya halındadır, çünki bir-birinə sitoplazmatik tellərlə birləşmişlər. Koloniyadakı bütün qamçıların eyni hərəkətini bununla izah etmək olar.
Şəkil 10. Volvoks
Şəkil 10. Volvoks
Volvoks koloniyası qeyri-cinsi yolla çoxalmağa başladıqda bəzi hüceyrələr kürəciyin daxilinə doğru keçir və burada bölünərək bir neçə cavan koloniya əmələ gətirir. Bundan sonra yaşlı koloniya dağılır və cavan koloniyalar müstəqil yaşamağa başlayırlar.
Volvoks koloniyasındakı bəzi hüceyrələr qamet əmələ gətirmək qabiliyyətinə malikdirlər. Makroqametləri əmələ gətirən hüceyrələr iri üçölçülü olub, qonurumtul yaşıl rəngdə olurlar. Mikroqametlə makroqamet birləşdikdən sonra əmələ gələn ziqot ikiqat örtüklə örtülür. Yaşlı koloniya dığıldıqda belə ziqotdan bölünmə yolu ilə yeni koloniya inkişaf edir. Beləliklə, volvoks koloniyası həm qeyri-cinsi, həm də cinsi yolla çoxalmağa qabildir.
Qamçılılar sinfinin parazit nümayəndələrindən tripanosomanı və leyşmaniyanı göstərmək olar.
Tripansomların bir növü insanda «yuxu xəstəyliyi» törədir. Paraziti insana «se-se» milçəyi keçirir.
Leyşmaniyaların bir növü insanda «şərq yarası» (il yarası) adlanan xəstəliyi törədir. Paraziti insana mığmığalar keçirir.
Həmçinin bax:
Süngərlər tipi. Şirin su süngəri
İnfuzorlar və ya Kirpiklilər tipi
Sarkomastiqoforlar tipi.Amöb
Sporlular tipi. Malyariya paraziti
Top