Son illərin ən aktual mövzularından və müammalı məsələlərindən biri də Neil Armstrong-un Aya uçuşu ilə bağlıdır. Armstrong həqiqətən də Apollo 11 ilə Aya getdimi? Yoxsa o fotolar bir çox mütəxəssislərin və kosmonavtların dediyi kimi Nevada səhrasında quraşdırılan studiyada çəkilmişdi? Neil Armstrong Aya ilk addımını atmamışdan qabaq bu məşhur sözləri demişdi: “Mən indi bu an mənim üçün kiçik,insanlıq üçün böyük addım atıram.” Armstrongun 46 il əvvəl dünya tarixinə həkk olunan bu sözlərinin faktiki olaraq heç bir dəlil-sübutu yoxdur. Çünki o hadisənin orijinal görüntüləri NASA-nın Marylanddəki bazasında çoxdan yoxa çıxdığı məlum oldu. Məşhur bilim adamları NASA-nın öz yalanlarını ört-basdır etmək üçün bu görüntüləri məhv etdiyini bildirdilər. Əslində kosmonavtlar Ayda yox San Benardino yaxınlığındakı Norton Hava Limanı yaxınlığında quraşdırılmış studiyada idilər. İndi isə NASA-nın Aya insan göndərə biləcək gücdə olmadığını və əslində bunun qeyri-mümkün olduğunu göstərən faktlara baxaq. O məşhur dalğalan ABŞ bayrağının arxasındakı lander (astronovtları Ay üzərinə endirən qurğu) əslində çox güclü eniş mexanizminə sahibdir. Ancaq nədənsə bu qurğu Aya enərkən heç bir iz və krater buraxmır. Amma Neil Armstrong hətta ayaq ölçülərini aydın göstərən ayaq izi buraxır. Sual yaranır-Necə olur ki, lander heç bir iz buraxmadığı halda 70 kilo çəkidə olan Armstrong ayaq izi buraxır və bunu rahatlıqla nümayiş edə bilir?! Astronovt kölgədə olmasına rəğmən necə olur ki,dəqiq və parlaq görünür?!
Hesablamalara görə Ay üzərində havanın temperaturu + 127\138 arasında dəyişir. Bu ağlasılmaz dərəcədə istilikdə kamera lentləri asanlıqla əriməli idi və astronovtların bu temperaturda sağ qalma ehtimalı yoxdur. Bəs astronovtlar bu istilikdə necə sərbəst hərəkət edirdilər?! Ayın görünməyən qaranlıq üzündəki havanın temperaturu isə -42\41 dərəcə arasında dəyişir. Fizika qanunlarına görə -40 dərəcədən etibarən cisimlərin qırılma səviyyəsi artmağa başlayır. Yüksək istilikdən ani olaraq mənfi 40 dərəcəyə dəyişən mühitdə maşın,qurğu işləyə bilməz və bu dəyişiklik qəfil çatlamalara və qırılmalara səbəb olur. Bəs bu şəraitdə astronovtlar necə sərbəst hərəkət edirdilər və hətta rahatlıqla Yer planetinə salam da göndərirlər. Aydakı cazibə qüvvəsi Yerdəkinin 1\6-nə bərabərdir. Ancaq video görüntülərdə görürük ki,astronovtlar hər dəfə tullanıb yerə düşdükcə göydə olduğu an Yer cazibəsinə uyğun sərbəst hərəkətlər edirlər. Hətta fraqmentlərin birində astronovt tullanmaq üçün dizlərini qatlayıb tullandığını,ancaq 3 addımdan artıq tullana bilmədiyini görürük. Səbəb isə bəllidir-əslində astronovtlar studiyada olarkən Yer cazibəsinə uyğun hərəkət edirdilər və əynində ağır geyim olduğu üçün gücü ancaq 3 addım atmağa çatır və videomontajda hərəkətlər Ay cazibəsinə uyğun olaraq yavaşıdılır. Fizika qanunlarına görə sübut olunmuşdur ki,Yer səthindən 250 və 750 mil məsafələrinin sərhədində Van Allen qurşağı yerləşir.Bu insan bu qurşaqdan keçərkən bu şüalanmadan qorunmaq üçün 4 metr qalınlığında qurğuşundan ibarət qutunun içərisində olmalıdır.1969 ilin texnologiyası ilə nazik təbəqəli geyimlərdə astronovtlar Aya uçarkən bu qurşaqdan necə keçmişdilər?! Atmosferin olmadığı bir şəraitdə o məşhur bayraq necə dalğalanırdı?! Bu ümumiyyətlə qeyri-mümkündür.Nasa hələ də bu suala cavab tapa bilmir. Saatda 6000 km\saat sürətlə uçan Apollo 11 Yer ətrafında olan sonsuz sayda meteroitlərlə toqquşmadan necə uçdu və ən əsası Yerə necə qayıtdı?!
Bütün planetlərdə olduğu kimi Ayda da tək işıq və enerji mənbəyi Günəşdir. Ancaq fotolardakı müxtəlif bucaq altında düşən kölgələr işıq mənbəyinin bir yox müxtəlif yerlərdən gəldiyini göstərir. Yəni şəkillər müxtəlif işıq mənbələrinə nəzərən çəkilmişdi.Hətta professional fotoqraflar da bu şəkillərə baxdıqdan sonra bunların Ayda yox gur və aydın işıq effektləri altında çəkildiyini bildirmişdilər. Bildiyimiz kimi Ayda atmosfer yoxdur. Bəs niyə heç bir fotoda ümumiyyətlə ulduzlar görünmür?! NASA-nın açıqlamalarına görə Aya Neil Armstrong və Buzz Aldrin eniblər.Bəs fotolarda əks olunan 3-cü adam kimdir,niyə onun kimliyi açıqlanmır?! Onu da qeyd etməliyik ki, Aya ilk ayaq basan Neil Armstrong deyildi.Çünki Armstrong Aya enməmişdən əvvəl artıq Ayın üzərində onun hərəkətlərini kameraya alan insan vardı və onun adı Edwin Aldris idi. Bütün bu qondarma kosmik uğurların uydurulmasına səbəb isə ABŞ-in kosmos müharibəsində SSRİ-yə açıq fərqlə uduzması idi. ABŞ höküməti kosmosun tətqiqi üçün 30 milyard dollar pul xərcləmişdi,ancaq ortada heç bir uğur və nailiyyət qazanılmamışdı. Sual doğuran məqamlardan biri də budur ki,1969-cu ildən sonra ABŞ höküməti Aya astronovt göndərmədi, əgər 46 il əvvəl o vaxtın texnologiyası ilə bunu asanlıqla bacardılarsa niyə hələ də yenidən Aya eniş həyata keçirilmədi?! Hətta Yaponiya-ən yüksək texnologiyaya malik olan ölkə olaraq Aya insan göndərməyin mümkünsüz olduğunu açıqlamış və ümumiyyətlə bu sahədə hansısa addım atmağın mənasız olduğunu əsas gətirərək bu istiqamətdə fəaliyyətdən imtina etmişdir.
Mənbə: Maraqli Bilgiler\Tərcümə etdi: Orxan Rehimli