Yarpaq və yarpağın quruluşu

Yarpaq və yarpağın quruluşu

Bitkinin ən mühüm orqanı yarpaqdır.Heç bir bitki orqanı, yarpaq qədər çox vəzifə daşımır.
Yarpaq, aya və saplaqdan ibarətdir. Yarpağın ayası müxtəlif bitkilərdə müxtəlif şəkildə olur. Yarpağın ikinci hissəsi olan saplaq, yarpaq ayasını zoğa birləşdirir. Saplaq yarpaq ayasını günəş şüalarına doğru yönəldir. Sapalaqsız yarpağa oturaq yarpaq deyilir.
Yarpaq ayaları bir-birindən formalarına və kənarlarına görə də fərqlənir.

Yarpağın fizioloji vəzifələri

Yarpaqda fizioloji prosesləri yerinə yetirən hüceyrələr

Yarpaqda fizoloji prosesləri yerinə yetirən orqanoidlər

Fotosintez

Ağızcıq hüceyrələri  Süngər parexim ya sütunvari parexim hüceyrələri

Xloroplast

Tənəffüz

Yarpağın bütün toxuma hüceyrələri

Mitoxondri

Transpirasiya

Ağızcıq hüceyrələri

Quttasiya

Daha iri ağızcıq hüceyrələri (hidatod)



Yarpağın fizioloji vəzifələri

Proses zamanı sərf olunan maddələr

Proses zamanı əmələ gələn maddələr

Fotosintez

CO2 ,  H2O

CO2 ,  H2O

Tənəffüz

C6 H12O6 , O2

C6 H12O6 , O2

Transpirasiya H2O (buxar halında)

Quttasiya

H2O (damcı halında)

Yarpaq ayasında gözə çarpan mühüm hissələrdən biri də yarpağın damarlarıdır. Damarlarla su və suda həll olmuş qida maddələri hərəkət edir. Bitkilərin yarpaqlarında damarlar paralel, qövsşəkilli və yaxud torvari olur. Yarpaqlarda  damarlanmanın növləri də buna müvafiq   olaraq adlandırılır. Birləpəli bitkilərdə (buğda, çovdar, arpa, qarğıdalı, soğan , zambaq və s.) yarpaqlar paralel damarlıdır. İnciçiçəyi və bağayarpağının yarpaqlarında damarlar qövsşəkilli, ikiləpəli bitkilərdə (alma , armud , palıd və s) isə torşəkillidir.

Kənarlarının kəsilmə dərinliyinə görə

Ayanın kəsilmə dərinliyi

Aid olduğu bitkilər

Dilimli

1/4-nəqədər

ağcaqayın, çinar, yemişan, üzüm

Bölümlü

Yarpağın qaidəsinə azca çatmırsa

turp

Yarılmış

orta damara qədər

zəncirotu

Quttasiya

Daha iri ağızcıq hüceyrələri (hidatod)


Sadə və mürəkkəb yarpaqlar.
Saplaq üzərində yalnız bir yarpaq ayası olarsa buna sadə yarpaq deyilir.
Məsələn, cökə,palıd, ağacaqayın və s. bitkilər sadə yarpaqlardır.
Saplaq üzərində iki və ya çox yarpaq ayası olarsa buna mürəkkəb yarpaq deyilir.
Məsələn, moruq,at şabalıdı , yonca çiyələk və s. bitkilərdə olduğu kimi .

Yarpaqların düzülüşü
Yarpaqların gövdədə müəyyən qaydada yerləşməsinə yarpaqların düzülüşü deyilir. Yarpaqlar gövdədə bir-birinin ardınca tək-tək (növbə ilə) yerləşirsə ,buna növbəli düzülüş deyilir.Məsələn, çovdar,buğda, tozağacı, alma, günəbaxan qızılgül və s. bitkilərdə yarpaqlar növbə ilə düzülmüşdür.
Əgər yarpaqlar gövdənin üzərində cüt-cüt,bir-birinin qarşısında  yerləşirsə,buna qarşı-qaşıya düzülmüş deyilir.Məsələn ,yasəmən,sırğagülü, gicitkan və s. bitkilərdə yarpaqlar qarşılıqlı düzülmüşdür.
Əgər yarpaqlar gövdə üzərində bir buğumda üç və daha artıq yerləşirsə, buna topalı düzülüş deyilir.Məsələn elodeya və s . bitkilərdə yarpaqlar topa ilə düzülür.

Yarpaq hüceyrələrdən  təşkil olunmuşdur.

Yarpaqdan hazırlanmış kəsiyə mikroskopla baxdıqda onun hüceyrələrini aydın görmək olar.
Yarpaq üst və alt tərəfdən örtücü toxuma dəricik ilə örtülmüşdür. Onun hüceyrələri sıx yerləşmiş rəngsiz , şəffaf və xarici divarı qalınlaşmışdır. Bu hüceyrələrin arasında  ağızcıq hüceyrələri də yerləşir.
Yarpaqların çoxunda lət iki müxtəlif parenximə ayrılır: sütunvari parenxim və süngərvari parenxim.
Bundan başqa yarpaqda damarlar da vardır. Damarlar borucuqlardan , əlavə bənzər borulardan və liflərdən  ibarətdir. Damarlar yarpağın ayrıca  strukturudur.
Həmçinin bax:
Bitkilərin kökləri
Gövdə,zoğ və tumurcuq
Top