Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Kök, gövdə, yarpaq, çiçək, toxum və meyvə cicəkli bitkilərin örqanlarıdır.
Əsas tumurcuq və yarpaqdan məhrum olan bitki orqanına kök deyilir. Kök ali bitkilərin vegetativ orqnlarından biridir. Kökün vəzifəsi bitkini torpağa bərkitmək , onu şaquli vəziyyətdə saxlamaq, torpaqdan suyu və suda həll olmuş mineral duzları almaq, həmin maddələri bitkinin digər orqanlarına ötürmək və qidalı maddələri özündə toplamaqdan ibarətdir.
Kökün növləri
Əsas kök – rüşeym kökcüyündən inkişaf etmiş kökə deyilir.
Əlavə kök –kök xaric, bitkinin digər vegetativ orqanlarından( gövdə,yarpaq) inkişaf etmiş kökə deyilr.
Yan kök –sadəcə kökdən (əsas,əlavə və yan köklərdən) inkişaf etmiş kökə deyilir.
Əsas kök +Yan kök =Mil kök sistemi
İki ləpəli bitkilərin çoxunda məsələn, dəvətikanı ,pambıq, qarayonca,ağaclarda və başqa bitkilərdə mil kök sistemi olur.
Əlavə kök+Yan kök=Saçaqlı kök sistemi
Birləpəli bitkilərin çoxunda məsələn ,taxıl bitkilərində , soğan,sarımsaq , dağ laləsi və başqalarında saçaqlı kök sistemi olur.
Əsas kök, rüşeym kökcüyündən başlanğıc götürür. Rüseym kökcüyü də bitkilərin digər üzvləri kimi hüceyrəvi quruluşa malikdir.Mühütdəki qida maddələrinin hesabına rüşeym kökcüyünün hüceyrələri böyüyür və çoxalır.
Kök həmişə uc hissəsi ilə böyüyür. Hər hansı bir kökün uc hissəsini kəssək, bir müddət sonra onun uzununa böyüməsinin dayandığını görərik.
Kök vasitəsi ilə suyun və mineral maddələrin udulması
Bitki orqanizminin əsas hissəsini su təşkil edir.Ali bitkilərin vegetativ orqanlarında 80-90% su olur. Su və suda həll olmuş mineral maddələr torpaqdan əmici tellər vasitəsi ilə diffuziya hadisəsinə əsasən sorulduqdan sonra kökün ötürücü sahəsinə daxil olur və oradan borular vasitəsi ilə bitkinin gövdə və yarpaqlarına qədər qalxır. Bu məhlulun əmici tellərə diffuziyasına kökün sorucu qüvvəsi deyilir.
Gövdə və yarpaqlara qədər ötürülməsi isə islatma və transpirasiya qüvvəsi hesabına baş verir.
Bitki torpaqdan su ilə birlikdə ən çox azot, fosfor və kalium duzlarını alır.
Kökün şəkildəyişmələri
Şəklini dəyişmiş köklər
|
Əmələ gələn hissə |
Aid olduğu bitkilər
|
Meyvə köklər
|
Əsas kök və gövdənin aşağı hissəsi |
Çuğundur,turp yerkökü, şalğam
|
Kök yumruları
|
Əlavə və yan köklər
|
Georgin (soğangülü)
|
Digər şəkildəyişmələr.
* Hava kökləri (səhləb),
* dirək kökləri (banyan),
* kök qarmaqcıqları (daş sarmaşığı),
* sormaclar (qızıi sarmaşıq),
* nedositlər (paxlalılar),
* mikoriza (ağac kökləri ilə göbələk mitsellərinin simbiozu) və s.
Qeyd: Jenşen əsas kökün şəkildəyişməsidir, əmələ gəlməsində əsas kök və kökümsov birgə iştirak edir.
Nedositlər əlavə və yan köklərinin şişkinləşməsindən əmələ gəldiyinə görə kök yumrularına aiddir.
Səhləbin hava köklərindən başqa bəzi nümayəndələrində əlavə kökləri ehtiyat qida maddələri toplayaraq kök yumrusuna çevrilir.
Həmçinin bax:
Gövdə
Yarpaqlar