Tarixin ən qəddar eksperimenti

Tarixin ən qəddar eksperimenti

1983-cü ildə radikal dini təşkilatlarla əlaqəli olan bir qrup alim adı qeyd edilməyən bir məkanda qeyri-qanuni eksperiment həyata keçirmişlər.Alimlər belə bir nəzəriyyə irəli sürmüşlər ki, duyğu və stimullardan tamamilə məhrum edilmiş insan Allahın varlığını hiss edə bilər. Onlar belə hesab edirdilər ki, bizim 5 duyğumuz sonsuzluğu qavramağımıza mane olur və onlar olmadan insan şüuraltı olaraq Allahla əlaqə yarada bilər. İtirəcək bir şeyi olmadığını deyən yaşlı bir kişi könüllü olaraq üzərində təcrübə aparılmasına razılıq verir. Onun şüurunu bütün hiss və duyğulardan azad etmək üçün alimlər çətin bir əməliyyatı həyata keçirir. Alimlər əməliyyat zamanı beyinin şüura cavabdeh olan hissəsini çıxarır və bütün sinir ucluqları ayrılır. Nəticədə yaşlı kişi sərbəst hərəkət etməyi bacarsa da, görmək, eşitmək, hiss etmək, qoxu və ağrı hiss etmək qabiliyyətindən məhrum idi. O öz düşüncələri ilə baş-başa qalmışdı.

Alimlər onun vəziyyətini müşahidə edirdilər. O isə öz ruhi vəziyyətini anlaşılmaz cümlələrlə ifadə etməyə çalışır, özü isə onları eşidə bilmirdi. Dörd gündən sonra o bildirir ki, beynində anlaşılmaz pıçıltılar eşidilir. Daha iki gün keçdikdən sonra yaşlı kişi qışqıraraq bildirirdi ki, onun dünyasını dəyişmiş həyat yoldaşı onunla danışır və o, ona cavab verə bilir. Alimlər ilk başda şübhə içərisində olsalar da sonradan ona inanmağa başaldılar. Belə ki, yaşlı kişi alimlərin dünyasını dəyişmiş qohumlarının adlarını deməyə başlayır. O bu məlumatları isə alimlərin dünyasını dəyişmiş qohum və həyat yoldaşlarından ala bilərdi. Eksperimentin bu mərhələsində alimlərin əksəriyyəti eksperimentdən imtina edir və iştirak etməkdən çəkinirlər.


Dünyasını dəyişmiş insanlarla söhbətdən bir həftə sonra yaşlı kişi beynindəki səslərin artıq dözülməz olduğunu bildirir. O hər dəfə yuxudan ayıldıqda beynində yüzlərlə səs yaranırdı və ona rahatlıq vermirdi. O tez-tez özünü divarlara çırparaq ağrı yaratmağa çalışırdı. Əziyyət çəkən kişi alimlərə yalvararaq ona ağrıkəsici vermələrini xahiş edirdi. Bu isə ona yalnızca üç gün kömək etdi. Bundan sonra onda gecə qarabasmaları yarandı. O yuxuda dünyasını dəyişmiş insanları gördüyünü və səslərini eşitdiyini deyirdi.

Daha sonradan o gözlərini cızaraq ətraf aləmi az da olsa görməyə cəhd edir. Dəhşət içərisində olan yaşlı bildirirdi ki, ölü insanların səsi ona rahatlıq vermir və daim dünyanın sonu barədə nə isə deyirlər. O daim onu eftanaziya etmələrini tələb etsə də, alimlər onun tezliklə Allahla əlaqə yaradacağını güman edirdilər. Bir gün də keçdikdən sonra bu şəxs nitq qabiliyyətini itirir. Ağlını itirməyə doğru gedən şəxs əllərini dişləyib yeməyə başlayır. O özünü öldürməsin deyə alimlər onu stula bağlayır. Bir neçə saat keçdikdən sonra o daha çırpınmır və qışqırmırdı. O başını yuxarı qaldırmışdı və gözlərindən yaş axırdı. Alimlər iki həftə ona daxili maye yeritməli olur, çünki o daim ağlayırdı və orqanizminin suya ehtiyacı vardı. Nəhayət o başını yana doğru çevirir və pıçıldayır: «Mən Allahla danışdım və o bizi tərk etdi». Elə bu an onun həyati prosesləri dayanır. Onun ölüm səbəbi isə dəqiqləşdirilməyib.

Mənbə: «Düşüncə» jurnalı
Top